Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

8 milyonluq cinayət işi - səs yazısı...

 

Fərman Məmmədov: “Polis idarəsinin qarşısına 50 adam toplamışdı, hamısı pulları mənimsənilən adamlar idi”

Yenixeber.org: 5 ildir ki, Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova və oğlu “Amalya” qadın salonunun şəriki Həbib Axundovun adı mətbuatın gündəmindən düşmür. Elmira Axundovanın, Həbib Axundovun adı böyük bir dələduzluq işində hallanır. Ötən müddətdə üzə çıxan səs yazıları, stenoqramlar, sənəd və sübutlar da ortada böyük bir dələduzluq işinin olmasını sübuta yetirir.

(əvvəli burada)

Bu prosesdə zərərçəkmiş Fərman Məmmədov deyir ki, ondakı səs yazısı məsələnin mahiyyətini ortaya qoyur:

“Elmira Axundovanın, onun oğlu Həbib Axundovun bu işə aidiyyəti yoxdursa, niyə Elnur İbrahimovu deputat yanına çağırıb ondan ”rasklad" alır?

Niyə Elmira Axundova mənə deyir ki, gedin oturun sənə olan borcun məbləğini dəqiqləşdirin?

Axı oğlu onun özünə deyib ki, mənə borcu var və səs yazısında da Elmira Axundova özü deyir ki, Həbib nəyi var satacaq və mənim borcumu qaytaracaq. Bunlar faktlardır. Bunlardan qaçmaq mümkün deyil.   

FÉrman MÉmmÉdov ile ilgili görsel sonucu

“Fərman dayı, sizin 575 min pulunuzu qəpiyinə kimi ödəyəcəm”

İbtidai istintaqa və məhkəməyə təqdim etdiyim daha səs yazısını redaksiyanıza təqdim edirəm. Həbib Axundov özü mənə zəng edir və pulumun qaytarılması ilə bağlı danışır".

Həmin səs yazısının stenoqramını təqdim edirik:

Həbib Axundov:

- Fərman dayı, siz mamaya zəng edirsiz. Lazim deyil mamaya zəng etmək. Biz sizin pulları qaytarmaq istəyirik. Hamısını da olmasa, hər hansı bir hissəsini qaytarmaq istəyirik. Heç olmasa 300 min qaytarmaq istəyirik və qaytarmağa da hazırıq.

Fərman Məmmədov:

- Mən başa düşmədim. Məbləğ 575 min manat idi. Sonra elədiniz 400 min. İndi də 300 min elədiniz?

Həbib Axundov:

- 300 min manatı verək, sonra oturaq söhbət edək.

Fərman Məmmədov:

- Ay sağ ol, sən hələ pulu qaytar, sonra oturub danışarıq. Sən elə danışırsan ki, Rəşid gəlir bu söhbətdə oturur, sonra deyir ki, mənə bu söhbətin dəxli yoxdur.

Həbib Axundov:

- Fərman dayı, o vaxtdan bura çox şey dəyişib. Dostlar dəyişib, insanlar dəyişib. Hələ mən o 300 mini qaytarım sizə. Mən sizə söz verirəm ki, 300 min qaytaracam, ola bilər sabah, ola bilər birisi gün, amma qaytaracam. “Prosta”, səbr eləmək lazımdır.

Fərman Məmmədov:

- Səbr yaxşıdır e, amma səbrin də müddəti var.

Həbib Axundov:

- Camaata milyonlar atıblar, heç nə ala bilmir. Mən isə “atanşik”in yerinə sizə pul qaytarıram. Mən sizə pul atmamışam, ömründə də atmaram. “Prosta”, demək istəyirəm ki, camaata milyonlar atıblar, camaat evsiz qalıb.

Fərman Məmmədov:

- Həbib, mən hər şeyi bilirəm. Sən mənim üçün əziz bir insansan, mənim gözümün qabağında böyüyən bir insansan. Sən mənə deyəndə ki, gəlin oğrularla oturub söhbət edək, mən onu bu günə kimi qəbul etmirəm.

Həbib Axundov:

- Fərman dayı, mən deyirəm ki, səbr eləmək lazımdır. 300 min pulu qaytarım, sonra oturub söhbət edərik.

Fərman Məmmədov:

- Sən demisən 450 min qaytaracam. İndi 300 mini qaytar, sonra söhbət edək.

Həbib Axundov:

- Yaxşı, 300 mini qaytarım, sonra söhbət edərik.

Fərman Məmmədov:

- Həbib, biz Zağulbada görüşəndə üçümüz idik. İsrafil, sən və mən. Sənin birinci sözün o oldu ki, “Fərman dayı, sizin 575 min pulunuzu qəpiyinə kimi ödəyəcəm”.

Həbib Axundov:

- O sözlər çıxdı getdiy e, vso. O sözlər çıxdı getdi.

Fərman Məmmədov:

- Necə yəni çıxdı getdi?...

Ä°lgili resim

 “Elmira Axundova oğlunun biznesinin olmasına inanmağım üçün əlindən gələni edib!”

Fərman Məmmədov bildirir ki, bu söhbətlər olana qədər - iyulun 25-də Həbib Axundov məni ailə məclisinə dəvət etmişdi: “Şüvəlandakı bağında Elmira Axundova məni  görəndə təəccübləndi, ”Sənin burada nə işin var" deyib qaşqabaq tökdü. Həmin axşam Elnur da ora gəldi. Həbib məni qırağa çəkib söhbət etməyə başladı. Maşına əyləşib “QRES” deyilən yerə getdik. O, Elnurla mübahisə etməyə başladı. Elə həmin vaxt Elmira Axundova Həbibə zəng vurdu. Həbib isə anasına monopolistlərlə söhbət etdiyini dedi. Elnurla Həbibin arasında dava düşdü. Deputatın oğlundan dava salmamasını tələb etdim. O isə qayıtdı ki, əgər dava etməyimi istəmirsənsə, puldan əlini üz. Həmin vaxt nə baş verdiyini anlamırdım. Sonradan başa düşdüm ki, bütün bunlar oyun imiş, sırf məni inandırmağa hesablanıb. Mən 575 min manatı Həbib Axundova vermişəm. Bunun müqabilində o pulu biznesə qoyduğunu deyib. Mənə bütün müddətdə Həbib Axundov 125 min manat qaytarıb və həmin pulun biznesdən əldə olunan gəlir olması təsəvvürünü yaradıb. Sonradan başa düşdüm ki, qaytarılan pul öz pullarımdır, yəni biznes filan da olmayıb. İşin içində 1 dənə də olsun katric biznesinə aid sənəd yoxdur. Yəni məni Həbib Axundov, anası öz sözləri, hərəkətləri ilə inandırmışdılar ki, pulu biznesə yatırıblar. Elmira Axundova oğlunun biznesinin olmasına inanmağım üçün əlindən gələni edib!"

FÉrman MÉmmÉdov ile ilgili görsel sonucu

“Bu hərəkətlərin adı nədir, qoy özləri cavab versinlər!”

Fərman Məmmədov deyir ki, 2013-cü il mayın 18-də Elmira Axundova ona zəng vurub:

“Dedi ki, Masallıda bir yaxını var, ondan borc istəyib.  Elmira Axundova da ona pulu olmadığını deyib, bildirib ki, özü də, ətrafında olanlar da pullarını Həbibin yaratdığı kartric biznesinə qoyublar. Mənə dedi ki, özü də biznesə 80 min manat pul qoyub. Oğlu da deyir ki, bəs mama, sən pulu artıqlaması ilə götürmüsən, ona görə də pulu tələb edə bilməzsən. Həbib də yanındaydı, Elmira Axundova ona mənimlə danışa-danışa dedi ki, Fərman əmi deyir ki, düz danışmır.  Açığı, həmin günlərdə onun sualları mənə çatmırdı. Sonradan başa düşdüm ki, bütün bunlar məni inandırmağa hesablanan danışıqlar olub. Məni Elmira Axundova, oğlu Həbib Axundov danışıqları, söhbətləri, göstərdikləri sənədlərlə tam inandırmışdılar ki, katric biznesi ilə məşğuldurlar. Əslində isə belə bir biznes olmayıb! Bu hərəkətlərin adı nədir, qoy özləri cavab versinlər!”

“Narahat olma, anam Əfv Komissiyasının üzvüdür, səni ”yarım srok"a həbsdən çıxaracaq"

Fərman Məmmədov deyir ki, Elnur İbrahimov bu işdə rol alsa da, əsas şəxs o deyil: “Həbib mənə deyəndən sonra ki, piramidaya düşüb, onlara inamım tamam itdi. Səbəbini də deyim. Həbib Axundov bir tərəfdən piramidaya düşdüyünü deyirdi, o tərəfdən də gözümün qabağında Elnur İbrahimovu sakitləşdirirdi. Deyirdi ki, qorxma, səni çox da həbsdə yatmağa qoymayacağıq. Piramidaya düşən belə olur? İş üzrə 8 milyon manatdan artıq ziyan var. Həbib Axundov, onun anası Elmira Axundova Elnur İbrahimovun bu qədər pulu hara yox eləməsini araşdırmaq üçün barmaqlarını belə tərpətməyiblər. Əvəzində bunu israrla tələb edən biz zərərçəkənləri məhkəməyə verib, barəmizdə Eldar Mahmudova şikayətlər yazıblar. Təsəvvür edin ki, Həbib ”piramidaya düşmüşəm" dediyi günlərdə mənə zəng elədi. Dedi ki, Elnur İbrahimov anasının bağ evindədir. Məni ora çağırdı. Getdim, orada təxminən 50-yə yaxın adam var idi. Bildim ki, toplaşanların da pulu mənimsənilib. Həbib telefonla Yasamal Rayon Polis İdarəsində müstəntiq olan Seymur Hidayətzadəyə zəng vurdu və Elnuru ora gətirəcəyini dedi. Elnur bizim maşında getdi. Yolda mən tanış vəkillə danışıb bu cür dələduzluğun cəzasının nə olduğunu soruşdum. Vəkil isə belə işlərə görə 12 il həbs cəzasının nəzərdə tutulduğunu bildirdi. Bunu eşidən Elnur ağlamağa başladı. Həbib isə ona təsəlli verərək “Narahat olma, anam Əfv Komissiyasının üzvüdür, səni ”yarım srok"a həbsdən çıxaracaq. Sadəcə, pulları tək yediyini boynuna al" dedi. Həbib ona deyirdi ki, kişi kimi söz verirəm ki, sənin ailənə hər ay 500 manat pul göndərəcəyəm. Yasamal Rayon Polis İdarəsinə gəldik. İdarənin qabağında adam əlindən tərpənmək olmurdu. Hamısı Həbib və Elnur tərəfindən pulları əllərindən alınan insanlar idi.  Həbib Axundov Elnuru polisə aparanda elə danışırdı ki, guya onu zərərçəkənlərdən kimsə öldürə bilər və buna görə həbs edilməsini istəyir. Əslində isə məqsəd başqa olub, hamını inandırmaq istəyirdilər ki, guya bu işin başında Elnur İbrahimov dayanıb. Faktiki isə Elnur İbrahimov işdə, sadəcə, bir vint olub".

HÉbsxana ile ilgili görsel sonucu

Həbib Axundov ifadəsini təsdiqləyir və təkzib edir?

Zərərçəkənin sözlərinə görə, Həbib Axundov ibtidai istintaqda Elnur İbrahimovun Yasamal Polis İdarəsinə aparılması ilə bağlı ziddiyyətli ifadə verib: “İfadəsində deyir ki, Elnuru həbs etdirmək üçün Yasamal polisinə aparıb. Amma zərərçəkənlər ərizə yazmadılar deyə Elnuru oradan sərbəst buraxdılar. Sual olunur, bəs sən özün niyə ərizə vermədin? Axı sən də 1 il sonra zərərçəkən kimi tanımısan.  Əgər Elnurun əməlindən zərər çəkmişdinsə niyə ərizə yazmırdın?

Həbib Axundov ibtidai istintaqda ifadəsində deyib ki, məndən aldığı 450 min manata zamin dayanıb. Məhkəmədə də ifadəsində dedi ki, ibtidai istintaqa verdiyi ifadəni təsdiqləyir. Onun dediklərinə inansaq, məndən pulu alıb və Elnura verib. Sual olunur - mən Fərman Məmmədov pulu kimə vermişəm? Və ya məndən pulu alan kimdir? 

“Əslində söhbət mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmədən - dələduzluqdan gedir”

İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində 7 proses keçirilib. Həbib Axundov həmin proseslərdən cəmi birində iştirak edib. O, iş üzrə zərərçəkən kimi tanınsa da, məhkəmədə zərərçəkənlərlə bir sırada oturmur. Məhkəmədəki son iclasda oldu. O, prosesə gəldi, 17:52-də ifadə verməyə başladı və 8 dəqiqə sonra hakim məhkəməni iş vaxtı bitdiyinə görə dayandırdı. Hakim dedi ki, Həbib müalicəyə gedir. Bu məsələ də araşdırılmalıdır. Bizə Həbib Axundova suallar verməyə şərait yaradılmadı. Tələb edirik ki, Həbib Axundov məhkəməyə gəlsin.  Bir məqamı da deyim, ibtidai istintaq, ümumiyyətlə, ətraflı aparılmayıb. Burada əslində söhbət mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmədən gedir. Həbib özü deyib ki, işdə ümumilikdə 7-8 milyon manat olub. Elnur İbrahimov bu işi təkbaşına görməyib. Ona görə də  deyirəm ki, bu işi mütəşəkkil dəstə həyata keçirib. Bizə qarşı törədilən əməllər ibtidai istintaq tərəfindən düzgün tövsif edilməyib. Hazırda həmin əməllər Cinayət Məcəlləsinin 178 3.2 maddəsi - külli miqdarda ziyan vurmaqla dələduzluq kimi tövsif olunur. Əslində isə CM-in 178.3.2 maddəsi ilə yanaşı, 178.2.1 - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə dələduzluq və 178. 3.1 - mütəşəkkil dəstə tərəfindən dələduzluq maddələri ilə də tövsif edilməlidir. Biz hələ ibtidai istintaq dövründən bu tələblə çıxış edirik. O vaxt Bakı şəhər prokuroru İlqar Abbasovun qəbulunda olmuşuq. O da göstəriş verib ki, cinayətdə əli olan şəxslərin dairəsi müəyyən olunsun. Amma bu göstəriş bu günə qədər icra olunmayıb. İstintaqı alayarımçıq yekunlaşdırıb məhkəməyə göndəriblər. Bu gün də bu məsələ aktual olaraq qalır. İşi ibtidai istintaqa qaytarıb düzgün araşdırılmasını istəyirik.(müsavat)

E.MƏMMƏDƏLİYEV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam