Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Putin ABŞ-ın atdığı “əlcəyi” götürdü– 5 hədəf, biri də Qarabağ...

 

Böyük güclərin bir-birinə əzələ nümayişi – kritik gəlişmə; Vitse-prezident Maykl Pensin Tiflisdən verdiyi hədələyici bəyanatdan bir həftə sonra Rusiya prezidenti işğal altındakı Abxaziyaya gedəcək; Kreml başçısının “dal qapı”dan Gürcüstana girməsi Bakıya da mesajdır?..


Yenixeber.org: ABŞ-Rusiya münasibətlərində kritik gərginlik artan xətlə davam edir. Ancaq belə görünür ki, gərginlik hələlik pik həddinə çatmayıb. Bunu tərəflərin davranışlarından da sezmək mümkündür. ABŞ-ın vitse-prezidenti Maykl Pensin iki gün öncə Tiflisə səfər eləməsi bu qənaətə şübhə yeri saxlamadı.


“Yeni Müsavat” ötən sayında xəbər verdiyi kimi, Pens səfər çərçivəsində həm də NATO təlimlərini izləyib və istər Gürcüstan, istərsə də bütövlükdə bölgənin taleyi üçün böyük önəm daşıyan bəyanatlar səsləndirib. Eyni zamanda sanki Rusiyanı daha çox qıcıqlandırmaq üçün məhz Tiflisdə elan edib ki, prezident Donald Tramp artıq Moskvaya qarşı sərt sanksiyalar qanunu imzalayıb.

Image result for Donald Tramp


Bu harasıdır, ABŞ-ın 2-ci şəxsi Tiflisdə Gürcüstanı Amerikanın əsas strateji tərəfdaşı adlandırıb, ölkəsinin Gürcüstanın ərazi bütövlüyünü və NATO-ya üzvlüklə bağlı səylərini dəstəklədiyini bəyan edib, habelə Vaşinqtonun Abxaziya və Cənubi Osetiyanın işğalı ilə heç vaxt barışmayacağını bəyan edib. “Biz Gürcüstanda təhlükəsizliyin güclənməsi ilə bağlı səylərimizə sadiqik. ABŞ Gürcüstanla münasibətlərin gələcəkdə daha da möhkəmlənməsinə hazırdır”. Bunu da Pens deyib. 
Yəni faktiki surətdə ABŞ Azərbaycanın qərb qonşuna hər növ təhlükəsizlik təminatı verib. Ən önəmlisi odur ki, M.Pens Gürcüstandan - Rusiyanın “burnunun ucu”ndan Kremlə hədələyici mesajlar göndərib, ona “əlcək” atıb.

Image result for Georgia


Əlbəttə ki, söhbət ilk növbədə Gürcüstana qarşı Rusiya təhlükəsi əleyhinə ABŞ təminatından gedir - o Rusiya ki, Gürcüstanın bir hissəsini illərdir işğal altında saxlayır, o Rusiya ki, 2013-cü ildə sülhməramlı libasını soyunaraq, Abxaziya və Cənubi Osetiyanı işğal edib və bu iki separatçı qurumun müstəqilliyini birtərəfli qaydada tanımaqla oradakı işğalçı Rusiya ordusuna legitimlik statusu verməyə çalışır.


***


Maraqlıdır ki, Gürcüstanda NATO təlimlərinin davam etdiyi vaxtda və M.Pensin səfərindən sayılı günlər sonra Rusiya prezidenti Vladimir Putinin Gürcüstana - daha doğrusu, işğal altındakı Abxaziyaya gedəcəyi xəbəri yayılıb. Bu barədə informasiyanı RBK saytı özünün etibarlı mənbələrinə istinadən yayıb. Səfər 2008-ci il Gürcüstan-Rusiya “5 günlük” müharibəsinin başlama tarixinə - 8 avqusta təsadüf edəcək. Qısa ziyarət çərçivəsində Putin Abxaziyanın “prezidenti” Raul Xacimba ilə görüşəcək.

Image result for Georgia NATO


Qeyd edək ki, prezidentin mətbuat katibi Dmitri Peskov səfərlə bağlı sualı cavablandırmayıb. Bu isə o deməkdir ki, ziyarət, hər halda, baş tutacaq. ABŞ vitse-prezidentinin hay-küylü Gürcüstan səfərinə cavab xarakterli gedişin zəruriliyi bu qənaəti gücləndirir ki, azaltmır. Artıq rəsmi Tiflis Putinin səfəri ilə bağlı sərt bəyanat yayaraq, bunu Pensin səfərinə cavab reaksiyası kimi qiymətləndirib. Putin bundan əvvəl Abxaziyada 2013-cü ildə olub.

 

***


Putin Gürcüstana “arxa qapı”dan səfər eləməklə ən azı 5 hədəf güdür:


1. Vurğulandığı kimi, bu, öncəliklə ABŞ-ın Gürcüstanda (Cənubi Qafqazda) möhkəmlənmək və onu öz nüfuz dairəsinə salmaq səylərinə və siyasətinə cavabdır;


2. Pensin konkret Tiflis bəyanatlarına və orada davam edən NATO təlimlərinə cavabdır. ABŞ-a mesajdır ki, Rusiya heç bir halda bölgədəki maraqlarından geri çəkilməyəcək;


3. Səfərin məhz “5 günlük” müharibənin başladığı günə - avqustun 8-nə salınması da təsadüfi deyil və Kremlin postsovet məkanında işğalçılıq siyasətinin davam edə biləcəyinə vurulan aydın işarədir (az öncə Cənubi Osetiyada Bakı-Supsa neft kəmərinin bir hissəsi işğalçı rus hərbçiləri tərəfindən nəzarətə götürülmüşdü);


4. Bu, həmçinin postsovet məkanındakı separatçı rejimlərə Moskvanın aşkar dəstəyinin bir nümayişidir. Deməli, belə bir mesajdan Azərbaycana da pay düşür. Yeri gəlmişkən, Putindən az öncə Rusiya baş nazirinin müavini Dmitri Roqozin Moldovanı Dnestyanı bölgədəki separatçı rejimlə, “200 minlik Rusiya vətəndaşı” ilə hədələmişdi;


5. Nəhayət, Gürcüstanda NATO təlimləri gedə-gedə Putinin Gürcüstana gəlməsi ABŞ-a, Qərbə özünəməxsus güc nümayişidir, Pensin atdığı “əlcəyi” götürməkdir.


***

Image result for Karabakh OSCE


Maraqlıdır ki, bu arada hətta Rusiya hakimiyyətinə loyal siyasi qüvvələrin Putinə təzyiqi artmağa başlayıb. O sırada Kremlin “danışan dilləri”ndən olan Vladimir Jirinovskinin son açıqlaması təəccüblü olmaqla yanaşı, diqqətçəkicidir. Jironovski deyib ki, hazırkı Rusiya hakimiyyəti artıq özünü tükədib (axar.az).


“Mən Kremlə getmək üçün prezident seçkisini gözləməməliyəm. Əgər hazırkı hökumət hakimiyyətdə qalsa, heç nə edə bilməyəcək. Ona görə ki, hökumət artıq özünü tükədib. Mən Kremlə getsəm, Ukraynada dərhal nizam bərpa olunacaq. Qiyamçılar Kiyevə qədər gedəcəklər. Yaxın Şərqdə nizam bərpa olunacaq. Biz Suriya prezidentinə bütün xarici qoşunları öz ərazisindən çıxarmasına kömək edəcəyik. Biz Çinlə danışıb, koreyalıları birləşdirəcəyik. Yeni Koreya bütöv və nüvə silahsız olacaq. İndiki hökumət bunları edə bilməz”, - deyə Jirinovski aqressiv tonda bildirib.


Həm Putinin Abxaziya səfəri, həm də Jirinovskinin bu bəyanatı Rusiya siyasi isteblişmentində ABŞ və “Yaxın xaric”lə bağlı nə dərədəcə böyük gərginliyin, qəzəb və aqressiyanın yaşandığını bir daha təsdiqləyir. Ancaq bu arqressiya ən əvvəl Rusiyanın özünə ziyan vuracaq. Çünki məsəl var, deyərlər, “Sirkə nə qədər tünd olsa, öz qabını çatladar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam