Namiq Məmmədovun "Azəriqaz" sərgüzəştləri -Bu qədər yeyinti edən şəxsi kim qoruyur?
Azəriqaz İstehsalat birliyinin Region rəisi hazırda Lənkəran RQİİ də rəis işləyən Namiq Məmmədovun Ağsu keçmişi heç də işıqlı olmayıb. 2016-cı ildə Ağsuda işləyərkən yerlərdəki məşğulluq idarələrindən xeyli sayda sosial işçi kimi göndərilən vətəndaşları pul qarşılığında işə qəbulunu həyata keçirdiyi haqqında məlumatlar almışıq.
Yenixeber.org: Redaksiyamıza şikayət edən vətəndaşlar bildirirlər ki, həmin vaxtlar pul ödəməyənə "yer dolub" deyərək imtina göndərirmiş. Əslində isə boş yerlər olduğu halda pulu ödəyəcək şəxs üçün saxlayırmış.
Namiq Məmmədovun Ağsu RQİİ də işlədiyi dövrdə qanunsuz hərəkətləri bununla bitmir. Deyilənə görə Kürdəmirdə qanunsuz küçə xətləri çəkərək rəhbərlikdən gizlin işlər görüb. O bu əməlləri özbaşına törətməyib. İddialara görə bu məsələdə onu müdafiə edən Azəriqaz İB də keçmiş baş direktorun müavini Cahid Hüseynov olub.
Namiq Məmmədov daha sonra Ağsu RQİİ-dən Səlyan RQİİ-ə transfer edilib. Səlyanda çalışarkən Cahid Hüseynovun parniklərinə nəzarət etməyə başlayıb. Görünür, Cahid Hüseynov onu Səlyan RQİİ-ə işləmək üçün deyil, parniklərinə nəzarət etmək üçün "perevod" edib.
Namiq Məmmədov həm də "hacı"-dır. Həm də içki içən hacılardan. Yaxınlarının dediyinə görə Hacı Namiq yaxşı şərab içən adamdı.
Redaksiyamıza gələn məlumata görə İsmayıllı rayonunda Namiq Məmmədovun səhlənkarlığı ucbatından evlərin birində partlayış olub, iddialara görə 40.000 manat verərək ev sahibinin "ağzını yumub".
Namiq Məmmədov Lənkəran regionda öz kadr sayılan nəzarətin rəisi Nərimanın vasitəsi ilə Lənkəran RQİİ də qanunsuz istismardan çıxarılmış borular satıb, yeni vaxtda 200 nəfər abonentdən sayğac üçün pul yığsalarda işi icra edə bilmirlər, ona görədə oradan qaçmaq istəyirlər, indi isə ümidləri Azəriqaz İB də Cahid Hüseynov və Nail Abdullayevədir.
Oğlu Kamil Məmmədov isə hazırda "Azəriqaz İB"-də metrologiya şöbəsində işləyir. Rayonlara ezam göndərilərək iri həmcli sayğaclara müdaxilə edib külli miqdarda vəsaitlər qazanır əvəzində bunun nəticəsi olaraq qaz istisi yaranır, dövlət əmlakı göyə sovrulur. Bundan əlavə onun Sənan adında yaxın dostu Binəqədi Qaz İdarəsində vətəndaşları aldadaraq sayğac quraşdırma adı altında xeyli vəsaitlər mənimsəyib. Hazırda Namiq Məmmədovun dostunun işi çox qarışıqdı. Onun işindən qovulması müzakirə edilir.
Namiq Bakı departament rəisi Zamin adlı şəxslə münasibəti olmadığından alternativ yollarla Sənan dostunu işdə saxlamaq üçün müxtəlif yollar tapır, vaxtı ilə Namiq köhnə rəhbərliyin vaxtında Zaminin "torbasını tikib" yerinə gəlmək istəyirdi, indi isə o məsələyə görə Zaminlə münasibətləri yoxdur.
Deyilənə görə N. Məmmədovun gəncliyi də ürəkaçan olmayıb. Özü 29 yaşında hərbi xidmətə məcburi aparılıb. Hər iki oğlu isə sağlam olduğu halda hərbi xidmətdən hansısa yolla yayına bilib. Hətta onunla çalışanlar bildirirlər ki, N. Məmmədovun Amerikada yaşayan erməni bacısı var. Özü dəfələrlə yaxın ətrafına bildirib ki, atasının erməni qadından qızı var. Hətta bir neçə dəfə Amerikada yaşayan erməni bacısına dəfələrlə pul göndərdiyini bildirib. Görünür, işlədiyi müddətdə aldığı rüşvətlərin hara getdiyi bəllidir.
Sonda qeyd edək ki, əvvəl bu adamın arxasında "Azəriqaz"ın keçmiş baş direktor müavini Cahid Hüseynov dayanırdı, indi isə yeni baş direktor müavini Nail Abdullayev dayanır.
Əlbətdə, bu yazılanlar hər biri şikayətçilərin iddialarıdır. Qarşı tərəf təkzib edə və ya fikir bildirə bilər.(Azerbaycanreallığı)