Redaktor seçimi
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
Günün xəbəri

Laçından verilən mesajların şifrələri:“Hamı öz payını götürdü”

İham İsmayıl: “Tehrana da, Moskvaya da mədəni şəkildə deyildi ki, “bu təhdidləri, hədələri, təxribatları yığışdırın””

Yenixeber.org: Dünən Azərbaycan tarixi üçün çox önəmli günlərdən biri yaşandı. 28 May – Müstəqillik Günündə Azərbaycanın işğaldan azad edilmiş Şərqi Zəngəzur bölgəsində, Laçın şəhərində Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. Aeroportun açılışı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutdu. Ondan bir gün əvvəl isə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçına gəlmişdi.

Dünən günün ikinci yarısında isə Laçında Azərbaycan Prezidenti İ.Əliyevin, Türkiyə Prezidenti R.T.Ərdoğanın və Pakistan Baş naziri M.Ş.Şərifin Zirvə görüşü keçirildi.

Hər üç ölkənin lideri bəyanatlarında qardaş ölkələrin arasında münasibətlərin inkişafı və perspektivdə atılan addımlar haqqında danışdılar və Laçından xalqlara və dünyaya önəmli mesajlar verildi. Bəyanatlar daha çox regionda və dünyada sülh və sabitliyə çağırış xarakteri daşıdı. Üç dost və qardaş ölkənin liderləri hər zaman bir-birinə dayaq-dəstək olacaqları ilə yanaşı, iqtisadiyyatların inkişafının, sülh və sabitliyin dayanıqlılığının vacibliyi haqqında söz verdilər.

Dünən Laçındakı görüşlər, verilən bəyanatlar haqqında suallarımızı təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl cavablandırıb. Bildirib ki, liderlərin görüşünün gözəlliyi ondadır ki, zaman, məkan və iştirakçılar doğru seçilmişdi:

- Zaman Müstəqillik Günü, məkan cənab Prezident İlham Əliyevin dediyi kimi, 30 il işğalda qalan, darmadağın edilən, amma azad edilmiş, bu gün çiçəklənən Laçın idi. İştirakçılar isə üç qardaş ölkənin lideri idi ki, bu, çox önəmlidir. Bu hadisənin özü artıq dünyaya bir mesaj idi. Liderlərin məhz Müstəqillik Günü birlikdə Laçında olması dosta da, düşmənə də mesaj xarakteri daşıdı.

Bu görüşdə səslənən bəyanatlarla həm regiona, həm Avrasiyaya, həm də bütövlükdə dünyaya mesajlar verildi. Türkiyə Prezidentinin dediyi kimi, Azərbaycan elə bir coğrafiyada yerləşir ki, bizim münasibətlərimizin inkişaf etməsi artıq zərrət deyil, ehtiyacdır. Bu ehtiyacın içərisində təhlükəsizlik məsələsi, iqtisadiyyatın inkişafı, ərzaq probleminin həlli, sülh və sabitlik var. Maraqlı məqam odur ki, bir tərəfdə nüvə silahına sahib olan dövlət, digər tərəfdə NATO üzvü olan dövlət, ortada isə Azərbaycan adlı artıq qüdrətli dövlətə çevrilən dövlət var. Laçında verilən mesajları eşidən Ermənistandakı revanşistlər daha da geri çəkilirlər. Bunu dünənki erməni mediasında da görmək olar. Ermənistan anlayır ki, regionda vəziyyəti son dərəcə kritikdir. Ermənistana son edilən səfərlərə baxın. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana gəldi, təhdid etdi getdi. Daha sonra Fransanın xarici işlər naziri İrəvana gəldi, tövsiyələr verdi, əmrlər verdi və getdi. Yəni Ermənistan ortada alət kimidir. Azərbaycana səfərlərdə isə hansı mesajlar verilir, Azərbaycanın hansı mövqedə olduğu haqqında səmimi sözlər deyilir, göz önündədir.

- Mesajlarda daha çox təhlükəsizlik məsələləri və sülh, sabitlik önə çəkildi...

- Bəli, üç qardaş ölkə sülhün tərəfdarı olduqlarını bir daha bəyan etdilər. Laçında verilən mesajlar onu göstərdi ki, sülhü yaradanlar da bu üç ölkədir. Üçlü ittifaqın mesajları lazımi yerlərə çatmış oldu. Özü də bu mesajlar təkcə Ermənistana deyil, regional güclərə idi. Burada İrana da, Rusiyaya da mesaj idi. Tehrana da, Moskvaya da mədəni şəkildə deyildi ki, “bu təhdidləri, hədələri, təxribatları yığışdırın”. Azərbaycanın Türkiyə ilə Şuşa Bəyannaməsi var, Pakistanla ikitərəfli sazişlər var və bu, perspektivdə daha da inkişaf edə, böyüyə bilər. Sülhü və sabitliyi, bölgədə təhlükəsizliyi istəməyən, sabitliyi təhdid edən qüvvələrə Laçından xəbərdarlıq edildi ki, özlərini yığışdırsınlar.

- Prezident İlham Əliyev ümid etdiyini bildirdi ki, verilən mesajlar ünvanına çatacaq...Sizcə, mesajlar ünvanına çatdımı?

- Hesab edirəm ki, bu mesajların hamısı ünvanlarına çatdı. Bəyan edildi ki, biz üç ölkə hər zaman bir-birimizin yanındayıq, tək deyilik. Kimsə fikirləşməsin ki, Azərbaycan təkdir, yaxud Türkiyə təkdir, yaxud da Pakistan təkdir. Hətta türkiyə baxmayaraq ki, qlobal gücə çevrilir, amma təhdidlərə məruz qalır. Pakistan da onun kimi. Biz bu yaxınlarda Pakistan üçün hansı təhlükə ilə üzləşdiyini gördük. Bu baxımdan, Laçından bəyan edildi ki, üç qardaş ölkə birlikdədir və təhdidlərdə bu amil nəzərə alınmalıdır. Yenə deyirəm, detallara varmadan belə, o görüşün özü böyük bir mesaj idi. Məncə, buradan hamı öz payını götürdü, nəticə çıxardı.

Eyni zamanda, biz Azərbaycan vətəndaşı olaraq, bu gün həm bayramımızı qeyd etdik, həm də perspektivdə təhlükəsizliyimizə zəmanətin olduğunu dəqiq anladıq. Şünki NATO ölkəsi və nüvə ölkəsi yanımızdadır. Biz də hər zaman bu ölkələrin yanındayıq, dəstəyimiz daimidir.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam