Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Bakı Slavyan Universitetində aprel döyüşlərinin ildönümü qeyd olundu -FOTOLAR

Bakı Slavyan Universitetində aprel döyüşlərinin ildönümü qeyd olundu -

 

Bu gün Bakı Slavyan Universitetində (BSU) ötən il 2-6 aprel tarixlərində baş vermiş döyüşlərdə həlak olan şəhidlərin ildönümünə həsr edilmiş “Ordumuz Vətənimizin dayağıdır” adlı anım mərasimi keçirilib.

Yenixeber.org:  Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra aprel şəhidlərinə aid slayd nümayiş olunub.

Mərasimi giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva ötən il aprel ayında baş vermiş hadisələri yaxın tariximizin həm kədərli, həm də qürurverici səhifəsi adlandırıb. O bildirib ki, həmin hadisələr Azərbaycan ordusunun vətənpərvərlik ruhunun son dərəcə yüksək olduğunu təsdiqləyib: “Biz bir daha əmin olduq ki, ordumuz Ali Baş Komandanın əmri ilə bütün torpaqlarımızı qısa müddətdə işğaldan azad etmək qüdrətindədir”.

          Sonra N. Əliyeva üzünü gənclərətutaraq onlara öz tövsiyələrini verib. O, Vətən sözündən qürurlu bir söz tanımadığını, onun ana qədər müqəddəs olduğunu qeyd edərək, hər bir gəncin öz sahəsində ləyaqətlə çalışmasının vətənə xidmət olduğunu bildirib. N.Əliyeva bu gün ölkəmizdə hökm sürən stabillik və sabitliyin, əmin -amanlığın əvəzsiz bir nemət olduğunu və bunun Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində ərsəyə gəldiyini qeyd edib.

BSU rektoru gəncləri Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birliyə səsləyib. O, gənclərə yad ideologiyalara,yabançı düşüncələrə uymamağı tövsiyə edib. N.Əliyeva BSU tələbələrini bu gün cəbhədə vətəni ləyaqətlə qoruyan oğulların vətəndaşlıq estafetini davam etdirməyə çağırıb. Rektor YAP Qadınlar Şurasının sədri kimi aprel döyüşlərindən sonra Füzuli bölgəsində cəbhədə olarkən əsgərlərimizin soyuğa, şaxtaya baxmayaraq Vətənin keşiyində mətanətlə dayanmasından qürur duyduğunu gənclərin nəzərinə çatdırıb. N.Əliyeva dövlətimizin gənclərə xüsusi etimad göstərdiyini, onlara ən məsul vəzifələri tapşırdığını və tezliklə BSU gənclərinin də onların sırasında olacağını bildirib. O, gənclərin harada olmasından asılı olmayaraq dövlətçiliyə daim sədaqətli olmalarını tövsiyə edib.

Tədbirdə çıxış edən aprel döyüşlərində həvəskar jurnalist kimi fəaliyyət göstərmiş, BSU-nun jurnalsitika fakültəsinin IV kurs tələbəsi, Gənc Jurnalistlər Klubunun sədri Xəyal İbrahimzadə aprel döyüşləri zamanı Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsindən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışıb, işğal altında olan torpaqlarımızın yaxın zamanda azad ediləcəyini əminlikləbildirib.

Mərasimdə Tofiq Şahmuradovun müəllifi olduğu “Döyüş gündəliyi- Talış” adlı film nümayiş etdirilib.

 Qarabağ müharibəsi iştirakçısı, polis mayoru Aida Şirinova çıxışında nümayiş olunan “Döyüş gündəliyi- Talış” filmi ilə bağlı təssüratlarını iştirakçılarla bölüşüb, aprel qələbəsini xalqımızın qəhrəmanlıq səlnaməsi adlandırıb. Aida Şirinova özünün yazdığı ”Ey şəhid qardaşlarım!” şeirini səsləndirib.

Sonra universitet tələbələri vətənpərvərliklə bağlı bədii kompazisiya təqdim ediblər.

 

Bakı Slavyan Universitetində aprel döyüşlərinin ildönümü qeyd olundu -
Bakı Slavyan Universitetində aprel döyüşlərinin ildönümü qeyd olundu -

BSU-nun Mətbuat xidməti


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam