Dünya çempionatında baş verən ən maraqlı olaylar
Yenixeber.org: Futbol üzrə dünya çempionatının başlamasına sayılı günlər qalıb. Hər 4 ildən bir keçirilən bu mühim tədbir dünyanın demək olar hər bir yerindən canlı izlənilir. Hər dünya çempionatının özünə məxsus hekayəsi olur və bununla da həmin dünya çempionatı futbol tarixinə yazılmış olur.
Bu məqalədə dünya çempionatları zamanı baş verən ən unudulmaz hadisələrdən bəhs edəcəyik.
Rivaldo Türkiyəyə qarşı
2002 Dünya çempionatı türklər üçün unudulmazdır. Türkiyə millisi Cənubi Koreyada keçirilən dünya çempionatında Türkiyə futbol tarixində indiyə qədər əldə olunmuş ən böyük uğuru əldə etmiş, dünya üçüncülüyünə nail olmuşdu. Türkiyə və Braziliya milliləri arasında keçirilən oyunlar xüsusilə yadda qalan keçmişdi. Belə ki, qrup mərhələsində qarşılaşan iki millinin oyununda Rivaldo Oskarlıq performans ilə yadda qalmağı bacarmışdı. Hesabda irəli olan Braziliya millisi oyunun sonlarına yaxın hesabı qorumaq üçün müxtəlif vasitələrə əl atıb. Bu zaman isə topu Hakan Ünsal tələsərək Rivaldoya qaytarır. Rivaldo isə topun ona dəyməsindən istifadə edərək özünü yerə atır və nəticədə hakim Hakan Ünsalı qırmızı kartla cəzalandırır.
Maradona İngiltərəyə qarşı
1986 Dünya çempionatı Maradonanın hər kəsi heyran qoyduğu dünya çempionatı kimi yaddaşlarda qalıb. Həmin il Argentina millisi Maradonanın liderliyi ilə dünya çempionatında birinci yer olub. Bu dünya birinciliyinə gedən yolda Maradonanın İngiltərə yığmasına atdığı iki qol hələ də danışılır. Maradona əli ilə vurduğu qolu oyundan sonra əlin öz əli olmadığını, tanrının əli olduğunu demiş, ikinci qolunu isə dünya sonralar əsrin qolu adlandırmışdı.
Qapıçı Luiz Suarez
2010-ci il dünya çempionatında Uruquvay millisi uğurlu çıxışı ilə yadda qalıb. Uruquvay millisi bu çempionatında 4 cü yeri tutub və bu yolda Qana millisi ilə keçirilən oyun emosianallığı ilə yadda qalıb. Oyunun 120-ci dəqiqəsində, hesab bərabərkən Suarez son çarə olaraq topu xətdən əli ilə çıxarır, oyundan kənarlaşdırılır və penalti təyin olunur. Topun arxasına keçən Qyan Asamoah penaltidən fərqlənə bilmir və beləliklə oyunun talehi penaltilər seriyasında təyin olunur. Sonda gülən tərəf Uruquvay millisi olur. Beləliklə Suarez hədər yerə qırmızı kart almış olmur.
Zidanının Materatziyə zərbəsi
2006 Dünya çempionatında Fransa uğurlu çıxış edərək finala qədər irərliliyə bilib. Çempionatın finalındakı hadisə isə finalın özündən daha çox yadda qalan olub. 90 dəqiqə sonunda bərabərliklə razılaşan komandalar 120 dəqiqə ərzində hesabı dəyişə bilməyir və nəticədə oyun penaltilər seriyasına qədər uzanır. Oyunun 110-cu dəqiqəsində isə Zidan və Materatzi arasında münaqişə baş verir. Nəticədə futbol tarixinə düşən o kəllə zərbəsi baş verir. Hadisənin üstündən illər keçsə də Zidan Materatzidən üzr istəmir.
Braziliyanın alçaldıcı məğlubiyyəti
Braziliyanın ev sahibilə keçirilən 2014 dünya çempionatı ev sahibləri üçün heç də yaxşı sonlanmamışdı. Yarım finalda Almaniya millisilə qarşılaşan sambaçılar meydançadan böyük hesablı məğlubiyyətlə ayrılmalı olub.
Oyunun nəticəsi Almaniya 7: 1 Braziliya
Tamerlan Mehdi (minval)