Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Göyçayın Potu kəndində çar II Nikolayın vaxtında tikilmiş məktəb binası-Dramatik kadrlar



Göyçayın Potu kəndinin tam orta məktəbinin yerləşdiyi, hələ çar II Nikolayın dövründən qalmış, heç tövlə kimi də yaramayan daxma uçub-dağılmaq üzrədir. Kənd sakinləri olməktəbdən çəkilmiş kadrları redaksiyamıza göndəriblər. Mənzərə doğrudan da acınacaqlıdır və Afrikanın yoxsul ölkələrinin ucqar kəndlərində məktəb adına istifadə olunan hansısa yarıuçuq daxmaları xatırladır.

Rəsmi hesabatlarda deyildiyi kimi Azərbaycanda  təkcə ötən 10 il ərzində 2900-dan çox məktəb binası tikilib, yaxud əsaslı təmir olunub. Amma ölkənin mərkəzi rayonlarından birində heç tövlə kimi də işə yaramayan tikilidə uşaqların təhsil almağa məcbur olması Azərbaycanda qəzalı məktəb binaları probleminin hələ də qaldığını göstərir.


Potu kəndinin  tam orta məktəbi Əfqanıstan müharibəsində xüsusi igidlik göstərib həlak olmuş kənd sakini Mübariz Məmmədovun adını daşıyır,  iki korpusdan (əgər bunlara korpus demək mümkün olarsa) ibarətdir. Birinci korpus 1905-ci ildə tikilmiş və tam uçuk-sökük vəziyyətdə olan tikilidə yerləşir. Həmin tikilinin çar II Nikolayın dövründə hansı məqsədlə tikildiyini yəqin tarixçilər araşdıra bilər, amma faktdır ki, 8 otaqan ibarət bu tikili sovet dövründə uzun illər kəndin orta məktəb binası kimi istifadə olunub.

Hazırda tikilinin (onu bina adlandırmaq belə düzgün olmazdı) döşməsi çürüyüb tökülür, damı yarıdağılmış vəziyyətdə olduğundan yağan yağış, qar içəri axır, tavan aşsüznə dönüb. Və şəkillərdən görünür ki, məktəb heyəti içəri axan yağış sularının qarşısını almaq üçün tavana içəri tərəfdən (!) selofan çəkib.

Məktəbin ikinci korpusu isə nisbətən təzədir, yəni çar dövründə yox, sovet dövründə-1977-ci ildə tikilmiş birmərtəbəli binadan ibarətdir. Bu korpusda 12 otaq və dəhliz var, bina istismar müddətini çoxdan başa vurub və qəzalı vəziyyətdədir. Döşəmələr çürüyüb, tavanı damır, divarların suvağı qopub tökülüb və iri çatlar yaranıb. Sinif otaqlarından birində müəllim stulunun qoyulduğu yerə hansısa dəmir parçası vurulub ki, heç olmasa müəllim dərs keçəndə stulqarışıq döşəmənin çürük taxtalarının arasına yıxılmasın.

Əlbətdə, bu vəziyyətdə olan məktəbin istilik sistemindən də söhbət gedə bilməz. 260 şagirdin təhsil aldığı bu məktəb binası belə görünür ki, heç əsaslı təmirə də yaramır-tamamilə sökülüb yenidən tikilməlidir. Bu vəziyyətdə olan məktəb binasında hansı keyfiyyətli təhsildən söhbət gedə bilərdi? Hərçənd rəsmi statistik məlumatlarda deyilir ki, Potu kəndinin tam orta məktəbi şagirdlərin buraxılış imtahan göstəricilərinə görə rayonun qabaqcıl məktəblərindən imiş...

Lakin məsələ burasındadır ki, Təhsil Nazirliyi bir yana qalsın, yerli İcra Hakimiyyəti də cür uçub-dağılmış tikilidə uşaqların təhsil almasına illərdir göz yumub. Hansı ki, bu rayonda məmurlar Göyçay çayının yatağının çınqıl ehtiyatının uzun illərdir ayrı-ayrı oliqarxlar tərəfindən kütləvi talan edilməsinə də beləcə göz yummuşdular. Nəticədə Göyçay çayının üzərində bir neçə il əvvəl salınan, respublika əhəmiyyətli avtomobil yolunun üzərində yerləşən körpü bu günlərdə selə tab gətirməyib uçdu.(virtualaz)




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam