Maltusun azərbaycanlı davamçıları...
Yenixeber.org: Tomas Robert Maltus (1766-1834) ingilis din xadimi və alimi, demoqrafı və iqtisadçısıdır. O, 1798- ci ildə (bəzi mənbələrə görə 1789-cu il) yazdığı "Əhalinin sayı (populyasiyası) nəzəriyyəsi" kitabı ilə gündəmə gəlmişdir. Onun fikrincə əhalinin sayının tənzimlənməyəcəyi halda aclıq, səfalət və böhran qaçınılmaz olacaqdır. Maltus əhalinin sayının qida maddələrinin kəmiyyəti ilə uzlaşmadığını söyləyir və fikrinə sübut olaraq hətta bir düstur da irəli sürürdü. Bu düstura görə dünya əhalisinin sayı həndəsi silsilə üzrə, qida maddələrinin kəmiyyəti isə ədədi silsilə ilə artır (və ya ölçülür). Bu prinsipə görə Maltus, gec evlenmək, az uşaq sahibi olmaq və s. təkliflərin dövlət tərəfindən tətbiqini mütləq hesab edirdi. Maltus kasıb və ya yaşayış səviyyəsi aşağı olanlar üçün yaradılmış dövlət proqramlarının əlehdarı idi. Bu siyasətə uygunlaşdırılmalı olan sinif kimi əsasən aşagı təbəqələr nəzərdə tutulurdu. Maltus hesab edirdi ki, əhalinin artımı rifahın azalmasına və kütləvi aclığa səbəb ola bilər. Buna əsaslanaraq Maltus əhalinin artımının nəzarətə götürülməsini təklif edirdi, ancaq bu zaman dogumu azaltmağı deyil, əslində əhalinin müharibələrlə, epidemiyalarla, kütləvi qırgin silahları ilə aradan götürülməsini nəzərdə tuturdu.
Son iki əsrdən artıq müddətdə Maltusun nəzəriyyəsinin yanlış olduğunu əsaslandıran çozsaylı alimlərin, mütəfəkkirlərin olması ilə yanaşı, onu dəstəkləyənlər də olmuşdur və təəsüf ki, hələ də vardır. Bu gün bütün dünyanı sirkələyən məhəlli müharibələr, epidemiyalar göstərir ki, sanki bir gizlin əl vaitəsi ilə Maltusun ideyaları həyata keçirilir.
Məlumdur ki, dövlətin əsas vəzifələrindən biri və birincisi öz vətəndaşlarının rifah halının yaxşılaşdırılması yolu ilə əhalinin sayının artırılmasına şərait yaratmaqdır. Bu, aşğı-yuxarı dövlətin bütün strukturlarının vəzifəsi olsa da, “əsas yük” təbiidir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə Nazirliyinin, qismən də, Milli Məclisin üzərinə düşür. Ancaq görünür ki, bu strukturlarda Maltusun davamçıları vardır. Məsələn, Milli Məclisin deputatı deyir ki, əhaliyə uşaq pulu vermək olmaz, bu, uşaq pulu almaq üçün ailələrdə çoxuşalığa meyilliyə gətirib çıxara bilər (?). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yüksək vəzifəli məmuru deyir ki, uşaq pulu SSRİ dövründə stimullaşdırıcı vasitə kimi verilirdi, indi Azərbaycanda buna ehtiyac yoxdur (?). Bu nazirlik aztəminatlı ailələrə yardım üçün elə şərtlər irəli sürür ki, nəticədə minlərlə ailələr yardıma möhtac qalır! Qeyd edilən nazirliyin yarıtmaz, antinsani pensiya siyasətinin nəticəsidir ki, yüzlərlə pensiyaçılar, o cümlədən qazilər, əsassız olaraq pensiya almaq hüququndan məhrum edilir, qazilər özünə qəsd edir. Ancaq bu hələ harasıdır...Azərbaycan səhiyyəsinin ”başbilənləri” əhalinin sayının azaldılması üçün hətta Maltusun ağlına gələməyən üsul tətbiq ediblər: ambulator xəstələrə evlərdə, hətta tibb məntəqələrində iynə vurulmasını, sistem qoyulmasını qadağan ediblər!!! Bu tip xəstələr iynə vurulması, sistem qoyulması üçün mərkəzi xəstəxanalara getməlidirlər! Nəzərə alınsa ki, bir çox kəndlərlə rayon mərkəzi xəstəxanaları arasında10-20-30 km və daha çox məsafə vardır, mənzərəni təsəvvür edirsinizmi? Ambulator xəstəyə həkim 20 iynə vurulamsını təyin edibsə bu xəstə iynə vurdurmaq üçün, hər gün 60 km MƏSAFƏ VƏ 4-5 SAAT VAXT SƏRF ETMƏLİDİRMİ? Və əgər xəstə koma vəziyyətindədirsə, ölüm ayağındadırsa nə etməli? Əhalinin rifah halının pisləşməsisni, yarıtmaz səhiyyə xidmətini, eləcə də, keyfiyyətsiz dərmanların satışını, xəstəxanalarda hələ də xəstələrdən müxtəlif adlarla pul alınmasını da nəzərə alsaq yəqin ki, Maltus əhalinin sayının azaldılması üçün azərbaycanlı “başbilənlərin” “nəzəriyyəsinə” həsəd aparardı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, məmurların əsas vəzifəsi xalqa xidmət etməkdir. Ancaq deyəsən bəzi məmurların başı çox qarışıqdır və ya tapşırıqları başqa mənbələrdən alırlar (?!). Qeyd edilən strukturların yarıtmaz fəaliyyətinin nəticəsidir ki:
- əhalinin hər 1000 nəfərinə təbii artım 2015-ci ildə 11.7 nəfər, 2023-cü ildə- 5.2 nəfər;
- əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2015-ci ildə 17,4 nəfər, 2023-cü ildə-11.1 nəfər;
-1 yaşına qədər ölən uşaqların sayı 2015-ci ildə 2033 nəfər, 2023-cü ildə-2039 nəfər;
- əhalinin hər 1000 nəfərinə nigahlar 2015-ci ildə 7,2, 2023-cü ildə-5,3;
- əhalinin hər 1000 nəfərinə boşananlar 2015-ci ildə 1,3, 2023-cü ildə-2,1;
- hər 100000 nəfər diri doğulana ana ölümü 2015-ci ildə 24 nəfər, 2023-cü ildə-33 nəfər və s. təşkil etmişdir.
Azərbaycan tarixən çoxuşaqlı ailələrin olduğu diyar hesab edilirdi. Ancaq 2019-cu ildə əhalinin siyahıya alınmasının məlumatların əsasən uşaqların sayına görə ailələrin xüsusi çəkisi aşağıadkı kimi olmuşdur: 1 uşaqlı ailələr bütün ailələrin 31,4%-nə, 2 uşaqlılar-41,4%-nə; 3 uşaqlılar-19,0%-nə və 4 və çox uşaqlı ailələr cəmisi 8,2%-nə bərabər olmuşdur.
Göründüyü kimi, əhalinin rifah halının, demoqrafi göstəricilərin yaxşılaşdırılması, mövcud neqativ halların aradan qaldırılması üçün qeyd edilən dövlət strukturlarında ciddi kadr islahatlarının aparılmasına ehyiyac vardır.
P.S. Maltus əhalinin artımının nəzarətə götürülməsi üçün nəzəriyyə təklif edirdi, onun azərbaycanlı davamçıları isə bunu real həyatda tətbiq edirlər.
Teyyub Qənioğlu: Siyasi şərhçi