Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

QURDLAR VADİSİ HİKMƏT:GÖYTƏPƏ POST PATRUL XİDMƏTİ

 

“Sən Süleymandan soruşsaydın kiməm? Söylərdi ki,

Sən vəba, taun, bəla əkkasısan, bədbəxt adam.” (Süleyman Rüstəm)

 

 

 

 

Yenixeber.org: Cəlilabad rayonundakı Göytəpə Post Patrul Xidməti respublika Dövlət Yol Polisi İdarəsinin ən “xodavoy” və perstijli “toçka”larından biri yox, bəlkə də birincisidir. Quşlar qanad, qatırlar qanad salar bu məntəqədə.

Rəisi Hikmət Qafarov adlı şəxsdir. Polisdən çox şoumen Qorxmaz Əliliyə oxşayır. Düz sözünü eşidən tanrı bəndəsi dünyaya gəlməyib. Ələt-Astara yolunun üzərində yerləşən dövlət xidmətinə aid obyekti kazino-qumarxanaya çevirib. Heç kim onun kazinosundan qumar oynamadan yan keçə bilməz. Örkənin nə qədər uzun olsa belə, bir gün onun qumar masasından keçəcəyin şəksizdir. Pulu və dayısı olmayanlar masaya buraxılmırlar. Yol üstündə yerləşən bütün kafe və şadlıq sarayları dolayısı ilə onun xidmətindədir.

Şadlıq demişkən, saray sahibləri indi-indi anlamağa başlayıblar ki, 500,000 min manat pula ən azından 10 baş Elton Abdullayev kimi yol polisi inspektoru almaq olarmış. Bu isə o deməkdir ki, saraya qoyduğun sərmayəni 250 ilə yox, 4 ilə götürər, sonrakı illəri xalis qazanca işləyərsən.

Müqayisəmə görə üzr istəyirəm, lakin deməyə məcburam: mən Azərbaycan adlı canım məmləkətimdə elə bir prokuror, hakim, rəis, başçı təsəvvür etmirəm ki, - o, hər gün evinə 1000 manat pul apara bilsin. Fəqət, Hikmət Qafarovun “sağ qolu” Elton Abdullayev hər smendən qayıdıb, arvadına 1500 manat pul verəndə, ən azından 1500 məzlum kişi ailəsi qarşısında hesabat verə bilməyib də, özünü asmağa kəndir axtarır.

Görəsən, nədən hakimdən, prokurordan çox maaş alan təhsilsiz və savadsız bu özəl varlıq (belələri çoxdur) dövlətin uniformasından, maşınından istifadə edərək qarət və çapoulçuluqla məşğuldur? Çal-çap, sonra artislik et; həm dövləti, həm milləti aldat. Pəh, nə gözəl İstambul bəəə!..

Bir-neçə il bundan əvvəl Hikmət müəllimin tapşırığı ilə çox yaxın bir adamıma torba tikmişdilər. Qəbuluna getdim. Məqsədim yaxınımın qəbahət dərəcəsini təyin etmək, lazım gələrsə qulaqburması vermək idi. Sağ olsun, yaxşı qarşıladı, dinlədi, təşəkkür elan etdi. Düzünü deyəcəm, mən dünyadakı ən sevimli nənəmi itirəndə belə ağlamamışdım, amma Hikmət müəllimin oğluna həsr etdiyi monoloqu dinləyəndən sonra kövrəlmədim eee, hönkür-hönkür ağladım. Həmin an və məqamda, oğlunu sürücülük hüququndan məhrum etdirmiş polis rəisinə təsəlli xatirəsi olsun deyə, üzərimdəki ən qiymətli əşyanı çıxarıb vermək istəyirdim. Nə yaxşı verməmişəm.

Çox keçmədi anladım ki, bu Hikmət müəllim əsil mənəviyyat dəllalı, dələduz və rüşvətxorun ən yekəsidir. Yaman pərt olmuşdum, bir çox insanın yanında xəcalət çəkirdim. Heç demə, mövqeyini müdafiə etdiyim Hikmət Qafarovun gülbalası təkcə narkoman yox, eyni zamanda cəmiyyət üçün təhlükə yaradacaq həddə şişmiş parazit, gənc insanları narkomaniya bataqlığına sürükləyən virus imiş.

İndi siz deyin, bir xidmət rəisinin öz oğlunu sürücülük hüququndan məhrum etdirməsi şousu nəyi dəyişə bilər? Əgər Hikmət müəllim hərəkət və dediklərində səmimiydisə, ilk növbədə oğlunu narkomanlıq hüququndan təcrid etməliydi.

Bu gün təsadüfün qurbanı olan onlarla istedadlı-istedadsız gənc müxtəlif cəza çəkmə müəssisələrində məhv edilərək, cəmiyyətə qayıtmaq imkanlarını itiriblər. Amma Hikmət və hikmətkimilərin övladları heroin və kokain kimi narkotik maddələri aksesuar kimi üzərlərində gəzdirirlər. Özlərini, ətraflarındakı insanları çoxdan məhv ediblər. Artıq məhv etdikləri işlərinə yaramır. Onlara yeni canlar, təzə qanlar lazımdır.

Narkoman oğul bir yandan, narkoman atası digər yandan cəmiyyətdən qisas almaq amacı ilə alışıb yanırlar. Çalışın Hikmət Qafarovun yaratdığı kazinodan, qurdlar yatağından uzaqda dayanın.

Halonki:

1. Hikmətin kazinosunda qumar oynayan yox, qumarı oynadan udar.

 2. Hikmətin vadisində yıxılanı yemək qanundur.

Necə ki, 12 avqust 2017-ci il tarixdə baş vermiş heyvan qətliamının qurbanları təkcə canlarını yox, sahibləri Rüstəm Şərifovu da qurdlara yem ediblər. Yaxud, Hikmətin qumar masasına atılmış Qarazəncir kənd sakini Cəfərov Müstəcəb Nurəddin oğlunun dəhşət dolu aqibəti... Özəl qurumlara aid maşınlara yönəli total hücumlar... Bir deyil, iki deyil Hikmət-Elton cütlüyünün qanunsuzluqları. (Ardı var.)         

 

HÜSAMƏ bin SƏRXAN (Hüsaməddin Əhmədov) Cəlilabad rayonu, Qarazəncir kəndi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam