TRAMP, PUTİN, ƏRDOĞAN, KİM ÇEN, XAMENEİ…-"Bloomberg" 16 tanınmış liderin hakimiyyətdə neçə il qalacağını proqnozlaşdırıb
Yenixeber.org: "Bloomberg" dünyanın 16 tanınmış liderinin hakimiyyətinin nə qədər davam edəcəyinə dair proqnozlarını açıqlayıb. Nəşrin fikrincə, məhz hakimiyyətinin ömrü uzun olanlar qarşıdakı 10-20 ildə dünyadakı proseslərə yaxından təsir etmək imkanına malik olacaq.
Məhəmməd bin Salman
Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman de-yure kral olmasa da, faktiki olaraq 32 yaşında ölkəni səmərəli şəkildə idarə edir. Və hələ yarım əsr də idarə edə bilər. Atasının – kral Salmanın 82 yaşı var, keçmiş kral Abdulla isə 90 yaşında vəfat etmişdi.
Hətta skeptiklər etiraf edirlər ki, gənc şahzadə kral ailəsindəki rəqiblərini asanlıqla zərərsizləşdirib və krallığın əsas güc qurumlarını əlinə keçirə bilib. Amma bu yolda özünə düşmənlər də qazanıb.
Şahzadə Məhəmməd Səudiyyə Ərəbistanı krallığının iqtisadi inkişafına hesablanan ambisiyalı "Vision 2030" proqramının kuratordur. Və yaxın onilliklərdə Məhəmməd bin Salman gücünü daha da artıracaq.
Kim Çen İn
Çevriliş, qətl və ya ABŞ-la müharibə. Bunlar Şimali Koreya lideri Kim Çen İn üçün başlıca təhdidlərdir.
Lakin hakimiyyətdə qalası olsa, böyük ehtimalla oniilliklər boyunca möhkəm duruşunu qoruyub saxlaya biləcək. Eynilə atası və babası kimi.
Kim 1982-ci ildə dünyaya gəlib və hələ 40-50 il yaşaya bilər. Lakin artıq çəki problemi bir qədər risk yarada bilər. Onun atası Kim Çen İr 70, babası Kim İr Sen 82 yaşında dünyasını dəyişib.
Si Tszinpin
Çin Xalq Partiyası sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılandan sonra hamını hazırkı sədr Si Tszinpinin hakimiyyətdə nə qədər qalacağı maraqlandırır.
Son dəyişikliyə qədər Konstitusiyada məhdudiyyət var idi və iki dəfədən artıq seçilməyə icazə verilmirdi.
İndi 64 yaşlı Si Tszinpinin 2023-dən sonra da hakimiyyətdə qalmasına maneə yoxdur.
Vladimir Putin
Hakimiyyətdə olduğu 18 il ərzində Rusiya prezidenti Vladimir Putin ambisiyalı oliqarxlardan, çeçen separatçılardan tutmuş, Qərbin sanksiyalarına qədər istənilən təhlükəni neytrallaşdıra bilib.
Konstitusiyadakı məhdudiyyətlər Putinin 2024-cü ildə prezidentlikdən getməsini tələb edir. Rusiya prezidenti bir dəfə bu qaydalardan yan keçib. Lakin bu dəfə belə etməyəcəynə işarə vurur.
Putinin əsas hədəfi odur ki, hakimiyyətdən gedəndən sonra sistemi və ətrafı təhlükəsizlikdə olsun.
Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2019-cu ilin noyabrındakı seçkilərdən sonra öz təsir dairəsini daha da gücləndirə bilər.
Həmin vaxt faktiki olaraq bütün hakimiyyət prezidentin əlində cəmləşəcək. 64 yaşlı siyasətçi 2016-cı ildə dövlət çevrilişindən keçib, seçicilər, həmçinin müxalif Milli Hərəkat Partiyası arasında güclü dəstəyə malikdir.
Nəzəri olaraq hakimiyyətdə iki beşillik müddəti keçirə bilər. Lakin ikinci müddətə qədər növbədənkənar seçkilərə qarar versə, bu müddət uzana bilər.
"Economic Policy Research Foundation of Turkey" təşkilatının analitiki Nihat Ali Özkan hesab edir ki, Ərdoğan icraedici hakimiyyətin bütövlükdə prezidentin əlində cəmləşməsinə çalışır. Bunun üçün siyasi ittifaqlar qurur, qanunları dəyişir: "Əgər istədiyni gerçəkləşdirsə, daha 10 il hakimiyyətdə qala bilər".
Narendra Modi
Hindistan baş naziri Narendra Modi ölkəsinin siyasi qüvvələri arsasında hökmran mövqeyə sahibdir və onun 2019-cu ildə keçiriləcək ümumxalq seçkilərini də udacağı gözlənilir.
5 illik müddəti nəzərə alsaq, onun hakimiyyətdə 2024-cü ilədək, bəlkə daha çox qalacağını demək olar.
Struktur dəyişiklikləri etmək üçün çoxluğa sahib olmasa da, rəhbəri olduğu Hindistan Xalq Partiyası ştatlar səviyyəsində çoxsaylı seçkiləri udaraq populyarlıq qazanıb.
67 yaşlı Modi hazırda Hindistanın ən tanınmış siyasi xadimidir. Müxalifətdə olan Hindistan Milli Konqresi isə zəif partiyadır və xarizmatik liderə sahib deyil.
Əli Xamenei
İranın ali dini lideri Ali Xamenei 1981-89-cu illərdə prezident postunu tutub, sol-radikal qüvvələrin sui-qəsdinə məruz qalıb, silahlı münaqişələrə şahid olub.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun və bir çox iranlıların dəstəyi ilə 78 yaşlı siyasətçi güman ki, ölənə qədər ölkə rəhbərliyində qalacaq.
Emmanuel Makron
Fransa prezidenti Emmanuel Makronun populyarlığı hakimiyyətə gəlişinin ilk aylarında bir qədər zədələndi.
Buna səbəb 40 yaşlı siyasətçinin zənginlərin xeyrinə olan siyasət yürütməsi idi.
Lakin ilin sonunda onun reytinqi bərpa olundu.
Zənginliyə görə verginin ləğvi, əmək qanunvericiliyinin liberallaşdırılması kimi, islahatlar iqtisadi artıma və iş yerlərinin artmasına gətirib çıxarsa, Makron 2022-ci il seçkilərində də qələbə qazana bilər.
Nikolas Maduro
Venesuela prezidenti Nikolas Maduronu qarşıda (bu ilin mayında) seçkilər, inflyasiya və aclıq, qanlı küçə aksiyaları gözləyir.
Bununla belə, 55 yaşlı Maduro əvvəlki kimi hərbçilərin dəstəyini görür və daha 6 il hakimiyyətdə qalmaq şansı qazana bilər.
Donald Tramp
Tramp Birləşmiş Ştatlara prezident seçiləndən bu yana işsizliyin səviyyəsi son 17 ilin ən aşağı həddinə düşüb. Bundan başqa, birjalarda artım olub.
Bununla belə, 71 yaşlı Tramp ABŞ siyasi tarixinin ən aşağı reytinqli prezidentidir.
Xüsusi prokuror Müllerin Rusiyanın ABŞ-dakı son seçkilərə mümkün müdaxiləsinə dair apardığı təhqiqat çətin ki, Trampın səlahiyyət müddətini azaldacaq.
Trampı impiçment yolu ilə postundan uzaqlaşdırmaq üçün isə Senatdakı səslərin üçdə ikisi lazımdır. Bu isə faktiki olaraq qeyri-mümkündür.
Məhəmməd Buxari
Nigeriya prezidenti Məhəmməd Buxari böyük ehtimalla 2019-cu ilə – səlahiyyət müddətinin sonuna qədər hakimiyyətdə qalacaq.
Təbii ki, o vaxta qədər səhhətində hər hansı dəyişiklik baş verməsə.
Keçmiş hərbçi ötən il Londonda 5 ay müalicə olunub. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmır. Avqustda ölkəsinə qayıdandan sonra Buxari öz gücünü yenidən bərpa etdi.
75 yaşlı Buxari islamçı qiyamçılarla mübarizədə uğur qazandı, həmçinin əhalinin həyat səviyyəsini bir qədər yaxşılaşdırdı.
Ölkənin şimalında böyük populyarlıq qazanmasına baxmayaraq, Buxari seçkini qazanmaq üçün koalisiya qurmalıdır.
Binyamin Netanyahu
Netanyahunun adı ətrafında yaranan qalmaqallar düz bir il İsraili gərginlikdə saxladı.
Lakin o, yenə də öz koalisiyasını dağılmaqdan qoruya bildi.
Haqqında aparılan polis təhqiqatlarından keçə bilsə, 68 yaşlı siyasətçi 2019-cu il seçkilərini də uda və daha 4 il müddətinə hakimiyyətdə qala bilər.
Sindzo Abe
Cəmi bir neçə həftə əvvəl belə düşünürdülər ki, Sindzo Abe bu ilin sentyabrında partiya sədrliyinə keçiriləcək seçkiləri udacaq və Yaponiya tarixinin ən çox hakimiyyətdə qalan baş naziri olacaq.
Lakin korrupsiya qalmaqalı onun qələbə şansını azaltdı. İndi Yaponiyada hətta onun istefasından da danışırlar.
63 yaşlı siyasətçi özünə qarşı yönələn bütün ittihamları rədd etsə də, müttəfiqləri ondan üz döndərməyə başlayıb.
Angela Merkel
63 yaşlı Angela Merkel daha dörd il Almaniyanın kansleri olacaq. Və 2021-ci ildə keçiriləcək növbəti parlament seçkilərinə qədər postunu tərk etməyi düşünmür.
Lakin o heç vaxt olmadığı qədər müdafiəsiz görünür. Xristian-demokratik İttifaqında yeni nəsil siyasətçilər yetişir. Seçicilərin də yeni simalara böyük tələbatı var.
Ekspertlər Merkelin növbəti müddət üçün namizədliyini irəli sürəcəyini ehtimal etmirlər.
Tereza Mey
Britaniyanın baş naziri Tereza Mey yaxın aylarda hakimiyyətdən gedə bilər.
Bu gediş 2019-cu ilin martına – Britaniyanın Avropa Birliyindən çıxması prosesi yekunlaşana qədər uzana da bilər.
61 yaşlı baş nazirin 2022-ci ildə keçirilməsi planlaşdırılan növbəti parlament seçkilərinə qədər duruş gətirəcəyinə inanlar çox azdır.
Mişel Temer
2016-cı ilin 12 mayında Dilme Rusefin impiçmentindən sonra prezident səlahiyyətlərini icra edən Mişel Temer həmin ilin avqustunda ölkənin prezidenti seçildi.
Növbəti seçkilər bu ilin oktyabrında olacaq və Temer seçkiyə qatılmayacağını bir neçə dəfə bəyan edib. Strateq.az