Bir neçə gün öncə “Qarabağ” Sloveniyanın “Olimpiya” komandasını Tofiq Bəhramov adına Respublika Stadionda qəbul edib.
Yenixeber.org: Matçın nəticəsi hər kəsi məmnun etsə də, qarşıdurmanı stadionda canlı izləyən azarkeşlərin xoşagəlməyən situasiyalarla qarşılaşıblar.
Stadiona qapağı bağlı halda su şüşəsi keçirmək olmaz. Ona görə də, birinci qapıdan girərkən polis əməkdaşları su şüşələrinin qapağını açdırıb. Daha sonra azarkeşlər tribunalarda yerlərini tutmaq istəyəndə digər bir polis əməkdaşı qapağı açılmış şüşələrin də keçirilməsinə icazə verməyib. Azarkeşlər məcbur qalıb su şüşələrini zibilə atıb azı 105 dəqiqə susuz matça baxmağa məcbur ediliblər.
Qapağı açılmış su şüşələrinin içəri keçirilməsinə icazə verilməməsinin kökündə isə bəzi maraqlar dayanır. Belə ki, tribunalara yaxın yerdə su köşkü var və təbii ki, qızmar havada yanında su gətirə bilməyən azarkeş də həmin köşklərdən su alacaq. Üstəlik, bu köşklərdə adi su mağazalardakı qiymətlə müqayisədə iki qat daha baha satılır.
Bəzi iddialara görə, stadion rəhbərliyi polislərə məhz stadionun daxilində su satışı həyata keçirilsin deyə tapşırıq verib və buna görə də, azarkeşlərin özü ilə gətirdiyi su şüşələrini min bir yolla içəri buraxılmır.
Bu cür düşünməyə kənardan gətirilən su şüşələrini stadiona buraxmayan polisin köşkdən alınan su şüşələrinin qapağına belə heç qarışmaması əsas verir.
İddialarla bağlı Tofiq Bəhramov adına Respublika Stadionu ilə əlaqə saxlamağa cəhd etdik. Stadionun əlaqə vasitəsi kimi qeyd edilən 3 nömrədən ikisi mövcud deyil, digərinə isə iş saatları daxilində ard-arda nə qədər zənglər etsək də, dəstəyi götürən bir nəfər tapılmadı.
Buna baxmayaraq qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq. Bu məsələni diqqətlə saxlayacağıq ki, belə məqamlar az-maz inkişaf edən futbolumuza kölgə salmasın.(minval)