Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Hakimiyyət bütün bəşəri, mənəvi dəyərləri məhv etdi” -Erməni mediası

 

“Hakimiyyət bütün bəşəri, mənəvi dəyərləri məhv etdi”

 

"Artıq iki ildir ki, Samvel və Armine anası və nənəsi ilə Yerevan ətrafındakı hərbi qəbiristanlığa gəlib işğal altında olan Azərbaycan torpaqlarında məhv edilən atalarının xatirəsini yad edirlər. İki il bundan əvvəl onların ataları Qraçya Muradyan aprel hadisələri zamanı Azərbaycan ordusu ilə döyüşlərdə məhv edilib”.

Yenixeber.org: "Radio Azatyunyun”da yerləşdirilən reportajda qeyd edilir ki, "atalarını "şirin və güclü” adlandıran uşaqlar onlara necə hər səhər şirin süd gətirdiklərinin xatırlayırlar. "Biz atamızla gəzirdik. İndi biz ən çox bunun üçün darıxırıq. Onun səsi üçün darıxırıq”, - deyə uşaqlar xatırlayırlar. Bu qəbiristanlıqda aprel döyüşləri zamanı ölən yüzlərlə erməni əsgəri dəfn edilib. Aprel hadisələrinin ildönümü qəbiristanlıqda anılıb. 

Mərasimə qatılan nazir Vigen Sarkisyan isə onlara atalarının hansı səbəbdən başqa ölkənin torpaqlarında olmalarını izah etmək əvəzinə, onları yeni-yeni qurbanlar verməyə çağırıb. Daşnak təfəkkürü ilə onları sakitləşdirməyə çalışan nazir populist bəyanatlarla çıxış edib. Bildirib ki, "bizim mübarizə Qarabağda başlayıb, Qarabağda qurtarmır”. Əlavə edib ki, daha geniş ərazilər tutmağa hazır olmalıdırlar. Lakin erməni mediası və cəmiyyəti üçün nazirin populist fikirləri maraqlı deyil. Erməni müxalifəti və mətbuatı, ictimaiyyəti həmin hadisələrdən sonra ordunun qüdrəti barədə miflərin məhv olduğu qənaətindədir. Əsas fikir də bundan ibarətdir ki, "Aprel sindromu” hakimiyyətin necə də səriştəsiz olduğunu üzə çıxardı.

Yeri gəlmişkən, üstündən iki il keçməsinə baxmayaraq erməni cəmiyyəti hələ də aprel hadisələrinin xofundan, stressindən yaxa qurtula bilmir. Azərbaycan ordusunun düşmən təxribatının qarşısını alaraq irimiqyaslı hərbi əməliyyatlara başlatması və əldə etdiyi nəticələr erməni cəmiyyətində ən çox müzakirə olunan məsələlər sırasındadır.

Hadisələrin ildönümü ərəfəsində ermənilərin tanınmış nəşrləri hadisələrlə bağlı analiz və şərhlər dərc edirlər. Ermənilərin "1in.am” nəşri də bu mövzuda maraqlı bir məqalə dərc edib. Müəllif yazır ki, iki il bundan öncə erməni cəmiyyəti səhəri müharibənin başlaması xəbəri ilə açdı. Hərbi əməliyyatların Azərbaycan və Ermənistan qoşunlarının yerləşdiyi bütün cəbhə xətti boyunca başladığı, daha çox ermənilərin Hadrut adlandırdıqları işğal altında olan Xocavənd rayonu və şimal-şərq (Mardakert) ərazilərində aparıldığını qeyd edən müəllif qeyd edir ki, dördgünlük hərbi əməliyyatlar bizləri yeni reallıqlar qarşısında qoydu. "Bu müharibə bizləri köhnə miflər, təəssüratlar ilə vidalaşmağa məcbur etdi. Bu müharibə bir növ indikator rolunu oynadı. Bizim hərbi-siyasi elitanın bacarıqsızlığını və yarıtmaz fəaliyyətini ortaya qoydu, ordunun döyüş qabiliyyəti barədə mifləri dağıtdı”, - deyə müəllif yazır.

Onun qənaətincə, dördgünlük müharibə erməniləri sülh və müharibə arasında dilemmaya açıq gözlə baxmağa məcbur etdi. "Təəssüf hissi ilə qeyd etməliyik ki, bu, bizim siyasi sistemin Dağlıq Qarabağ probleminin nizamlanması prosesində hər hansı bir proqramının olmadığını üzə çıxardı. Dördgünlük müharibə göstərdi ki, atəşkəs rejimin bərqərar olmasından sonra, daha dəqiq desək 1994-cü ildən bəri bizlər dövlətçilik ideyalarının sərfiyyatı ilə məşğul olmuşuq. Müharibədən qaçmaqla biz onu qapımızın astanasına gətirib çıxardıq. Korrupsiya girdabında, seçki saxtakarlıqlarında çabalayan hakimiyyət birinci müharibədə əldə olunan qələbədən lazımınca yararlana bilmədi. Hakimiyyət bütün bəşəri, siyasi, mənəvi dəyərləri məhv etdi. Təsadüfi deyil ki, dördgünlük müharibə zamanı mövcud dövlətçilik modelinin dağılması halları fakt kimi ortaya çıxdı. Bu hərbi əməliyyatlar tam şəkildə korrupsioner sistemin mahiyyətini, siyasi qərarların qəbul edilə bilinməməsini, alternativi, gündəliklərin olmamasını üzə çıxardı”, - deyə müəllif təəssüratını bölüşüb.


 
Müəllif onu da qeyd edir ki, dördgünlük müharibədən bir neçə ay sonra Yerevanda post-patrul alayının ələ keçirilməsi ilə bağlı avantüra üzə çıxdı. "Düz bir il sonra isə cəmiyyətin siyasi  kapitulyasiyası baş verdi. Bu, bizim siyasi sistemin dördgünlük müharibəyə olan reaksiyası idi. Daha çox "ağ bayrağın qaldırılması” adlandırılsa yaxşı olardı”, - deyə müəllif gəldiyi qənaəti açıqlayır. Müəllif onu da yazır ki, "2016-cı ilin aprelində erməni cəmiyyəti bir sıra müsbət keyfiyyətləri əldə etsə də, iyun ayında post-patrul alayının ələ keçirilməsi ilə bütün bu müsbət cəhətlər bir növ bataqlıqda dəfn edildi”. Ən maraqlısı isə odur ki, müəllif aprel hadisələri zamanı nümayiş etdirdiyi mövqeyə görə ermənilərin özlərinə müttəfiq saydığı ölkələri də kəskin tənqid edib. Qeyd edib ki, müharibə beynəlxalq münasibətlər, humanizm, müttəfiqlər və sülh haqqında münasibətləri dəyişdi. Müəllif iddia edir ki, aprel müharibəsi geniş mənada Rusiya tərəfindən qızışdırılıb və separatçı qurum ilə Ermənistana qarşı başladılıb. Ardınca da əlavə edir ki, aprel hadisələrindən sonra rəsmi Yerevan bir sıra nəticələr əldə etdi. İlk olaraq Ermənistan Avropa İttifaqı ilə Assosiativ üzvlük haqqında yeni saziş imzaladı. Lakin əlavə edir ki, geniş mənada bu qısamüddətli hərbi əməliyyatlardan bir nəticə əldə olunmadı. Çünki, müharibədən cəmi bir neçə ay sonra yenə də Rusiya ilə hərbi əməkdaşlıq barədə sənəd imzalandı. Bu ölkədən "İsgəndər” raketləri alındı.

 

Müəllif daha sonra iddia edir ki, Azərbaycan 2016-cı il müharibəsi zamanı özünün strateji məsələsini həll edə bilmədi. Lakin etiraf edir ki, Azərbaycan ordusu bir neçə taktiki əhəmiyyət kəsb edən strateji yüksəkliyi ələ keçirdi. Daha sonra yazır ki, rəsmi Yerevan Azərbaycan ordusunun qarşısını çox böyük insan itkisi ilə ala bildi: "Dördgünlük müharibə köhnə Ermənistan səhifəsini qapada bildi. Lakin cəmiyyətdəki problemləri daha da qabartmış oldu”.
 
Müəllif yazır ki, Ermənistan hakimiyyəti bu müharibədən özü üçün hər hansı bir dərs çıxarmadı. Əksinə, öz hakimiyyətini möhkəmləndirmək üçün qanunsuzluqlara rəvac verməyə üstünlük verdi. Sonda isə yazır ki, "üstündən iki il keçsə də, biz bu müharibədən dərs çıxarmadıq, əksinə, gündəlikdə yeni müharibənin risklərini saxladıq”.Kaspi” qəzeti 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam