Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nəsiminin icra başçısı sakinlərin “nəfəsini kəsib”-Foto/Video

Yenixeber.org:  Bakının Xətai və Nizami rayonunda geniş vüsət alan “ağac soyqırımı” Nəsimi rayonuna da keçib. Məlumata görə, artıq bir neçə gündür ki, “Nəsimi” metro stansiyasının yaxınlığında, konkret desək, 4-cü mikrorayon, Ə.İsgəndərov küçəsində sakinlərin istirahəti üçün nəzərdə tutulan yaşayış binalarının qarşısındakı yaşıllıq məhv edilir.

Sakinlərdən saytımıza verilən məlumata görə, naməlum bir tikinti şirkəti ərazini hasarlayaraq ağacları kökündən çıxarır.

“Tikinti şirkətinin nümayəndəsi kimi özünü təqdim edən şəxs bizə dedi ki, bu ərazidə bina tikəcəklər. Biz onlara bu əməllərinin qanunsuz olduqlarını dedik. Əsaslandırdıq ki, ərazi binada yaşayanlar və uşaqlarının asudə vaxtı üçün nəzərdə tutulub. Onsuz da yay aylarında evdə nəfəs almaq olmur. Sakinlər bu balaca həyətə düşüb hava alırlar. Onlar bizə dedilər ki, Nəsimi Rayon İcra Hakimiyyəti başda olmaqla digər müvafiq icra strukturlarından lazımı bütün icazə alınıb və onlara heç kəs müdaxilə edə biləməyəcək” deyə şikayətçi sakinlər saytımıza bildiriblər.

Nəsiminin icra başçısı Asif ƏsgərovNəsiminin icra başçısı Asif Əsgərov

Sakinlərin sözlərinə görə, yeni həftədə yığışıb Nəsimi Rayon İcra Hakimiyyətinə gedəcəklər: “Çünki bu şirkətə icra başçısı Asif Əsgərov havadarlıq edir. Elə bu ərazini də o, bunlara satıb. Ondan icazəsiz heç kim bu rayonda daşı-daş üstə qoya bilməz”.
Fərhad Çağtürk/ AzEuroNews.com/ 



 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam