Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

XƏZƏR KONVENSİYASI AZƏRBAYCANA NƏ VERƏCƏK? –Türkmən qazının Qərbə daşınması perspektivi var, amma...

20 illik müzakirələrdən sonra ilk dəfədir ki, beş Xəzəryanı dövlət bir araya gəlib, Xəzərin hüquqi statusu ilə bağlı razılaşma imzalamaq ərəfəsindədirlər. Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan liderləri, Qazaxıstanın Aktau şəhərində görüşürlər, razılaşmanın bazar günü imzalanması nəzərdə tutulur.

Yenixeber.org: Azadlıq Radiosunun yazarı Bruce Pannier yazır ki, Xəzər dənizinin hüquqi statusunu təsbit edən bu yeni beynəlxalq konvensiya layihəsi ümumilikdə 24 maddədən ibarətdir. Bu sənəd ərazi suları, dəniz sərhədləri, naviqasiya qaydaları, balıq ovu hüquqları, ekologiya məsələləri və ən mühümü, dənizin sərvətlərindən istifadənin tənzimlənməsini nəzərdə tutur.

 

Azərbaycana türkmən qazı lazımdırmı?

 

Təhlilçilər deyirlər ki, razılaşmanın önəmli məqamlarından biri də budur ki, Xəzərin dibiylə kəmərlərinin çəkilməsinə bundan sonra, əvvəllər olduğu kimi bütün beş dövlət yox, yalnız kəmərin keçdiyi sektora sahib olan dövlətlər qərar verəcəklər. Buna qədər Rusiya və İran ekoloji məsələləri əsas gətirib buna qarşı çıxırdılar.

İndi, məsələn, imkan yaranır ki, Türkmənistan qazı Azərbaycana, ordan da Qərb bazarlarına çıxarılsın.

Müxbir Bruce Pannier hazırda Aktaudadır, deyir ki, Aktau indi bayram əhvalındadır, hamı razılaşmanın baş tutacağını, özü də məhz elə çərçivə sənədi əsasında imzalanacağını gözləyir.

Onun sözlərinə görə, indiki şərtlər altında imzalanacaq razılaşmadan Azərbaycan ancaq udur: “Məncə, Azərbaycan bu razılaşmadan ancaq fayda götürəcək. Çünki hər kəs istəyir ki, neftini-qazını Xəzər vasitəsilə bazara çıxartsın və Azərbaycan isə Qərbə qapıdır- Xəzərin şərqindən qərbinə doğru resursları çatdırmaq üçün. Bu razılaşmadan Azərbaycan çox böyük faydalar əldə edəcək”.

Türkmənistan qazının Azərbaycan, ordan isə Qərbə çıxarılmasının bu razılaşmadan sonra mümkün olacağına şübhə edənlər də var.

Böyük Britaniyanın “Glasgow” Universitetində Orta Asiyanı araşdıran professor Luca Anceschi deyir ki, belə bir layihənin real olaraq baş tutacağına şübhə edir, çünki bu, Azərbaycana sərf etmir: “Çünki bu, Azərbaycanın öz qazına olan tələbatı azaldardı. Türkmən qazının Avropa bazarına çıxması Rusiyaya da sərf eləmir. Heç əminlik yoxdur ki, Türkmənistan özü belə bir layihənin baş tutmasında maraqlıdırmı? Odur ki, mən qarşılıqlı faydalanma ilə bağlı optimist yanaşmaları bölüşmürəm”.

Beynəlxalq Böhran Qrupunun təhlilçisi Zaur Şiriyev deyir ki, Azərbaycan üçün qısamüddətli dönəmdə Türkmənistan qazını Avropa bazarına çıxartmaq sərfəli kimi görünməsə də, uzun müddət üçün faydalı ola bilər. Belə ki, gələcəkdə Azərbaycana Avropaya ixrac etmək üçün əlavə qaz lazım ola bilər.

Avropa Xəzər qazının Rusiyanın monopoliyasından çıxmasının tərəfdarıdır. Bəs necə oldu ki, Rusiya bu monopoliyanı götürməyə razılaşdı? Müxbir Bruce Pannier deyir ki, bu sual – pərdəarxasında nəyin baş verməsi təhlilçilər üçün də qaranlıqıdır.

 

Xəzər dənizdir ki, dənizdir

 

22 illik müzakirələr zamanı əsas suallardan biri bu idi ki, Xəzər göldür, yoxsa dəniz? İmzalanacaq Konvensiya layihəsinə görə, 5 sahilyanı dövlət Xəzərin hər halda dəniz olması barədə razılığa gəliblər.

Xəzərin göl kimi qəbul olunması onun 5 sahil dövləti arasında bərabər bölüşdürülməsini tələb edərdi. Lakin su hövsəsinin dəniz olaraq qəbul edilməsi o deməkdir ki, hər bir ölkənin payına dənizin orta xətti ilə müəyyənləşən sektorlar düşəcək.

Bu mənada İran daha çox itirir, daha doğrusu onun payına dənizin cəmi 13 faizi düşəcək.

Beynəlxalq Böhran Qrupunun təhlilçisi Zaur Şiriyev deyir ki, orta xətt üzrə bölünmə Azərbaycana da sərf edir, amma hələ ki, həll olunmamış məsələlər var: “Türkmənistan tərəfi də Xəzərin orta xətt üzrə bölünməsini dəstəkləyir, amma onlar Abşeron yarımadasını və Çilov adasını nəzərə almadan orta xəttin müəyyən olunmasını istəyirlər. Orta xəttin hardan keçməsi, orta xəttin metodikası hazır olandan sonra bu mübahisə də aradan qalxmış olacaq”.

Bruce Pannier də bildirir ki, bütün sahil ölkələrini razı salmasına baxmayaraq, bu Konvensiya heç də bütün gələcək problemlərin həlli olmayacaq və sahil ölkələri zaman-zaman danışıqlar masası arxasına qayıtmalı olacaqlar.

Konvensiya layihəsində Rusiyanı ən çox qane edən bir məqam da var. Bruce Pannier bildirir ki, razılaşmaya görə, Xəzərdə yalnız sahil ölkələrinin hərbi dəniz donanmaları ola bilər. Kreml NATO-nu Xəzərdə görmək istəmirHazırda Xəzərdəki ən böyük və ən güclü donanma Rusiyanındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam