Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Yanğın... Mesaj... Sual...-Şimal təhlükəsi

 

 

 

- Salam.

- Salam olsun şövkətüzə, elüzə... mənim də bir adım gəlsin dilüzə... Sənə pul göndərmişdim ki, alasan və naziri olduğum nazirliyin büdcəsini təbliğ edəsən ki, bizə xeyli pul ayrılsın. Pul üstündə parlamentdə davadır.

- Siz orda dava edirsiz. Pul üstündə biri-birinizi qırırsız. Bayırda da, yanğındır. Bu dəfə Şimal yanır, cənablar. Cənub hələlik közərir. Qərb yelpiklənir. Şərq də tüstülənir.

Yenixeber.org: Ölkəni saxlayan qoşun kontingenti dörd yerə bölünüb. Biri ruslara sığınıb, dayanıb, Bakıda, Gəncədə qalmaqal məqamını gözləyir. Gah Mingəçevir Su-Elektrik Stansiyasını yandırır, gah Şüvəlandakı ehtiyat elektrik yarımstansiyasına od vurur, camaatı ölkə başçısına qarşı qoyur, köhnə “KQB” məktəbindən tutmuş, Naxçıvanski hərbi məktəbinə, zeytun bağları da daxil olmaqla... böyük yaşayış məntəqələrini işıqsız qoyur. Gah “qan pulu” deyilən əmanəti gözləyən qaçqınların evinə od vurulur, camaat çölə tökülür. Gah da Azərbaycandakı anti-prezident həyasız və abırsız terror qrupları qoşun kontingentinə yol axtarır. Belə bir mənzərəni mən Əfqanıstan-İran sərhəd (855 km məsafə) ərazilərində yaşadım. Orda da ruslar və amerikalılar belə bir qurğu qurdular. Məsələn, əfqan çörəyini yeyən rus generalı Simyon Simyonovun dil-dodağını yalayır ki, görsün aləm nə vaxt qarışacaq və o da bu qarışıqlıqdan istifadə edərək, hərbi çevriliş edəcək, vəzifəyə gələcək. Mən gördüm ki, eynilə belə bir arzu ilə Əfqan generalı Nur Səlahəddin Aman yaşadı, məğlub oldu... tutub yandırdılar. Və yaxud eynilə “qan pulu” deyib, camaatı dəstələrə bölüb, ölkə başçısının əleyhinə sıraya düzdülər. Nəticədə hamısı Fərəh çayı körpüsünə çıxanda körpü davam gətirmədi, uçub töküldü, camaat qırıldı. Ötən illərdə Azərbaycanın hərbi prokuroru demək olar ki, ölkədə hərbi çevrilişin qarşısını aldı. Qoşun kontingentindəki ermənilərə satılmış adamları işfa edib, dağıtdı. Eynilə Fərəh vilayətində gördüyüm mənzərə: - Əfqan arzusuna soxulmuş terrorçu qruplar General Ənvər Pilota arxalanaraq çevriliş etmək istədilər bacarmadılar.

Nəticədə Əfqanıstan Təhlükəsizlik Xidmətinin əməkdaşları 30 nəfərdən çox qərbə xidmət edən hərbi quldurları tutub, güllələdi. Kabil Fövqəladə Hallar Nazirliyi ölkənin Cəlalabadda, Pəncşirdə, Xostda, Kabilin özündə, Şindan da... Heratda, hərbi kazarmalara od vurmağa hazır olan Əfqanıstanın satqın generallarını tutub, sıradan çıxartdı. Məlum oldu ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 75 nəfər hərbçini tutub məhv etdi, ölkəni qarşıdurmadan xilas etdi.

O da məlum oldu ki, bu hadisələr axınında Əfqanıstanın 19 milyard dolları xaricə danışdı.

...Azərbaycanı yanğınlardan xilas edin. Dünən İngiltərə mətbuatında oxuyuram ki, Azərbaycandan oğurlanmış 140 milyard dollara Londonun banklarında donduruldu, geri qayıtmadı. Bu da belə getdi...

Qarşımda indiyədək çap olunmamış bir sənəd var. O da terrorçu qruplar tərəfindən Bakının yandırılması ilə bağlıdır.

 

 

 

Bu gün məlumata görə Azərbaycanın Mingəçevir, Şəmkir, Yenikənd, Sərsəng... və başqa ərazilərində (Bakı ərazisində bu məsələ daha ciddi qoyulur) elektrik stansiyalarının, güclü ötürücülərin ətrafında məskunlaşan qeyri-Azərbaycan milləti olan gəlmələrin fəaliyyəti açıq qalıb. (Mən hələ su anbarlarını, bulaq və kəhrizləri, artezian quyularını demirəm). İpə-sapa yatmayan, dini-məzhəbi bilinməyən Azərbaycan dövlətini sevməyən icma və təriqətlərə, qruplara... nəzarət varmı? Məsələn, baş verən bir hadisəni yada salaq: Mingəçevir elektrik stansiyasında baş verən hadisə vaxtı kiçik bir araşdırma apardıq. Məlum oldu ki, hadisə baş verən vaxtı ərazidə... onlarla dindən kənar... onlarla qrup və şəxslər məskunlaşıb... Və bu da maraqlıdır ki, bu qrupların hamısı Şimaldan gəlir, böyük bir qismi də RF-nın silahlı qüvvələrindən tərxis olunmuş adamlardır. Onları Bakıda strateji ərazilərdə yerləşdirmək, işlə təmin etmək... adi haldır. Çünki onlar Bakıya gəlməmişdən öncə hər şey həll edilmiş olur. Fikrimcə onlara rəhbərlik edənlər daha öncə Bakıda mövqe tutur, rütbə alır, səlahiyyət sahibi olur, vəssalam... Fikrimcə Bakıda hər hansı bir qığılcımı alova döndərməyə cəhd edən qrup... xalqın, millətin alovundan qorxsun. (Biz o sənədi çap edirik, baxın.) Demək gündən-günə gözəlləşən Bakımızın həyatımıza soxulmuş quldurlar tərəfindən yandırılma ehtimalı hələlik məhv edilməyib. Mənim ölkənin Daxili İşlər Nazirliyinə, Təhlükəsizlik Xidmətinə, Fövqəladə Hallar Nazirliyinə belə bir sualım var:

- Cənablar, birləşin. Prezidentin ətrafında birləşin. Gözəl Bakımızı, dünyanın gözünü əyinlərinə min bir cür fırladan üçün rütbəli libas geyən düşmən fitnə fəsadlarından xilas edin.

Pul üstündə Parlamentdə qırğın salan deputatlara isə, sözüm var: - cənablar, bəs Azərbaycanın oğurlanaraq xaricə daşınan milyardlarını nə vaxt hesaba vuracaqsız?..

Rövşən Novruzoğlu,

politoloq, Milli Təhlükəsizlik məsələləri üzrə ekspert

(Xüsusi olaraq “yenixeber.org” üçün)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam