Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Dollar sürətlə bahalaşır, mağazalardan “pampers” yoxa çıxır...-Qonşuda vəziyyət

Aktual6 sentyabr — 14:25

 

Ötən günsentyabrın 5-də İran rialı yenidən rekord həddə düşüb. Cəmi dörd ay əvvəl Birləşmiş Ştatlar 2015-ci il nüvə sazişindən çıxdığını elan edəndən sonra rial dəyərini sürətlə itirməkdədir. O vaxtdan bəri İran milli valyutası dəyərini az qala 2.5 dəfə itirib.

Yenixeber.org: “The Associated Press” agentliyi yazır ki,  valyuta xaosunu Tehranın hər yerində görmək mümkündür – narahat sakinlər valyutadəyişmə məntəqələrinin qarşısında növbəyə durub, səyahət agentləri təklifləri yalnız xarici valyuta ilə verir, piştaxtalardan uşaq bezləri yoxa çıxır.

Tehranın mərkəzində bir çox valyutadəyişmə məntəqələri elektron məzənnə lövhələrini söndürür, bəzi iranlılar isə tinlərdəki pul alverçilərinə üz tutur. Açıq qalan valyutadəyişmə məntəqələri bir ABŞ dollarını 150 min riala təklif edir. “Hamı əsəbidir”, – dollar axtaran 40 yaşlı Mustafa Şəhriyar deyir.

Ancaq dövlət mediası milli valyutanın son ucuzlaşması barədə hələlik yazmayıb. İran iqtisadiyyatı indiyədək çox problemli dönəmlərdən keçib. 1970-ci illərdə şah orduya aşırı vəsait ayıranda, 1979-cu il İslam İnqilabından və ABŞ səfirliyi tutulandan sonra Qərb sanksiyalar tətbiq edəndə bənzər durum yaranıb. Neft qiymətindəki dəyişiklik də öz sözünü deyib.

Ancaq agentlik indi durumun başqa olduğunu yazır. Milli valyuta Birləşmiş Ştatların keçmiş prezidenti Barak Obama administrasiyası dövründə nüvə sazişi imzalanınca yaranmış ümidlərlə birlikdə yıxılır.

Prezident Donald Tramp bu ilin mayında ABŞ-ın nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb. Ali dini lider Ayətullah Əli Xameneyiötən həftəsonu Amerikanın addımlarını “sabotaj” adlandırıb və bez qıtlığına da toxunub. Bezlərin hazırlandığı materialın 70 faizi idxal olunur. Rial ucuzlaşdıqca xaricdən alınan material da bahalanır.

“Təsəvvür edin, Tehranda və digər böyük şəhərlərdə uşaq bezləri qıtlaşıb. Bu baş verir, realdır. Uşaq bezləri! Bu, adamları qəzəbləndirir. Digər tərəfdən, düşmən istəyir ki, adamları hökumətdən, sistemdən narazı olsunlar. Bu, onların üsullarından biridir”, – Xameneyinin rəsmi saytında yerləşdirilmiş çıxışında deyilir.

“Reuters” agentliyi bildirir ki, rial sentyabrın 5-də axşama doğru nisbətən möhkəmlənib, bir dollar 140 min riala bərabərləşib. Agentlik yazır ki, son möhkəmlənmənin hökumətin bazara xarici valyuta buraxmasıyla bağlı olub-olmaması bəlli deyil. Baxmayaraq ki, Mərkəzi Bank rəhbəri Abdolnaser Hemmati şənbə günü bazara valyuta transferinin məhdudlaşdırılacağını demişdi.

ABŞ sanksiyalarının İrandan neft ixracını hədəfləyən ikinci raundunun noyabrın əvvəlində qüvvəyə minəcəyi gözlənir. Bu da İranda valyuta qıtlığını daha da gücləndirə bilər.

Dolların bahalaşması və iqtisadiyyatda vəziyyətlə bağlı prezident Həsən Ruhaninin hökumətindən narazılıq da artıb. Ötən həftə deputatlar iqtisadi məsələlər və maliyyə nazirlərini işdən çıxarıb. Habelə ölkədə vaxtaşırı olaraq etirazlar baş qaldırır. İranda etirazlar hələ ötən dekabrdan başlanıb. 80-dən çox şəhərdə iğtişaşlarda 25 nəfərin öldüyü bildirilirdi. O vaxtdan yük maşını sürücüləri, fermerlər, tacirlər arasında təkəmseyrək etirazlar davam edir.

Bu arada İranın Nüvə Agentliyi xəbərdarlıq edib ki, Rusiya, Çin və Avropa ölkələri Birləşmiş Ştatların yoluyla gedərsə və nüvə sazişinə əməl etməzsə, Tehran nüvə proqramını yenidən işə salacaq və daha yüksək səviyyədə uran zənginləşdirəcək.

“Həmkarlarımız nüvə sazişindən çıxarsa, öncəki səviyyəyə qayıtmayacağıq, daha qabaqcıl səviyyəyə çatacağıq”, – Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi sentyabrın 5-də IRIB dövlət televiziyasına deyib.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam