Azərbaycanın almaq istədiyi hərbi texnikalar- ARAŞDIRMA
Son illər Azərbaycan ordusu ən müasir silahlarla təmin edilib. Silahlanma strategiyasında alınan texnikanın müasirliyi və keyfiyyəti əsas rol oynayır. Azərbaycan 20-dən çox ölkədən silah-sursat alır. Alınan ən müasir silah və texnikalar arsenalımızın daha da zənginləşməsini təmin edib. Hazırda bir sıra ölkələrdən müasir silahların alınması istiqamətində işlər davam etdirilir.
Yenixeber.org: Ordumuzun arsenalını gücləndirəcək və alınacaq raket komplekslərindən biri “Dəmir günbəz”dir. Ötən ilin sonunda müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycanla İsrail arasında “Dəmir günbəz” Hava Hücumundan Müdafiə Sisteminin alınmasına dair razılaşma əldə olunub. Nazir əlavə edib ki, Azərbaycanla İsrailin aidiyyatı qurumu arasında “Dəmir günbəz”in alınması ilə əlaqədar razılaşma var.
“Dəmir günbəz”in əsas funksiyası hava hücumundan müdafiədir. Bu kompleks uçuş məsafəsi 4-70 kilometr olan idarəolunmayan taktiki raketlərdən müdafiə sistemidir. Raket kompleksinin hər bir batareyası 150 kvadrat kilometrlik ərazini qoruyur. 2011-ci ilin martından İsrail ordusu bu raketlərdən aktiv şəkildə istifadə etməyə başlayıb. İlk dəfə silahlanmaya qəbul edildiyi vaxt sınaq məqsədilə atılan 10 raketdən 8-ni məhv edib. Onlar çox kiçik ölçülü və aşağı hündürlükdən uçan raketlər olub. Qeyd etmək lazımdır ki, aşağı hündürlükdən uçan raketləri vurmaq olduqca çətindir.
2014-cü ilin sonuna olan məlumata görə, “Dəmir günbəz” vasitəsilə 1200 raket vurulub. Hazırda bu, kompleksdən yalnız İsrail və Sinqapurda istifadə edilir. “Dəmir günbəz” Azərbaycana müxtəlif silah sistemlərinin satışını həyata keçirən “Rafael” şirkəti tərəfindən yaradılıb. “Dəmir günbəz” kompleksinə aid olan “EL/M-2080 Green Pine” AESA radarı 500-800 km məsafədən 3000 metr/saniyə sürətlə hərəkət edən hədəfləri deteksiya etməyə imkan verir və “Arrow”, “Barak-8” raketi ilə təchiz edilib. “Dəmir günbəz” aşağı hündürlükdən uçan və ziq-zaq hərəkətlərə malik “İskəndər-M” raketlərini zərərsizləşdirmək iqtidarındadır. “Dəmir günbəz” bu gün dünyada öz imkanlarına görə analoqu olmayan sistemdir. “İskəndər-M” yer səthindən 50-60 metr hündürlüklə uçduğu üçün mövcud radarlar onu təyin edə bilmir. “Dəmir Günbəz” isə bu raketlərin hər birini aşkarlamağa və onu məhv etməyə qadirdir.
Həmçinin Belarusdan alınacaq “Polonez” uzun mənzilli reaktiv yaylım atəş sistemi arsenalımızın daha da güclənməsinə kömək edəcək. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ötən ay Belarusa səfəri zamanı məhz “Polonez”ə baxış keçirib. Bundan əvvəl də Azərbaycanın “Polonez” kompleksinin sifarişçisi olduğu bildirilirdi.
"Polonez" in ölkəmizdə keçirilən “ADEX-2016” sərgisində nümayiş etdirilib. Belarus tərəfi Azərbaycanla "Polonez" raket kompleksinin alqı-satqısına dair razılıq əldə olunduğunu açıqlayıb. “Polonez” uzun mənzilli reaktiv yaylım atəş sisteminin istehsalına 2014-cü ildə başlanıb. Bir maşın üzərində döyüşə hazır 8 raket var.
“Polonez”-in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil. Bu il Belarusda “MİLEX-2017” Beynəlxalq silah və hərbi texnika sərgisində “Polonez” RS30 tipli raketlərinin yeni varinatını təqdim edib. Dəqiq Elektromexanika Zavodunda hazırlanmış raketin atış məsafəsi 280 km təşkil edir. 300 mm çaplı raket 480 kq çəkidə döyüş başlığına malikdir. Ümumilikdə “Polonez” raket kompleksi Belarus ordusunda “Uraqan” (220 mm) və “Smerç” (300 mm) raketlərini əvəz etməyə hazırlanıb.
Kompleksin Çinin köməyi ilə yaradıldığı bildirilir. RS30 düşmənin açıq sahədə, sığınacaqlarda, zirehli və zirehsiz texnika, artilleriya, raket sistemləri və havahücumundan müdafiə vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub. Həmçinin Belarus və xarici mənbələr "Polonez"i Rusiyanın "İsgəndər" raketinə əsas rəqib göstərirlər.
Azərbaycan əsas hərbi tərəfdaşlarından biri olan Pakistandan döyüş və təlim təyyarələri alır. Bunlar “JF -17 Thunder” döyüş və "Super Mushshak" təlim təyyarələridir. “JF -17 Thunder” döyüş təyyarəsindən axtarış-xilasetmə və kəşfiyyat əməliyyatlarında da istifadə olunur. “JF-17 Thunder” döyüş təyyarəsi yüngül, tək mühərrikli və çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançıdır. Qırıcı ilk növbədə Pakistan Hava Qüvvələrinin təlabatını ödəmək üçün Pakistan Hərbi Hava Qüvvələri və Pakistan Aviasiya Kompleksinin (PAC) iştirakı ilə Çin şirkəti olan Çenqdu Aviasiya Sənaye Korporasiyası (CAC- Chengdu Aircraft Industries Corporation) tərəfindən hazırlanıb. Bu hərbi təyyarə ilk dəfə 2006-cı ildə sınaqdan keçirilib. Döyüş təyyarəsinin yüksək manevrlik qabiliyyəti var. Təyyarənin 58%-i Pakistanda, 42%-i isə Çində istehsal olunur. 2016-cı ilin statistikasına görə, Pakistan hər il özü üçün 25 ədəd “JF-17 Thunder” istehsal edir. Başqa ölkələrdən sifariş olacağı halda bu rəqəmin artacağı gözlənilir.
“JF -17 Thunder”in ümumi xüsusiyyətlərinə gəlincə, döyüş təyyarəsi üçün 1 ekipaj üzvü nəzərdə tutulub. Uzunluğu 14.93 m, hündürlüyü 4.72 m, qanadın genişliyi 9.45 m, qanadın sahəsi 24.4 kv.m, boş çəki 6,586 kq, yüklənmiş çəki 9,100 kq, maksimum qalxma ağırlığı 12,500 kq, daxili yanacaq çəni 2,350 kq, güc təminatçısı 1 ədəd RD-93 Klimov mühərrikdir. Döyüş radiusu 1,352 km olan təyyarə, 3 tondan artıq silah götürmə qabiliyyətinə malikdir. Döyüş təyyarəsinin qiyməti 15–20 milyon ABŞ dolları arasında dəyişir. "JF-17 Thunder" "hava-hava", "hava-yer" raketləri döyüş imkanları və bir çox xüsusiyyətləri ilə öz sinfindən olan digər təyyarələri üstələyir. Xüsusilə də keçmiş Sovet, hazırkı Rusiya istehsalı olan təyyarələrlə müqayisədə üstünlüyə malikdir.
“JF -17 Thunder”in avionikası, optimal alt sistemləri, avtomatlaşdırılmış uçuş nəzarəti və son model silahlarla təchiz edilməsi bu döyüş təyyarəsinə eyni sinifdən olan rəqiblər üzərində həlledici üstünlük verir. Çeviklik və döyüş qabiliyyəti bu təyyarənin gücünü ortaya çıxarır. Təyyarənin silahlanmasına 70-100 km mənzilə malik idarə olunan raketlər, infraqırmızı başlıqlı qısa mənzilli raketlər, "hava-səth" tipli raketlər, radiolokasiya sistemlərinə qarşı raketlər, lazerlə idarə olunan raketlər, proqramlaşdırılmış kasetli bombalar, nüfuzedici bombalar, ümumi məqsədli bombalar, təlim bombaları daxil edilə bilir. İstifadəçinin istəyindən asılı olaraq döyüş təyyarəsində NATO, Sovet, yaxud Çin istehsalı olan silah sistemlərini tətbiq etmək mümkündür. Təyyarə müasir radioelektron mübarizə sisteminə malikdir.
"Super Mushshak" təlim təyyarəsi isə daha qabaqcıl “MFİ-17 Mushshak”ın modernləşdirilmiş variantı olan ilkin təlim-döyüş təyyarəsidir. “Super Mushshak” təlim təyyarəsi bu gün dünyada öz sinfinə aid olanlardan təhlükəsizliyinə, imkanlarına və qiymətinə görə fərqlənir. Uçuş hazırlığı üçün ideal olan bu təlim təyyarəsinin ekipaj üzvü 2-3 nəfər olur. Uzunluğu 7.15 m, təyyarə qanadlarının kənar nöqtələri arasındakı məsafə 8.85 m, hündürlüyü 2.60 m, boş çəkisi 760 kq, maksimal çəki 1,250 kq, maksimal sürəti isə 363 km/saatdır.
Hazırda “Mushshak” və “Super Mushshak” təlim təyyarələri, Pakistanla yanaşı,İran, Səudiyyə Ərəbistanı, Oman, Suriya, İraq və Cənubi Afrikanın istifadəsində yer alır. Eyni zamanda Nigeriya və Qətərlə təyyarənin alqı-satqısına dair müqavilələr mövcuddur. Həmçinin Türkiyə 52 ədəd "Super Mushshak" təlim təyyarəsini almaq üçün Pakistana sifariş verib. Sonradan bu rəqəm arta bilər. Bu təlim təyyarəsi hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan hər cür əraziyə eniş edə bilir və təhlükəsizlik standartlarına tam cavab verir. Havada 4-5 saat qala bilmək imkanına malikdir. Bu üstünlüklərinə görə, təyyarədən patrul missiyalarında istifadə edilməsi mümkündür. Təyyarəyə istənilən silahı və kameraları inteqrasiya etmək imkanı mövcuddur. Müasir və təhlükəsiz olan təyyarə ibtidai təlim tədris proqramının tələblərinə tam uyğundur.(azvision)
Anar Kəlbiyev