Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

BEŞ DÖVLƏT XƏZƏRİ NECƏ BÖLÜŞDÜRÜB? –Konvensiya layihəsi hazır olsa da, sualtı ehtiyatların istismar qaydaları hələ də aydın deyil

Fəramərz Davər

“İranwire

 

Rusiya dövlət başçısı Vladimir Putin, Xəzərin hüquqi vəziyyəti haqqında Konvensiya layihəsini təsdiqləyən sərəncamı imzalayıb. İranın rəsmi “Comhuriye İslami” qəzeti Rusiyanın “Interfax” agentliyinə istinadla xəbər verib ki, sərəncamda sahilyanı dövlət başçılarının növbəti görüşündə Rusiyanın son razılaşmanı imzalamağa hazır olduğu bəyan edilir.

Yenixeber.org: İran da daxil olmaqla, digər sahilyanı dövlətlər, o cümlədən Sovet İttifaqının dağılması ilə təxminən 30 il bundan əvvəl yaranmış respublikalar Xəzər dənizinə dair hüquqi mübahisələri həll edəcək.

Bəzi hesabatlara görə, Xəzəryanı ölkələrin zirvəsi bu ilin ikinci yarısında baş tuta bilər. Sovet İttifaqı dövründə Xəzər dənizində suverenliyini bölüşən İran və Rusiya ilə yanaşı, üç yeni ölkə – Azərbaycan Respublikası, Qazaxıstan və Türkmənistan sənədin qüvvəyə minməsi üçün Konvensiyanı imzalamalıdırlar.

Beş dövlətin hamısı Xəzər dənizində daha böyük paya iddialıdır. Daha böyük pay yalnız ərazi deyil, böyük neft ehtiyatları və balıq sərvəti deməkdir.

1980-88-ci illərdə İraqla müharibə dövründə İran torpağının işğalından başqa, söhbət Xəzər dənizinin bölünməsi, suverenliyə və ərazi bütövlüyünə getdikdə, o, son təxminən 50 ildə İran üçün ən vacib məsələ olub.

 

“Demək olar ki, hazırdır”

Dövlətlər iddialarının hüquqi vəziyyətinə dair son 27 ildə davamlı danışıqlar aparırlar. Mübahisələrin həll edildiyinə dair heç bir əlamət olmasa da, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin dekabrında beş dövlətin Xəzər dənizinin hüquqi statusuna dair “bütün əsas məsələlər”də razılığa gəldiyini, Konvensiya mətninin “demək olar ki, hazır” olduğunu elan edib.

Lavrovun açıqlaması Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan xarici işlər nazirləri ilə görüşlərdən sonra verilib, lakin o vaxtdan bəri əsas məsələlərin həlli ilə əlaqədar heç bir məlumat yayılmayıb. Digər dörd ölkənin heç biri Lavrovun iddiasını təsdiqləməyib və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə bu məsələyə səssiz qalıb. Lakin 2017-ci il dekabrın 15-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi təkcə yekun razılaşmanın əldə edildiyini yox, bu məsələnin xarici işlər nazirlərinin toplantısında gündəmdə olduğunu da təkzib edib.

 

Dəniz və ya göl?

Nə üçün mübahisə 30 ildir davam edir?

Sovet İttifaqının dağılmasından sonra üç yeni sahilyanı dövlət müstəqilliyini elan edib. Nəticədə, Sovet İttifaqı ilə İran arasında bölüşdürülmüş Xəzər dənizinin suverenliyi yenidən müzakirə mövzusu olub.

Xəzər “açıq” dəniz deyil və beynəlxalq qanunlar onun ölkələr arasında bölüşdürülməsi üçün heç bir qaydalar və ya presedentlər təqdim etməyib. 371 min kvadrat kilometrlik ərazini tutan Xəzər dənizi dünyanın ən böyük daxili su anbarıdır. Ona “dəniz” deyilir, lakin bu, həqiqətən, beynəlxalq sulara çıxışı olmayan göldür.

Qazaxıstan, Azərbaycan və Türkmənistan – üç yeni dəniz dövləti Xəzəri “dəniz” adlandırır və buna görə də, beynəlxalq suları tənzimləyən qanun və konvensiyalara, o cümlədən 1982-ci ilin BMT-nin Dəniz Hüququna dair Konvensiyasına zidd olmadığını söyləyir. Bu şərhə görə, başqa ölkələrə məxsus gəmiləri Xəzərə daxil olmaq hüququna malikdir. Ancaq Rusiya və İran bu fikirlə qətiyyətlə razılaşmır, çünki bunun ABŞ dəniz donanmasına Xəzərə giriş imkan verəcəyindən qorxur.

İran və Rusiya Xəzər dənizinin göl olduğunu iddia edirlər. İndiyə qədər bu fikir Xəzərin yeni hüquqi statusunu müəyyənləşdirmək üçün danışıqlarda təməl çərçivə olub. Lakin İran üçün bu mövqedə yan təsir mövcuddur ki, bu da digər iddiaların çətinliyini təmin edir: Xəzər dənizinin uzun forması sayəsində İran həmin ölkələr arasında ən kiçik paya – ən pis ssenaridə 11 və ən yaxşı vəziyyətdə 20%-ə sahib olur.

İran illərdir Xəzər dənizinin “ədalətli” şəkildə bölüşdürülməsini tələb edib, lakin digər sahilyanı ölkələr ikitərəfli sazişlər vasitəsilə dənizi praktik olaraq bölüşdürdükdən sonra başqa bir həll tapmaq mümkün olmayıb.

 

Şübhəli iddia

İranın ədalətli bölüşdürmə tələbi Xəzər dənizinin suyu ilə məhdudlaşmır. Təklif edilən təşəbbüsə, həmçinin Xəzərin sualtı ehtiyatları və balıq ovu daxildir. İndi İran bu resursların 20 faizini istəyir, amma Azərbaycan hökuməti razı deyil; öz iddiaları var.

Bu ciddi fərqləri nəzərə alaraq, Vladimir Putinin imzaladığı konvensiya layihəsinin bu mübahisələri necə həll etdiyini aydın deyil.

Xəzər dənizi barədə yeganə mövcud müqavilə dörd il əvvəl Rusiyanın Həştərxan şəhərində beş sahilyanı dövlət başçısı tərəfindən imzalanıb. Bu razılaşmaya əsasən, hər bir ölkənin 15 dəniz mili genişliyində ərazi suları var və əlavə olaraq balıq ovu üçün 10 millik inhisar zolağı.

Xəzərin qalan hissəsi bütün sahil dövlətlərinə açıq elan edilib. Lakin sualtı neft ehtiyatlarının istismarını tənzimləyən qaydalar hələ aydın deyil.

ABŞ-ın nüvə sazişindən çıxmasından sonra, İranın Rusiyanın dəstəyinə daha çox ehtiyacı var. Bu da İslam Respublikasının öz suverenliyi və Xəzər dənizindəki maraqlarına zidd olaraq, Rusiyanın tələblərinə cavab verməyə məcbur edilə biləcəyinə dərin narahatlıq doğurub.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam