Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Kreml və Tehranın qorxulu yuxusu –Ağ Evdə sıxılan əl regionu dəyişir

news content


Görülməli çox iş var, amma “tunelin sonundakı işıq” artıq göz qamaşdırır

Yenixeber.org: Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar.

Ermənistan və Azərbaycan diplomatik münasibətləri bərpa etmək və hərbi qarşıdurmaya son qoymaq barədə razılığa gəliblər.

Tramp bəyan edib ki, imzalanmış razılaşmalar çərçivəsində Azərbaycan və Ermənistan hərbi əməliyyatları birdəfəlik dayandırmaq, bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı olaraq tanımaq öhdəliyi götürüblər.

Bu razılaşma sayəsində nəhayət ki, biz sülhə nail olduq. Az öncə Oval kabinetdən çıxdıq, burada həcmi böyük sənədləri və razılaşmanın çox vacib elementlərini imzaladıq”, – deyə Tramp bildirib.

Ermənistan və Azərbaycan bütün hərbi əməliyyatları birdəfəlik dayandırmaq, ticarət, səfərlər və diplomatik münasibətləri bərpa etmək, həmçinin bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanımaq öhdəliyini üzərlərinə götürürlər”, – Tramp əlavə edib.

Bundan başqa, belə görünür ki, Zəngəzur dəhlizinin istismar şərtləri ilə bağlı çətin məsələ də aradan qaldırılıb. ABŞ Prezidenti Donald Tramp təsdiqləyib ki, Ermənistandakı Zəngəzur dəhlizinin adı “Tramp Marşrutu” olaraq dəyişdirilib. O, bu marşrutun Azərbaycanı Naxçıvanla birləşdirəcəyini vurğulayıb və qeyd edib ki, ABŞ ilə bu dəhliz üzrə əməkdaşlıq 99 il davam edəcək.

Onun sözlərinə görə, amerikalı şirkətlər Ermənistanda və Azərbaycanda geniş infrastruktur inkişafı planlaşdırır və bu məqsədlə əhəmiyyətli sərmayə yatırmağa hazırdırlar.

Şübhəsiz ki, Vaşinqtonda baş verənləri iki qonşu ölkə arasında tamhüquqlu sülh yolunda mühüm irəliləyiş kimi qiymətləndirmək olar. Bu, böyük ölçüdə ABŞ-nin nüfuzunun və Ağ Evin hazırkı sahibinin qətiyyətinin nəticəsidir. Aydındır ki, biz ABŞ-nin Cənubi Qafqazdakı mövcudluğunun güclənməsinin və bunun nəticəsində Rusiyanın regiondan müəyyən qədər sıxışdırılmasının şahidi oluruq.

Bəs baş verənləri necə qiymətləndirmək olar və bütün bunlar regionumuza, ümumilikdə isə postsovet məkanına necə təsir göstərəcək?

Tanınmış xarici ekspertlər bununla bağlı fikirlərini bizimlə bölüşüblər.

Kiyev Dünya Siyasəti İnstitutunun direktoru Yevgen Maqdanın fikrincə, Vaşinqtonda baş verənlər maraqlı hadisədir. Çünki Azərbaycan və Ermənistan kifayət qədər uzun müddət sülh müqaviləsini imzalamaq yollarını axtarıblar. 

Bu prosesin sponsorları müxtəlif dövlətlər olub – silahı hər iki tərəfə verən Rusiyadan tutmuş, əsasən Ermənistana yaxın olmağa çalışan Fransaya qədər. Türkiyə isə Azərbaycanla açıq yaxın əlaqələrinə görə bu prosesdə aktiv rol oynaya bilmədi. ABŞ isə öz marağını nümayiş etdirməyi bacardı, Trampın adını daşıyan sülh dəhlizini əldə etdi, bəyannamədə Trampın roluna dair kifayət qədər söz yazdırdı. Mənim fikrimcə, bütün bunlar Rusiyanın Cənubi Qafqazdakı mövqelərini tədricən itirməsinə gətirib çıxaracaq. Amma başa düşmək lazımdır ki, o, regionun üç ölkəsindən biri olan Gürcüstanda təsir imkanlarını qoruyacaq. Çox simvolikdir ki, bu sənədin imzalanması (hətta deklarativ olsa belə) Rusiyanın Gürcüstana hücumunun ildönümünə təsadüf etdi. Düşünürəm ki, Cənubi Qafqaz ölkələri ABŞ-la sülh prosesinin siyasi sponsoru kimi əməkdaşlığı bundan sonra da davam etdirərkən bu əlamətdar faktdan öz maraqları naminə istifadə edə bilərlər”, – deyə Maqda vurğulayıb.

Rusiyalı siyasi ekspert, Tbilisidə yaşayan Yeqor Kuroptev isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə sülh sazişini paraflaması, ilk növbədə region və dünya üçün əsl bayram və tarixi hadisədir, digər tərəfdən isə Kreml və şübhəsiz ki, İran üçün qorxulu yuxudur. İran artıq tələsik şəkildə bəyan edib ki, ABŞ-ın Zəngəzur yolunu “icarəyə götürməsini” hansısa inanılmaz yolla “bloklayacaq”.

İranda “eko-aktivlər” yoxdur, ona görə bu bəyanat gülməli səslənir. ABŞ-nin rolu hələ ki, kiçik görünə bilər, çünki Bakı və İrəvan sənədin imzalanmasına onsuz da yaxın idilər. Kremlin prosesdən kənarlaşdırılmasından sonra ikitərəfli danışıqlar uğurla davam edirdi. Amma prinsipial fikir ayrılığı məhz Zəngəzur yolu ilə bağlı idi və görünür ki, bu problemi ABŞ prezidenti aradan qaldıra bildi. Həm Bakı, həm də İrəvan dəhlizi Amerika şirkətinə icarəyə verməyi təklif edən Trampa (yalnız qarşıdurma yaratmaq və öldürməyi bacaran Kremldən fərqli olaraq) güvəndi. Tramp bununla da, yalnız Cənubi Qafqazı deyil, daha geniş regionları əhatə edən yeni ikitərəfli və çoxtərəfli tərəfdaşlıq səhifəsi açdı. Nəhayət, real sülhməramlı uğur qazandı və bölgədəki güc balansını tam dəyişdirərək həm Cənubi Qafqaz ölkələrinin, həm Rusiya və İranın, həm də ilk növbədə Türkiyənin maraqlarını kəsişdiyi prinsipial yerdə ABŞ-nin strateji mövcudluğunu təsdiqlədi”, – deyə ekspert vurğulayıb.

Onun fikrincə, Gürcüstan da bu kontekstdən kənarda qala bilməyəcək. Hazırda bu ölkənin hökuməti qorxaq şəkildə Kreml qarşısında əyilsə də, yaxın vaxtlarda ya Moskvadan təkbaşına asılı qalmaq, ya da Türkiyə və Vaşinqtonun himayəsində olan daha nüfuzlu regional dövlətlər birliyinə qoşulmaq barədə qərar verməli olacaq.

Risklər çoxdur, həm İrandan, həm də ilk növbədə Kreml tərəfindən yeni yaranan sülh prosesini pozmaq, dağıtmaq cəhdləri çox olacaq. İndi,  Moskvadan göndərilən milyarder Karapetyanın təcili şəkildə Ermənistanda müxalif partiyası yaratmaq qərarına gəlməsi və Rusiya güc strukturlarının ölkənin müxtəlif şəhərlərində azərbaycanlılara qarşı reydlər keçirməsi, hətta diaspor nümayəndələrindən ikisini işgəncə ilə öldürməsinin səbəbi bəlli olur. Görünür, Moskvanın təzyiqləri davam edəcək.

Sülh müqaviləsinin özü də hələ imzalanmayıb, amma bu gün həqiqətən bayram etmək üçün əsas var. Ermənistan və Azərbaycan liderləri heç bir əl sıxmasının və sənəd imzalanmasnın bir qəpiklik də olsun dəyəri olmayan Moskvada deyil, məhz Ağ Evdə əl sıxdılar – bu, iki xalqın, eləcə də bütün regionun gələcəyi üçün yeni səhifə açır.

Şübhəsiz ki, burada Prezident Əliyev və Baş nazir Paşinyanın çox riskli, amma bir o qədər də vacib tarixi missiyanı üzərinə götürməsi mühüm rol oynayıb. Bu missiya uğrunda hələ mübarizə aparmaq lazım olacaq. Amma tunelin sonunda görünən işıq artıq göz qamaşdırır. Azərbaycan və Ermənistana uğurlu yol arzulayıram. Onilliklər boyu bu gözəl ölkələrin xalqlarını parçalayan münaqişəyə baxmaq çox ağrılı idi”, – Kuroptev etiraf edib.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam