Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Niyə bütün böyük layihələr “Tekfen”-ə verilir –yerli inşaat şirkətlərimizə nə olub?


  

Yenixeber.org: 25-ci “Caspian Oil & Gas” Sərgisində Azərbaycan Respublikasının Energetika nazirinin müavini Samir Vəliyev Türkiyənin “Tekfen İnşaat”ının Baş Direktoru Levent Qafqazlı ilə bir araya gəlib. Görüşdə bərpaolunan enerji layihələrinin inkişaf etdirilməsi məsələsində strateji əməkdaşlıq çərçivəsində niyyət protokolu imzalanıb.

 Azərbaycanın bərpaolunan enerji layihələrinin tikintisi “Tekfen İnşaat”ın ilk sifarişi deyil. 1996-cı ildən bəri həmin şirkət, demək olar ki, ölkəmizin ən böyük tikinti sifarişlərini yerinə yetirib.

Məlumata görə, “Tekfen İnşaat” bu günə qədər Bakı-Tblisi-Ceyhan, “Şahdəniz-1” və “Şahdəniz-2” çərçivəsində neft-qaz kəmərləri, terminallar, dəniz platformaları başda olmaqla, çox sayda layihə həyata keçirib.

 

Bunlar hələ enerji resurslarımızın istismarı, nəqli ilə bağlı layihələrdir və deyək ki, “Tekfen İnşaat” həmin sahədə mütəxəssisləşib. Maraqlıdır ki, “Tekfen” adi bina tikintilərindən də kənarda qalmayıb və bir çox görkəmli binaları inşa edib.

Məsələn, iki il bundan əvvəl, yəni neft böhranının dərindən hiss olunduğu 2016-cı ildə belə, “Tekfen” ac qalmayıb. Vergilər Nazirliyinin yeni binasının inşası ona tapşırılıb. Həmin ilin 29 iyulunda nazirliklə bağlanan niyyət protokolunda 33 mərtəbəli, 169 metr hündürlüyündə olacağı gözlənilən bina “Tekfen”-ə ən azı 94 milyon dollar qazandıracaqdı.

Bundan əvvəl isə həmin şirkət Azərbaycan Dövlət Neft Şirkətinə məxsus “SOCAR Towers” inzibati binasını tikmişdi. Həmin tikintinin ilkin büdcəsi 235 milyon dollar idi.

 

“Tekfen”-in Azərbaycanda həyata keçirdiyi digər layihə, tikintisi 2015-ci ildə başa çatdırılmış Bakı Olimpiya Stadionu idi. OCCRP-nin (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) araşdırmasına görə, stadionun tikintisi üçün ilkin büdcənin 640 milyon dollar olmasına baxmayaraq, layihə 850 milyon dollara başa gəlmişdi. Maraqlıdır ki, stadion təhvil veriləndən sonra mətbu orqanlarda onun hələ istifadə edilməmişdən qəzalı vəziyyətə düşdüyü barədə məlumatlar dolaşmış, rəsmilərimiz bu dedi-qodulara qaneedici aydınlıq gətirməmişdi.

Adı OCCRP-ın hesabatlarında hallanan “Tekfen” indi də Azərbaycanın 2025 Strateji Yol Xəritəsində yer alan alternativ və bərpaolunan enerji sahələrinin inkişaf layihəsini həyata keçirəcək və yəqin ki, bu layihə də ona miqdarı hələlik açıqlanmayan böyük pullar qazandıracaq.

Tekfen İnşaat Baş Direktoru Levent Qafqazlı Azərbaycandan aldığı yeni “yağlı təklif”in mutluluğu içərisində olduğunu gizlətmir də. O, imzaladığı layihəni şərh edərkən deyib:

 

"1996-ci ildən fasiləsiz olaraq iş apardığımız Azərbaycanın iqtisadi inkişafına mühüm töhfələr veririk. Bu imzayla bölgədəki əməkdaşlıqlarımıza bərpaolunan enerji layihələrini də daxil edərək, genişləndirməyi planlaşdırırıq. Təbii enerji resursları baxımından zəngin olan Azərbaycanın davamlı bir gələcək perspektivləri ilə bərpaolunan enerji sahəsinə investisiya qoymağı hədəf seçməsi bu sahədə addım atmaq niyyətində olan “Tekfen İnşaat” üçün potensial investisiya imkanlarının təsbiti və kəşfiyyat işlərini birgə həyata keçirmək üçün çox önəmli bir fürsətdir”.

Şirkət rəhbərinin açıqlamasından da anlaşıldığı kimi,  Azərbaycanın bərpaedilən enerji layihələrinin inşası “Tekfen”in bu sahədə ilk addımı olacaq. Necə deyərlər, dəlləkliyi bizim başımızda öyrənməyə dəyər.

Elədirsə, sual yaranır: Əgər Tekfen bu sahədə kifayət qədər təcrübəyə malik deyilsə, Azərbaycan hakimiyyəti niyə bu cür layihələri öz yerli inşaat şirkətlərimizə yox, məhz ona tapşırır?

 

Axı, bizdə də kifayət qədər böyük inşaat şirkətləri var və daxili imkanlarımızla bu layihələri reallaşdırsaq, yüzmilyonlarla, bəlkə də milyardlarla dollarlıq vəsait öz iqtisadiyyatımıza qala bilər. Nəticədə Cənab Prezident İlham Əliyevin dediyi kimi, iqtisadiyyatımız şaxələnər, insanlarımız işlə təmin olunar.(ovqat.com)

Bəs, o zaman “Tekfen”-ə bu xüsusi məhəbbətin əsl motivi nədir – sadəcə “bir millət, iki dövlət” şüarçılığımı?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam