Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Sağlığımıza “korset” təhlükəsi:paytaxtda qanunsuz “korset” sexi var

Sağlığımıza “korset” təhlükəsi:

 

Lisenziyası olmayan şəxs zirzəmidə “korset” hazırlayır

Xeberinfo.com: Paytaxtda daha bir qanunsuz fəaliyyət göstərən sexlə bağlı məlumat almışıq. Əslində bu sayaq məlumatlar Azərbaycan insanı üçün təəccüblü sayılmayacaq dərəcədə adiləşib. Bu gün əyalətlər bir yana, paytaxtın özündə də gözdən-könüldən uzaq sexlər fəaliyyətdədir. Bəzən isə bu “İş adamları”nın özfəaliyyəti sağlığımıza belə real təhlükə doğurur.

Belə təhlükələrlə bağlı xeberinfo.com-a yeni məlumat daxil olub. Məlumata görə paytaxtın Nəsimi rayonu Feyzulla Qasımzadə küçəsi 60 A ünvanında zirzəmidə “korset” istehsal edən sex fəaliyyət göstərir. (“Korset” dəmir məftilli geyimin el arasındakı ifadəsidir. Bədənin müxtəlif nahiyyələrində problem olarkən travmatoloq-ortoped həkimlər müalicə məqsədi ilə bu geyimi yazırlar. Aydın) Təxminən 15-20 m2-lik sexin yeganə ustası isə İlqar Kərimov adlı şəxsdir. Bu şəxsin müxtəlif travmatoloq-ortopedlərlə “centlimen” sazişi var. (Necə deyərlər, “əl əli yuyar, əl də üzü.) Bu sazişin nəticəsidir ki, İlqar Kərimovun qəbuluna düşmək heç də asan olmur. Start qiymət isə 70-80 manatdır.

Sağlığımıza “korset” təhlükəsi:

Müvafiq lisenziyanın olmaması ilə yanaşı, bu sexdə açıq şəkildə vergidənyayınma halları da baş alıb gedir.Sexin hansısa standartlara cavab vermədiyini bilməkdən ötrü az da olsa belə peşəkarlığa ehtiyac yoxdur. Darısqal otaqda bir dəzgah, iki stol: sağlığımız üçün vacib olan “korset” belə şəraitdə hazırlanır. Kim bilir ilkin mal-materialın adı nə, mənşəyi nədir? Sifarşçi ilə istehsalçı arasında heç bir kağız parçası da olmur: pulunu ver, al “korset”ini tax əyninə. Sonrası bilinməz: nə olar, nə olmaz.

Bunun başqa adı isə can sağlığımızla oynamaq, sağlığımıza təhlükə yaradıb da para qazanmaqdır. Mraqlıdır ki, şəhərin mərkəzində fəaliyyət göstərən bu sex nədən aidiyyatı dövlət orqanlarının diqqətini çəkməyib? Yoxsa, ...? Biz xeberinfo.com olaraq bunu aşkarladıq. Növbə aidiyyatı dövlət strukturlarınındır...

Biz bu və digər məlumatlarla bağlı İlqar Kərimovu da dinlədik. Bizimlə telefon danışığında “korset”  ustası özü də dolayısı ilə fəaliyyətinin qanunsuz olduğunu təsdiqlədi: “Qardaş sizin fikirinizcə kim düzgün işləyir? Azərbaycanda kim düzgün işləyir ki?” Və s.

Mözu diqqətimizdədir.

 

Aydın


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam