Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Qorxulu anlaşma:Abdullah Ağar niyə və nədən narahatdır? Türkiyə üçün təxirə düşən təhdid

Türkiyəli analitik və hərbi ekspert Abdullah Ağar Suriyada Dəməşq ilə SDQ arasında imzalanmış “Atəşkəs və Tam İnteqrasiya Anlaşması”nı son dərəcə sərt və risk-odaklı təhlil edərək bu sənədin nə terroru bitirdiyini, nə də YPG/SDQ strukturunu ləğv etdiyini bildirib.

Yenixeber.org: Ağarın qənaətinə görə, sözügedən mətn əksinə, YPG-nin dövlət mexanizmi içinə yerləşdirilməsi və uzunmüddətli şəkildə qorunması məqsədi daşıyır.

Analitik yazır ki, Dəməşqə bağlı qüvvələrin Hələb istiqamətindən başlayaraq sürətlə irəliləməsi, Fəratın qərbinin SDQ/PKK-dan təmizlənməsi və ardınca Fəratın keçilməsi əməliyyat baxımından böyük uğur idi. Lakin məhz SDQ/PKK-nın geri çəkildiyi, strukturunun sarsıldığı və tam sıradan çıxarıla biləcəyi anda ABŞ nəzarəti altında atəşkəsin və anlaşmanın işə düşməsi ciddi suallar doğurur. Ağarın fikrincə, əsas sual budur: SDQ/PKK çökərkən niyə proses hərbi yolla tamamlanmadı və niyə bu mərhələdə “inteqrasiya” adlı siyasi mexanizm devreye salındı?

zUYZYR8hWPlAZJ3ZtwpmJufDda7Uvaxk3To6Jtm8_825.jpg (147 KB)

Abdullah Ağar ilkin olaraq mümkün müsbət cəhətləri də qeyd edir. Onun sözlərinə görə, sənəddə “federasiya”, “muxtariyyət”, “özünüidarə” kimi anlayışların yer almaması formal olaraq Suriyanın unitar dövlət çərçivəsinin qəbul edildiyi görüntüsü yaradır. Deyr əz-Zor, Rakka və Fəratın qərbindəki ərəb hövzələrinin Dəməşqə verilməsi SDQ-nın “bütün Suriyanı təmsil edirik” iddiasını zəiflədir və onu etnik baxımdan sıxışdırır. Bundan əlavə, mətndə SDQ qüvvələrinin “birləşik şəkildə deyil, fərdi olaraq” dövlət strukturlarına daxil edilməsi ifadəsi kollektiv hərbi kimliyin parçalanması ehtimalını nəzəri olaraq gündəmə gətirir. PKK-nın suriyalı olmayan kadrlarının ölkədən çıxarılması ilə bağlı maddə də Türkiyənin diplomatik basqı aləti kimi istifadə edə biləcəyi zəif, lakin mövcud hüquqi istinad yaradır.

Bununla yanaşı, Ağar vurğulayır ki, bu “müsbət oxunuş” son dərəcə ehtiyatla aparılmalıdır. Çünki sənədin boş buraxdığı sahələr və qeyri-müəyyənliklər əsl niyyəti açıq şəkildə göstərir. Xüsusilə Qamışlı və Dərik kimi SDQ/YPG-nin siyasi və hərbi beyin mərkəzləri mətndə qəsdən qeyd olunmur. ABŞ-ın illər ərzində verdiyi on minlərlə silahın, hərbi bazaların və ABŞ hərbi mövcudluğunun taleyi barədə sənəddə bir kəlmə də yoxdur. Bu isə silahların və bazaların olduğu kimi qalması, sadəcə “uniformanın dəyişməsi” anlamına gəlir.

Analitik bildirir ki, razılaşmada YPG/SDQ-nın ağır silahlarının tərksilahı, inventarın təhvili və nəzarət mexanizmi nəzərdə tutulmur. Bu, “inteqrasiya” adı altında silahlı strukturun qorunması riskini yaradır. Digər tərəfdən, YPG kadrlarının Müdafiə və Daxili İşlər strukturlarına rütbə, maaş və lojistik təminatla daxil edilməsi dövlət daxilində paralel ordu formalaşdırılması təhlükəsini ortaya çıxarır. Ağarın qənaətinə görə, bu proses qısa müddətdə minlərlə rütbəli YPG mənşəli şəxsin Suriya dövlət mexanizmi içində yerləşməsi ilə nəticələnə bilər.

GCFVbGatNo9OnWe6SCPghlqRpOD4ZB1OMYz2eEzD_825.jpg (134 KB)

Afrinlə bağlı maddə də analitikin diqqətini çəkir. “Afrin və Şeyx Məqsud xalqının təhlükəsiz və onurlu dönüşü” ifadəsi Ağara görə humanitar deyil, siyasi və ideoloji məna daşıyır. Bu yanaşma Afrini 2018-ci ildən əvvəlki demoqrafik və siyasi vəziyyətə qaytarmaq cəhdi kimi qiymətləndirilir. Eyni zamanda, sənəddə ABŞ-la koordinasiya açıq şəkildə qeyd olunduğu halda, Türkiyə, İraq və İranla bağlı heç bir koordinasiya mexanizminin yer almaması Ankaranın prosesdən kənarlaşdırılması kimi dəyərləndirilir.

Abdullah Ağar nəticə olaraq bildirir ki, bu anlaşma terroru bitirmir, silahı ləğv etmir, ABŞ-ın bölgədən çıxmasını təmin etmir və PKK-nın İraq bağlantısını kəsmir. Sadəcə ərəb hövzələri Dəməşqə verilir, kürd hövzələri isə dövlət “qabığı” altında qorunur. Onun fikrincə, bu sənəd inteqrasiya anlaşması deyil, YPG/SDQ-nın dövlət içində möhkəmləndirilməsi planıdır.

8kVVv2NYr2voE4jTNy0PbWqTkGdYH50p0cISPuYE_825.jpg (100 KB)

Analitik vurğulayır ki, Türkiyə üçün bu mətn “rahatlayın” mesajı deyil, əksinə “təhlükə səviyyəsini yüksəldin” siqnalıdır. Ağarın yekun qənaətinə görə, Suriyada problem bitməyib, sadəcə forma dəyişib və qarşıdakı dövr Türkiyə üçün daha mürəkkəb, daha riskli mərhələnin başlanğıcıdır.(musavat)

Abdullah Ağar, Türkiyə

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam