Redaktor seçimi
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –
Hövsanda stadion ələ keçirildi, hasarlandı – 
İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -
Günün xəbəri

Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-İmtahan tam mənası ilə alver predmetinə çevrilib

Universitetdə vəzifələr açıq şəkildə satış predmetinə çevrilib. Müəllim, laborant, hətta texniki işçi yerlərinin siyahıları tərtib olunur, rəhbərliyə təqdim edilir və bu yerlər üzərində faktiki hərrac qurulur.

Bu iddia Gəncə Dövlət Universiteti ilə bağlı Yenixeber.org-a daxil olmuş yazıda yer alır...

 Aktuallığını nəzərə alıb, yazını

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov əvvəlki illərdə, heç olmasa görüntü xatirinə, imtahan sessiyalarından əvvəl akt zalında tələbələrlə görüş keçirirdi. Həmin görüşlər formal, bəzən hətta yalançı da olsa, tələbələrin problemlərini dinlədiyini göstərmək üçün təşkil olunurdu. Tələbələr də bu fürsətdən istifadə edib üzləşdikləri çətinlikləri səsləndirirdilər. Ancaq bu imtahan sessiyası dövründə rektor nəinki görüş keçirmədi, ümumiyyətlə tələbələrdən tam şəkildə  gizləndi. Hazırda  rektorun  qəbul  günü  yoxdur, bir nəfər tələbə belə qəbul edilmir. Universitetdə rektora çatmaq mümkünsüz hala gətirilib.

Rektorun qəbul otağına açıq-aşkar sipər çəkilib. Həmin sipərin arxasında isə Gəncə Regional Kollecinin direktoru vəzifəsindən qovulmuş İlqar Kubışev oturdulub. Qəbula və ya şikayətə gələn insanlar bu şəxsin qarşısında alçaldılır, müxtəlif  bəhanələrlə geri qaytarılır, bəzən isə açıq təhqirlərlə qapıdan qovulur. Universitet rəhbərliyinə çıxış bilərəkdən bağlanıb, tələbə və vətəndaşla rəhbərlik arasında süni divar yaradılıb.

Rektor sanki vəzifədə son günlərini yaşadığını anlayaraq, artıq heç nədən çəkinmir. Universiteti talan ediləcək obyekt kimi görür. Qapısında ... birini oturdub insanları təhqir etdirməyi adi hala çevirib. Açıq göstəriş verilir: “Heç kimi içəri buraxmayın, kim gəlirsə qovun.” İlqar Kubışev isə bu işin adamıdır. O, əvvəllər də müxtəlif “başqa işlərdə” məhz qapıda dayanaraq, insanları süzmək, sıxışdırmaq və yolunu kəsməklə bu “etimadı” qazanmış bir fiqurdur.

Hər yerdən qovulmuş bu şəxs indi başına jele çəkib Gəncə Dövlət Universitetində  ştatdankənar prorektor kimi yerləşdirilib. Universitetdə bütün çirkli mexanizmlərin mərkəzində məhz o dayanır. Siyahıların ötürülməsi, razılaşmalar, “ötür-ötür” oyunu onun nəzarəti altında həyata keçirilir. Özünü faktiki rektor kimi aparır: hamıya irad tutur, ağıl verir, təhqir edir, göstərişlər paylayır, rəsmi  səlahiyyəti olmadığı  halda  qərarlar  qəbul  edir. Kollecdə yarımçıq qalmış bütün “işlərini” indi universitet mühitində davam etdirir.

Universitetdə vəzifələr açıq şəkildə satış predmetinə çevrilib. Müəllim, laborant, hətta texniki işçi yerlərinin siyahıları tərtib olunur, rəhbərliyə təqdim edilir və bu yerlər üzərində faktiki hərrac qurulur. Burada artıq normal idarəetmədən söhbət gedə bilməz. Açıq maliyyə piramidası yaradılıb. Universitetdə baş verənlər yalnız rəhbərlik və müəyyən şəxslərlə məhdudlaşmır, artıq bu biabırçılıq bütün tələbələrə belə məlumdur.

İmtahanlarla  bağlı  siyahılar    yığılan pullar birbaşa İlqar Kubışevə verilir. O da bu siyahıları rektora ötürür. Daha sonra rektorun kabinetində siyahılar “emal” olunur, haqq-hesab dəqiqləşdirilir. Bundan sonra həmin siyahılar İnnovasiyalar Departamentinin direktoru Vasif müəllimə göndərilir və sistem üzərindən tələbələrin qiymətləri düzəldilir. Universitetdə imtahan anlayışı tam mənası ilə alver predmetinə çevrilib.

Bu vəziyyət artıq dözülməz həddə çatıb. Gəncə Dövlət Universiteti elm və təhsil ocağı olmaqdan çıxarılaraq şəxsi maraqların, alverin və özbaşınalığın meydanına çevrilib.

Biz artıq dərəcədə tələb edirik ki, Təhsil Nazirliyi və digər aidiyyəti dövlət qurumları bu biabırçılığa dərhal müdaxilə etsin, universitetdə baş verənlər ciddi şəkildə araşdırılsın və məsul şəxslər qanun qarşısında cavab versin.

Yenixeber.org olaraq yazıda adları çəkilən tərəflərin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam