Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Türk İslam birliyi modeli çökdümü? -ANALİZ

Türk dünyagörüşündə Turan və İran - III YAZI
Mərkəzi Asiya ölkələrinin Avropa birliyi ilə bağladığı müqavilə sosial gündəmdən düşmür. Müxtəlif rəylər, müxtəlif fikirlər var.
Yenixeber.org: Əvvəlcə qısa şəkildə bu rəyləri ümumiləşdirək.
1.Avropaya ümid yeri kimi baxan qrup. Kimlərdir onlar? İslam və türkçülüyü daim aşağılayan, ağzından köpük gələn yobaz, siyasətə sosial narazılığın qoynunda atılmış qaragüruhçu bir zümrə. İçlərində də fərqli seqmentdən adamlar var. Bir qismi ateist, dinsiz, liberal kəsimdir. Bir balaca külək əssə və ya yağış normadan artıq yağsa, bunu mütləq İslamın və mental dəyərlərin ayağına yazarlar. Bir qismi İrançı, əsasən də etnik azlıqlardan təşkil olunmuş, türklüyə nifrət edən qrup. Onlar da fürsət bilib türk kimliyinə kin qusan, Suriyadakı məğlubiyyətin acısını çıxarmaq istəyən radikal şiyə qruplarıdır. Sevinc içində olan bu qruplar orqazm olmaq dərəcəsində bütün günü Ərdoganı söyür, ərəblərə qarşı faşist şüarlar yazırlar.
2. Mərkəzi Asiya ölkələrinin verdiyi qərardan məyus olan türkçü, İslamçı cameə. Türkçülərin içində ateist təfəkkürlü olanlar bu məyusluğu Ərdoğanın xarici siyasətdəki uğursuzluğu kimi lansə edib fürsətcilliklə İslama və ərəblərə kin qusurlar. İslamçı kəsim də türkçülüyün birləşdirici dəyər olmadığını deyib bu ideyanın fiaskosunu mütləq hesab edənlərdir.
3. Böyük Rusiya havasında küləkləyən digər qisim də Türkiyənin Mərkəzi Asiyada arzuolunmaz qonaq olduğunu deyib, Turan strategiyasının çökməsini həyat idealı səviyyəsinə qaldıran manqurt tayfadır. 1919-cu ildə Qafqaz İslam Ordusunun Azərbaycandan çıxması ilə başlayan işğal prosesi ilə paralellər apararaq düşünürlər ki, Böyük Rusiyanın qarşısında əsas əngəllərdən biri olan Turan ideyası çökərsə, Rusiya özünün əvvəlki şöhrətinə qayıdıb fövqəlbəşər dövlət statusunu bərpa edəcək. Bu tərəflərdə də toy bayramdır.
4. Türk-İslam birliyi modelini dəstəkləyən qrup. Bunlar da bir qisim yeni siyasi təfəkkür daşıyıcıları olan insanlardır. Xeyli xalq dəstəyi də var. İnsanlar 44 günlük müharibədə Türkiyənin, Pakistanın, bəzi ərəb ölkələrinin dəstəyini unutmayıblar. Həmçinin, İranın, Fransanın, Rusiyanın ermənipərəst mövqeyini də unutmayıblar.
Təxmini olaraq bu 4 qisim sosial şəbəkələrdə bir birilərini qırırlar. Gəlin reallıqlarla üz üzə durub məsələlərə soyuq başla baxaq. Türk İslam birliyini kimlər istəmir? İlk olaraq İsrail. Niyə? Çünki bu İsrailin Orta Şərqdəki bütün planlarına ən böyük maneədir. Böyük İsrail məhz Türk İslam birliyinin mərkəzində qurulması planlanan bir projedir. Ona görə də İsrail əlində olan bütün imkanlarla Türk İslam birliyi modelini gözdən salmağa, etibarsızlaşdırmağa, qeyri ciddi görüntüsünü yaratmağa çalışır. Media və sosial şəbəkələrdə aktiv iş aparır.
Sonra kim bu birlikdən narahatdır? İran! Çünki tarixi düşmənlik üzərində qurulan fars-şiyə ideolojisi türklüyü və sünni İslamını ən böyük təhlükə hesab edir. Məhz bunun sayəsində İran Suriyadan biyabırçı şəkildə qovuldu. 44 günlük müharibədən sonra Azərbaycanda İranın illərlə qurduğu şiyə qardaşlığı, Vilayəti-Fəqih sistemi böyük hasar gördü. Xalq Ermənistan-İran hərbi təlimlərini, Zəngəzur məsələsində İranın mövqeyini, müharibə günlərində Ermənistana edilən yardımları unutmadı. Hə, indi bu seqmentin əlinə əla fürsət keçib. Ərdoğanı söy, Türkiyənin İsrail ilə eyni elə vurduğunu tirajla, türkçülüyün irqçilik olduğunu dini vasitələrlə isbatla! Məqsəd nədir? İtirilmiş mövqeləri qismən də olsa, bərpa etmək.
Rusiyanın 5-ci kalonunun da səsi bu məqamda it hürən tərəfdən möhkəm eşidilir. Niyə? Çünki Turan ideyası Rusiya ərazisindəki türkdilli xalqların milli oyanışında əsas tarixi milli çalardır. Rusiyanın fövqəlbəşər güc olması üçün üç dövləti ələ keçirməsi əsasdır. Ukrayna, Azərbaycan, Qazaxıstan. Turan ideyası Azərbaycan və Qazaxıstanı əhatə etməklə, bütün Mərkəzi Asiyanı Rusiyanın əsrlərlə davam edən müstəmləkəçiliyindən azad edəcək gücdədir. Maraqlıdır ki, bu ideya həmçinin Ukraynanın da gələcəyi üçün çox böyük təhlükəsizlik qarantıdır.
Turan ideyası tarixə qovuşdumu?
Bunu iddia etmək həm sadəlövhlük, həm də düşmən təbliğatının yaratdığı yalançı effektdir. Türk İslam birliyinin ana nüvəsi Turandan ibarətdir. Bu Yeni Dünya Düzənində var olması gərəkən əsas nöqtədir. Böyük problemlər mövcuddur. Uyğur problemi, Fələstinin azadlığı, Kəşmir düyünün çözülməsi, Güney Azərbaycanın müstəqilliyi, Afrikadakı Avropa mustəmləkəçiliyinin sona çatması, Rusiyadakı türk, İslam xalqlarının azadlığı məhz bu ideyanın həyata keçməsi ilə mümkündür. Avropa bu günkü şəklini almaq üçün neçə müharibədən keçib. Bir birinə düşmən olan anqlo-saks, german, frank ziddiyyətləri bu gün bir arada ortaq strateji bəlirləyə bilirsə və bu ayaqda qalmaq üçün tək çıxış yolu ola bilirsə, nədən Türk İslam birliyi mümkünsüz olsun!? Artıq sosial darvinizm siyasi bir zərurət olaraq bütün gücü ilə fəaliyyətdədir. Bu torpaqların övladları, sizin gələcəyiniz nə Rusiyanın, nə Avropanın, nə İranın, nə İsrailin vecinə deyil. Azərbaycanın gücü Bütöv Azərbaycandan, Turandan, Türk İslam birliyindən keçir.
Zaman Piriyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam