Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Tramp və siyasi davranış iflası:xaosun yeni qaydaları

news content


Dünya üç odun arasında qalıb - Diplomatiya yerinə söyüş, müttəfiq yerinə ticarət

Yenixeber.org: ABŞ-ın hazırkı prezidenti Ağ Evdə ikinci dəfə “taxta çıxandan” sonra Rusiyanın Ukraynaya qarşı artıq bir neçə ildir davam edən dəhşətli təcavüzü, terrorçuların İsrailə qarşı apardığı qanlı müharibə və Üçüncü Dünya müharibəsinin başlaya biləcəyi qorxusu fonunda dünyaya əlavə narahatlıqlar bəxş edib. 

Donald Tramp ikinci prezidentlik müddətinə digər ölkələr və ərazilərə açıq iddialarla başladı (Kanada, Qrenlandiya, Panam kanalı), ABŞ-ın ən yaxın tərəfdaşlarını sərt şəkildə tənqid etdi və Beynəlxalq Cinayət Məhkəməsinin axtarışa verdiyi, rəhbərliyi altında hər gün Ukraynada dinc əhalinin bombalar və raket zərbələri altında həyatını itirdiyi Putinə qarşı qəfil rəğbət nümayiş etdirdi.

Ən diqqətçəkən məqam isə odur ki, Tramp emosiyalarını ifadə edərkən heç nədən çəkinmir. Halbuki, ondan əvvəlki ABŞ prezidentlərin heç biri özünə belə bir davranışı rəva görməyib. Çünki bu vəzifə – müasir dünyanın “bir nömrəli” postudur və bu dünyada “diplomatik etiket”, “siyasi bəyanat qaydaları” kimi anlayışlar var. Bu isə konkret ifadə çərçivələri, sərhədlər deməkdir. Onlara riayət etmək ölkələr və xalqlar arasında qarşılıqlı hörmətin saxlanmasına, yaxud ən azı, düşmən tərəflər arasında dialoq imkanlarının tamamən aradan qalxmamasına şərait yaradır.

Tramp isə özünün ikinci prezidentlik dövründə heç bir çərçivəyə sığmır. O, artıq digər ölkələrin birinci şəxslərinə qarşı kobud, hətta təhqiramiz ifadələr işlətməyi də məqbul sayır.

Məsələn, o, təxminən bir həftə əvvəl Vaşinqtonda keçirilən Milli Respublikaçılar Komitəsinin illik xeyriyyə yeməyində çıxışı zamanı belə bir ifadə işlədib: “Bu ölkələr bizə zəng edir, mənim dalımı öpürlər”. O, bununla mallarına qarşı tətbiq olunan yeni idxal rüsumları ilə bağlı Ağ Evə müraciət etmiş təxminən 70 ölkəni nəzərdə tutub. Bu kobud ifadə dərhal dünya mediasında geniş yayılıb. Və bu, cəmi bir nümunədir.

Bu cür davranışı anlamaq çox çətindir. Ən əsası isə odur ki, bu davranış başqalarına da pis örnək ola bilər. Çünki bir çoxları üçün ABŞ hələ də istinad nöqtəsidir və nəticədə, elə siyasətçilər tapıla bilər ki, “bizə də belə etmək olar” düşüncəsinə qapılsın.

“The New York Times” qəzeti ötən ilin payızında – seçkilərə bir ay qalmış Trampın çıxışlarının kompüter təhlilini aparıb. Orada qeyd olunurdu ki, ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Trampın ictimai çıxışları “daha uzun, daha az konkret və əlaqəsiz” xarakter alıb, bu isə bəzi hallarda yaşla bağlı zehni zəifləməyə işarə edə bilər.

Orta hesabla Trampın mitinqdəki çıxışları 82 dəqiqə davam edir, bu isə 2016-cı ildəki çıxışlardan (ortalama 45 dəqiqə) təxminən iki dəfə çoxdur. O, “həmişə” və “heç vaxt” sözlərini 13% daha çox təkrarlayır. Bəzi mütəxəssislərin fikrincə, bu da idrak funksiyalarının zəifləməsinin əlaməti ola bilər. Digər göstərici onun çıxışlarında neqativ sözlərin üstünlük təşkil etməsidir. Bundan əlavə, o, 2016-cı il kampaniyası ilə müqayisədə 69% daha çox söyüş söyməyə başlayıb”, – deyə NYT yazırdı. Görəsən, bütün bunlar yalnız yaşla bağlı dəyişikliklərin nəticəsidirmi? Kim bilir…

Bəs indi baş verənlər hara aparır? Yeni münaqişələrə, müharibələrə, xaosa? Trampın öz çıxışlarında yol verdiyi sərt ifadələr, qiymətləndirmələr beynəlxalq nizam üçün nə qədər təhlükəlidir? Bu vəziyyəti necə dəyərləndirmək olar?

Suallarımızı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Ali Abbasov cavablandırıb.

O hesab edir ki, Tramp problemi və onun idarəetmə üslubu təkcə ABŞ üçün deyil, həm də dünyada qlobal sabitlik baxımından vacib məsələdir.
Tramp, fanatik dəstəkdən tutmuş, dərin nifrətə kimi çox güclü və ziddiyyətli hisslər oyadan fiqurdur. Onun ritorikası və addımları ənənəvi diplomatik tarazlığı pozur, belə davranışın nəticələri çoxşaxəlidir və potensial olaraq təhlükəlidir.
Trampın davranış üslubu – açıq qarşıdurma, münaqişənin personallaşdırılması, sərtlik, alçaltmadır. O, ənənəvi təmkinlik və formalara hörmət əsasında qurulmuş qaydaları pozur və müttəfiqlik münasibətlərini dağıdır.
Onun “müttəfiqlər mənim və ABŞ-ın arxasından öpməlidirlər” ifadəsi sadəcə siyasi kobudluq deyil, dünyanı ağa və onun vassalları modelinə əsaslanan iyerarxiyaya çevirmək işarəsidir.
Bu da son nəticədə hətta ABŞ-ın köhnə tərəfdaşları arasında da inamsızlığı artırır, ölkələrin alternativ, o cümlədən Çin və Rusiya ilə ittifaqlara keçməsinə səbəb olur, ABŞ-ın sabitlik zəmanətçisi kimi nüfuzunun itməsinə gətirib çıxarır.
Tramp faktiki olaraq, müharibədən sonra ABŞ-ın liberal nizamın lideri olduğu dünyanı dağıdır. Onun Putin, Si, Kim və digər avtokratlara olan simpatiyası narahatedici siqnaldır.
Bu, müvafiq olaraq, aqressiv rejimləri legitimləşdirir, xüsusən də Rusiya və Ukrayna arasındakı münaqişədə ABŞ-ın mənəvi mövqeyini zəiflədir.
Bunun nəticəsində Ukraynaya verilən yardımların kəskin şəkildə kəsilməsi mümkündür.
Vaşinqtonun NATO üzərində təzyiqləri artacaq, ABŞ-ın hətta həmin təşkilatdan çıxması və ya iştirakının dondurması da mümkündür.
Təcrid siyasət, paralel olaraq konkret aqressiv addımlar da istisna deyil. Çünki ABŞ daxilində və xaricində siyasi sahəni rəqiblərdən təmizləmək cəhdi olacaq.
Bu isə çox yaxın dövrlərdə dünya siyasətinə xas olan təhdidə – avtoritarizmə dönmə təhlükəsinə gətirib çıxara bilər. Çünki çox sayda dövlətlər, o cümlədən demokratik ölkələr avtoritar idarəetmə sistemlərinə keçirlər.
Əgər Trampın uzunmüddətli siyasi dominantlığı davam edərsə, dünya qlobal qeyri-sabitlik dövrünə qədəm qoymaq təhlükəsi ilə üzləşəcək və regional münaqişələrin sayı artacaq.
ABŞ-ın təsiri zəifləyəcək, Avropa İttifaqı, Çin və Hindistan isə güclənəcəklər. Demokratiya dəyərləri ikinci plana keçə bilər, onun yerini praqmatizm, təcavüz, ədəbsizlik və avtoritarlıq alacaq”, – ekspert qeyd edir.
O, hesab edir ki, belə şəraitdə Trampa qarşı impiçment və ya hətta sui-qəsd cəhdləri olacaq.
İmpiçment yalnız ciddi cinayət sübutları olduqda mümkündür, amma sistem hazırda sürətlə reaksiya verməkdən müdafiə olunub, Trampın tərəfdarları isə Konqresdə istənilən prosesin qarşısını alacaqlar. Sui-qəsd – son həddir. Lakin maraqlıdır ki, bu gün ABŞ-da, xüsusilə də siyasi radikallığın artdığı bir dövrdə, heç kim bunu istisna etmir. Belə ssenarilərin açıq müzakirəsi ölkədə gərginliyin artdığını və ABŞ daxilində vəziyyətin qarışması ehtimalının olduğunu göstərir.
Tramp – həm daxili, həm də beynəlxalq səviyyədə xaosun artmasının katalizatorudur. O, mövcud dünya nizamını dağıtmaq ssenarisi üzrə hərəkət edir, amma sabit və humanist alternativ təklif etmir. Buna görə də, müxtəlif ittifaqlarda böhranların baş verməsi, hətta yeni müharibələrin başlanması ehtimalı yüksəkdir”, – alim hesab edir.
Eyni zamanda o, burada başqa bir xarakterik xüsusiyyətə də diqqət yetirmək lazım olduğunu qeyd edir. “O, iş adamıdır, hakimiyyətə gələn iş adamı və bu, Trampın müqavilə, mənfəət və şəxsi sədaqət kateqoriyaları üzərində düşündüyünü göstərir. Onun siyasəti – ABŞ maraqları ilə öz şəxsi varidatı kimi ticarətidir. Şantaj və təzyiq edərək güzəştlər əldə etməkdir. Geosiyasətə auksion kimi yanaşmaqdır – kim daha çox verərsə, o, müttəfiqdir. Buna görə də, onun Qərb əleyhinə, Rusiyanın isə lehinə yönəlmiş ritorikası doktrina deyil, ticarət mövqeyidir.
O, məsələn, Avropa ABŞ-ın müdafiə büdcəsini ciddi şəkildə maliyyələşdirməyə razı olarsa, əgər müttəfiqlər ABŞ iqtisadiyyatı üçün faydalı olan ticarət güzəştlərinə gedərsə və ya onun Avropa İttifaqı liderləri ilə şəxsi münasibətlər yaxşılaşarsa, Qərbə qarşı ritorikasını dəyişə bilər. Məlumdur ki, Tramp hər şeyi şəxsi sədaqət prizmasından qiymətləndirir.
Nəhayət, daxili böhran, məsələn, iqtisadi çətinliklər onu təcili xarici uğurlar axtarmağa məcbur edə bilər. O zaman qələbəni nümayiş etdirmək uçun ittifaqlar müvəqqəti olaraq bərpa ediləcək. Əlbəttə, bu, onun şəxsi mənfəətinə və siyasi dividendlərinə uyğun olarsa. Tramp üçün ideologiya önəmli deyil, onu yalnız öz seçicilərinə qələbə kimi təqdim edə biləcəyi nəticələr maraqlandırır. O, prinsiplərə deyil, yalnız mənfəətə bağlıdır.
Əgər, məsələn, Avropa NATO-nun hərbi xərclərinin ciddi şəkildə artırılması, ABŞ silahlarının alınması, ABŞ şirkətlərinin Avropa energetika bazarlarına daxil olması kimi “əsrin sazişi”ni təklif etsə, onun ritorikasının dəyişməsi mümkündür. Əgər müttəfiqlər onun stilində, sərt müqavilələr və mənəvi notlardan uzaq oynamağa başlasalar, Tramp onları həqiqi tərəfdaşlar kimi qəbul edəcək.
Bundan başqa, ABŞ daxilində onun reytinqinin düşməsi davam etsə, o zaman ölkəni təcrid etmədiyini, əksinə dostluq vasitəsilə hökmranlıq etdiyini göstərməyə ehtiyacı olacaq.
Amma diqqət yetirmək lazımdır ki, əgər Avropa İttifaqı müstəqil və tənqidi mövqeyini davam etdirərsə, o, ittifaqı dağıdacaq, çox yaxşı münasibətləri olduğu Orban kimi milli hökumətlərə üstünlük verəcək.
Əgər Moskva itaətdən çıxarsa, Rusiya lideri onu şəxsən təhqir etməyə və ya ona dərs keçməyə başlayarsa, Tramp Putindən üz çevirəcək. Yaxud da Putin ABŞ üçün strateji əhəmiyyətli sahələrdə Çinlə ticarət etməyə başlayarsa. Tramp üçün rəqabət qəbuledilməzdir. Əgər Rusiyanın ABŞ-ın işlərinə müdaxiləsi ortaya çıxarsa, bu da bir səbəb ola bilər. Yaxud, Rusiya NATO-nun qarşısında lazımsız düşmənə çevrilsə, ondan Avropa və Ukraynaya təzyiq vasitəsi olaraq istifadə edilməsi mümkün olmasa, o zaman Tramp dəyişə bilər. Amma Putin sədaqətini və “əsl kişi” üslubunu göstərməkdə davam etdikcə, Tramp onu faydalı tərəfdaş kimi görəcək.
Və nəhayət, əgər Pekin yarımkeçiricilər, elektrik avtomobilləri və maliyyə alətləri sahələrində ABŞ bazarlarına iqtisadi təzyiqi artırsa və ya Tayvana qarşı təcavüzə başlasa, Çinlə yaxın gələcəkdə münaqişə mümkündür. Yaxud Si, şəxsi razılaşmalar əldə etməkdən etməkdən imtina etsə. Tramp özünü sazişlər ustası hesab edir və əgər onu “görmürlərsə”, bu onu şəxsən təhqir edir.
Və ya informasiya müharibəsi başlayarsa və xüsusilə Trampın ailəsi barədə bizneslə əlaqəli olan kompromat sızarsa. Bu halda, Tramp anti-Çin ritorikasını işə salacaq, yenidən ticarət müharibələri başlayacaq, məhdudiyyətlər tətbiq ediləcək, silahlanma olacaq.
Ən çox ehtimal edilən ssenari budur – dünya geosiyasi kazinoya çevriləcək. Tramp, müqavilələrin, seçki hədəflərinin və şəxsi nifrətinin faydası baxımından münaqişələrlə, ittifaqlarla manipulyasiya edəcək, ya yaxınlaşmaya, ya da uzaqlaşmağa üstünlük verəcək.
Avropa, əksinə, parçalanacaq. Məsələn, Polşa, Macarıstan kimi bəzi ölkələr Trampa sadiq qalacaq, digərləri, məsələn, Fransa, Almaniya Avropa muxtariyyəti yaradacaqlar.
Ukrayna ABŞ-ın dəstəyini itirə bilər, amma Avropa İttifaqından daha çox dəstək ala bilər. O cümlədən müharibənin dondurulması ehtimalı da var.
Tramp özü əsaslı şəkildə dəyişməyəcək, çünki onun siyasəti ideoloji deyil, emosional iş adamı siyasətidir. Amma o, özünə, mənfəətinə və ya hakimiyyətinə təhlükə hiss edərsə stilinə və məqsədlərinə düzəliş edə bilər. O, millətin lideri deyil, təsir alverçisidir. Bu da onu, xüsusilə qlobal böhran şəraitində, təhlükəli və proqnozlaşdırılmsı mümkün olmayan edir.
Tramp, müttəfiqlərinə qarşı təzyiq və hədələmə ritorikasını davam etdirəcək, amma “pul ver, dost olaq” prinsipi ilə müqavilələr qurmağa başlayacaq.
Rusiya Trampa və ya ABŞ-ın Avropa İttifaqı ilə olan müttəfiqliyinə qarşı açıq addımlar atmayana qədər Putinlə neytral və dostluq münasibətləri qalacaq.
Çinlə münaqişə iqtisadi, texnoloji və kosmosla bağlı yeni soyuq müharibə formasında genişlənəcək.
Tamamilə aydındır ki, dünya belə bir şəraitdə üç odun arasında qalacaq: ABŞ-Tramp, Rusiya-Putin və Çin-Si. Bu zaman Avropa, Hindistan, Braziliya və Türkiyə yeni müstəqil güc mərkəzlərini inkişaf etdirəcəklər”, – Abbasov fikrini yekunlaşdırdı.(pressklub)
Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam