Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qarabağ veteranı, qocaman müəllim prezidentdən kömək istəyir: “Bir qrup şəxs saxtakarlıqla əmlakımı əlimdən alıb”-(FOTOLAR)

 

 Daxili İşlər naziri cənab Ramil Usubovun adında sui-istifadə(?), 40000 manatlıq saxtakarlıq...

Yenixeber.org: Redaksiyamıza Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, ev 1308-də yaşayan məcburi köçkün İmanov Ramiz Əyyub oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Ramil Usubova, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova ünvanlandığı müraciətin surəti daxil olub. Müəllif müraciətində bir qrup şəxs tərəfindən ona məxsus torpağın saxtakarlıqla sənədləşdirilərək, başqasına satıldığından bəhs edir. Bu prosesdə Səbail Pİ 41-ci PB-nin, Badamdar İcra nümayəndəsi Zaur Əliyevin, iş adamı Qurban Əliyevin və digərlərinin iştirakçı olduğu qeyd edilir.

Biz yazıda yer alan ittihamlarla bağlı tərəfləri də dinləmyə cəhd etdik. İcra nümayəndəsi Zaur Əliyev bizimlə telefon danışığında olaydan məlumatlı olduğunu bildirdi: “Həmən hadisə zamanı icra nümayəndəsi kimi mən də ora dəvət olundum. Məlum oldu ki, qarşı tərəfin hüquqi sənədi-“Çıxarış”ı var. O səbəbdən biz Qurban Əliyevi haqlı bildik”.

 

 

Səbail Pİ 41-ci PB-nin səlahiyyətli şəxslərini və yazıda adları yer alan digər şəxsləri dinləmək istiqamətindəki cəhdlərimiz isə nəticəsiz oldu.

Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlə dərc edirik:

“Hörmətli Prezident, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev cənabları həyatını xalqımızın yolunda fəda edərək, millətimizin rifahının yaxşılaşdırılması, dövlətimizin qüdrətlənməsi yolunda danılmaz və əvəzsiz xidmətlər göstərmişdir. İndi isə Siz bu haqq işin öhdəsindən layiqincə gəlirsiniz. Ailəmiz bütün ümidlərini cənab Prezidentimizə bağlayır.

Qeyd edim ki, mən Cəbrayıl rayonundan məcburi köçkün düşərək, Bakı şəhəri Səbail rayon Badamdar qəsəbəsində məskunlaşmışam. Təhsil işçisi kimi Səbail rayonunda yerləşən məcburi köçkün məktəbinin direktoru vəzifəsində çalışıram. 20 ildən çox müddətdir ki, 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsində məntəqə sədriyəm. Qarabağ müharibəsi veteranıyam və 2-ci qrup əliləm. Eyni zamanda şəkərli diabetdən əziyyət çəkirəm.

 

Diqqətinizə çatdırım ki, mən 1999-cu ildən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1308 ünvanda yaşayıram. Mən 2005-ci il tarixində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış sahəsi deyilən ərazidə uzun müddət abadlaşdıraraq yararlı vəziyyətə saldığım və hazırda istifadə etdiyim 500.kv.m torpaq sahəsini mənzil şəraitimin genişləndirilməsi məqsədi ilə fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mənim mülkiyyətimə ayrılması üçün Səbail rayon, Badamdar Bələdiyyəsindən xahiş etmişdim.

Məsələyə Səbail rayon Badamdar Bələdiyyəsinin Yerli İqtisadi İnkişaf daimi komissiyasının 01.09.2005-ci il tarixli iclasında baxılaraq, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış sahəsində olan 500.kv.m torpaq sahəsinin mənim tərəfimdən abadlaşdırılaraq yararlı vəziyyətə saldığımı nəzərə alaraq, fərdi yaşayış evinin tikintisi üçün mənim mülkiyyətimə verilməsini məqsədəuyğun hesab edərək Azərbaycan Respublikasının TM-nin 47,59 maddələrinin eləcə də “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnamənin 2,3 və 4 fəsillərinə əsaslanaraq Səbail bələdiyyəsi 01.09.2005-ci tarixli 114 saylı ümumi iclasında 01 sentyabr 2005-ci il tarixində 114 №-li qərarla abadlaşdırdığım torpağı mənim istifadəmə vermişdir.

Səbail Bələdiyyəsinin 01.09.2005-ci il tarixli, 114 saylı qərarı ilə həmin torpaq sahəsi mənim adıma rəsmiləşdirilmişdir. Mən 2005-ci ildən mülkiyyətimə verilmiş torpaq sahəsini mişar daşları ilə hasara aldım və həyətdə abadlıq işləri aparmışdım. Bu günə kimi də hər il mənim tərəfimdən qeyd edilən torpaq sahəsinə torpaq vergisi ödənilir.

2018-ci ilin sentyabr ayının 17-də sözügedən sahədəki torpaq sahəmdə olarkən gördüm ki, torpaq sahəmin içərisində traktor işləyir. Mən onlara yaxınlaşanda qonşumuz Qurban adlı şəxs mənə bildirdi ki, qeyd edilən torpaq sahəsini qızı Əliyeva Səfurə Qurban qızının adına 14.09.2018-ci ildə alqı-satqı yolu ilə almışdır. Mən onların hərəkətlərinə etiraz etdim, onlara torpağın kimdən alqı-satqı etdiyini soruşanda o heç bir reaksiya vermədi. Sonradan mənim vəkilimin araşdırması nəticəsində istifadəmdə olan torpağın qanunsuz olaraq Əliyeva Səfurə Qurban qızına şəxsiyyətləri gizli saxlanılan şəxslər tərəfindən satıldığı məlum olmuşdur. Bu şəxsin Bakı şəhəri Badamdar qəsəbəsi, Məktəbli küçəsi, ev 14, mənzil 20-də yaşayan vətəndaş Rüstəmov Mehman Camal oğlu olduğunu müəyyən etdik. Rüstəmov Mehman Camal oğlu ilə (070) 790-11- mobil telefonla əlaqə saxladım, ona öz etirazımı bildirdim ki, mənim torpağımı necə saxtakarlıqla sənədləşdirərək, satdığını soruşdum. O öz növbəsində onun adına Badamdar 3-cü yaşayış massivində torpağının olmadığını bildirərək Fərhad adlı şəxsin onun adına saxta sənəd düzəltdiyin bildirdi. 14 saylı notariat kontorundan aldığım alqı-satqı müqaviləsində Rüstəmov Mehman Camal oğlunun əvəzinə səlahiyyətli nümayəndəsi kimi çıxış edən Bəşirov Ruslan Adil oğlunun imzaladığı məlum olmuşdur. (Bakı şəhəri Xətai rayonu General Şıxlinski küçəsi ev 39, mən 49). Bəşirov Ruslan Adil oğlu mənim ərazimdə olanda özünü iş icraçısı kimi təqdim edirdi. Sonradan Bəşirov Ruslanın bu dəstənin üzvü olduğunu müəyyən etdim.

Onlar 40000 manata mənə məxsus olan yeri saxta sənəd düzəldərək özəlləşdiribər. Bildirirəm ki, digər qonşularımız da sözügedən torpağın mənə məxsus olduğuna şahidlik edə bilər.

30 sentyabrda saat 10:00 radələrində 4 mülkü geyimli silahlı və 5 nəfər polis formasında 2 avtopatrul ümumi 15 nəfər polis əməkdaşı bizim məhəlləyə gələrək, Qurban adlı şəxsin saxta sənədlə ələ keçirdiyi əmlakımı məhəccərə alınmasına köməklik göstərdilər. Mən DİN-nin cinayətkarlıqla mübarizə apardığını və ictimai asayişi qoruduğun bilirdim amma ki, Səbail rayon Pİ-nin 41-ci Polis bölmənin əməkdaşları iş icraçısılığı (praraf) edirlər. Mən ağsaqqal ziyalı müəllim kimi neçə illərdi dövlətçiliyimə təmənnasız xidmət edirəm. Bu gündə Qurban Əliyev adlı şəxs özünü Dİ naziri cənab Ramil Usubovun qohumu kimi təqdim edərək mənə və ailə üzvlərimə mənəvi təzyiq göstərir. Qurban Əliyev özünü keçmiş polis işçisi kimi təqdim edərək, öz əlaqələrindən istifadə edərək qanunsuz əməllərini davam etdirir. Buna da Səbail Pİ 41-ci PB-nin əməkdaşları və Badamdar İcra nümayəndəsi Zaur Əliyev köməklik edir.

Səbail rayonun İcra başçısı Əzizovun Bakı şəhər merinin vəzifəsi tapşırıldığından Səbail rayon İcra Hakimiyətinin Badamdar icra nümayəndəsi Zaur Əliyev bu boşluqdan istifadə edərək qanunsuz işlərlə məşğuldur və Badamdar qəsəbəsində daş karxanasının ərazisinə saxta sənədlər düzəldir. (Müraciət redaksiyamıza daxil olarkən Səbail rayon İcra Hakimiyətinin başçısı postuna məlum təyinat yox idi. Red.)

Cənab Prezident, mən də Sizin kimi Babayam. Polis işçilərinin bizim məhəlləyə gəlib silahla gəzmələri azyaşlı və məktəbli nəvələrimdə psixi pozuntu yaradıb. Mən bu silahlı polislərin nə üçün bizim həyətə gəldiyi sualına cavab verə bilmirəm. Azərbaycan polisinin hansısa bir nəfərin maraqlarına xidmət etdiyini başa düşə bilmirəm. Əliyev Qurbanın dəstəsinin qanunsuz əməlini ifşa etsəm də, DİN əməkdaşları buna məhəl qoymur. Saxta sənədlərə heç kim məhəl qoymur.

Rüstəmov Mehman Camal oğlu ilkin olaraq Səbail rayon keçmiş İcra Hakimiyyətinin başçısının anası 15 mart 1995-ci il Məmmədova Biliy adına olan 885 N-li sərəncamı saxtalaşdıraraq öz adına sərəncam alaraq mənə məxsus olan torpağı qonşum Əliyev Qurbanın qızının adına alqı-satqı etmişdir.

Yuxarıda göstərdiyimizdən belə nəticəyə gəlinir ki, Əliyeva Səfurə Qurban qızı, Rüstəmov Mehman Camal oğlu, Bəşirov Ruslan Adil oğlu və Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbə icra nümayəndəsi Zaur Əliyev DİN Səbail rayonu 41-ci polis bölməsinin polis əməkdaşları və tanımadığım şəxslərlə əlbir olaraq ilkin saxta sənədlə mənim torpağımı özəlləşdirərək, saxtakarlığa getmiş və bu qanun pozuntusuna yol vermişlər.

Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq Rüstəmov Mehman Camal oğlu, Bəşirov Ruslan Adil oğlu və Əliyeva Səfurə Qurban qızı və Nağıyev Fərhad Məzahim oğlu adlı şəxslərin əməlləri ilə bağlı ölçü götürülməsi üçün müvafiq orqanlara göstəriş verməyinizi Sizdən xahiş edirəm”.

Redaksiyadan: Mövzunun davamı olacaq. Adları çəkilən tərəflərin də cavab haqqını tanıyırıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam