Redaktor seçimi
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Günün xəbəri

Fars-molla rejimi kürdləri təxribatlara sövq edir -Kürd millətçiləri vaxtilə Zori Balayan(lar)ın oynadığı rolu oynayırlar

İndi fars-molla rejimi kürdləri təxribatlara sövq etməklə bir zamanlar Moskvanın Quzey Azərbaycanda oynadığı erməni kartının kürd variantını Güney Azərbaycanda oynamağa çalışır.
Yenixeber.org: Bu fikirlər politoloq Xaqani Cəfərlinin Urmiyada yaşanan son olaylarla bağlı şərhində yer alır: 
İranın fars-molla rejiminin Güney Azərbaycanda kürd kartını gücləndirməsinə qarşı Urmiyada Azərbaycan türkləri ayağa qalxıb. Urmiyada keçirilən aksiyalarda yarım milyon soydaşımız iştirak edib. Aksiya iştirakçıları “Azərbaycan yatmayıb, kürdə torpaq satmayıb!”, “Azərbaycan yurdumuz, Urmiya boz qurdumuz!” və “Azərbaycan oyaqdır, kürdlər bizə qonaqdır” şüarlarını səsləndiriblər. Etiraz aksiyalarından yayılan görüntülər soydaşlarımızın doğma Azərbaycanın hər bir qarşını müdafiə etməkdə qətiyyətli olduqlarını göstərir.
Güney Azərbaycanda belə bir vəziyyətin yarana biləcəyi ilə bağlı aylar öncəsi Youtebe kanalarında, xüsusilə də Pressklub TV-də Kamran Həsənlinin qonağı olarkən dəfələrlə xəbərdarlıq etmişdim. Bu xəbərdarlığım səbəbsiz deyildi. Milli kimliyini və çoğrafi Azərbaycan faktorunu önə çəkən Məsud Pezeşkianın prezident seçkilərində qələbəsinin fars-molla rejiminin sinir mərkəzlərini hərəkətə keçirəcəyini proqnozlaşdırmaq çətin deyildi.
İndi fars-molla rejimi kürdləri təxribatlara sövq etməklə bir zamanlar Moskvanın Quzey Azərbaycanda oynadığı erməni kartının kürd variantını Güney Azərbaycanda oynamağa çalışır. Erməni kartı ilə Quzey Azərbaycanı istiqlaliyyət və demokartiya uğrunda mübarizədən yayındırmağa çalışan Moskvanın senarisini eynisini fars-molla rejiminin sinir mərkəzləri Güney Azərbaycanda kürdlərin əli ilə oynamağa başlayıb. Suriya və İraqdakı bir sıra kürd millətçiləri də bu prosesdə vaxtilə Zori Balayan(lar)ın oynadığı rolu oynayırlar. İranda Azərbaycanlıların sayını azaltmağa, kürdlərin sayını artırmağa çalışan bu şəxslər ermənilər kimi uydurma tarix də yaratmağa çalışırlar.
Halbuki, dünyada doğma dili ən çox olan 100 dili müəyyənləşdirmək üçün 1996-cı ildə aparılmış və 1999-cu ildə yenilənmiş “Etnoloq: Dünya Dilləri” (Ethnologue: Languages of the World) araşdırması zamanı İranda 24 364 000 nəfərin doğma dilinin Azərbaycan dili (Cənub ləhcəsi) olduğu müəyyən edilib. Həmin araşdırmanın nəticələrinə görə, 1999-cu ildə İranda fars dillilərin sayı Azərbaycan dillilərdən 84 000 nəfər az olaraq, 24 280 000 nəfər təşkil edib. Yəni, İranda Azərbaycan türkləri çoxluq təşkil edirlər.
Həmin araşdırılmanın aparıldığı 1999-cu ildən bəri İranın əhalisi 23.29 milyon nəfər və ya 36 faiz artaraq 2023-cü ildə 87.76 milyon nəfərə çatıb. Soydaşlarımızın da təxminən 36 faiz artdığını qəbul etsək, bu o deməkdir ki, 1999-cu ildə sayı 24 364 000 nəfər olan Azərbaycanlıların sayı 8 771 040 nəfər artaraq, 2023-cü ildə 33 135 040 nəfər olub.
Qeyd edim ki, elmi tədqiqat olan “Etnoloq: Dünya Dilləri” araşdırması zamanı ana dili 7 milyondan çox olan xalqların sayı müəyyən edib. Həmin araşdırmaya görə, kürd dilini ana dili hesab edənlərin 7 milyon olduğu ölkə yalnız Türkiyədir. İran, İraq və Suriyada kürd dilini ana dili hesab edənlərin sayı az olduğu üçün siyahıya daxil edilməyib.
İranla bağlı ən dəqiq məlumatlara malik olan İsrailin dövlət adamları İranda azərbaycanlıların sayının 35 milyonla 45 milyon arasında olduğunu və İran əhalisinin ən azı 40 faizindən çoxunu təşkil etdiyini qeyd edirlər. İndi isə kürd millətçiləri erməni və rusların bir vaxtlar yaydıqları məlumatı təkrarlayaraq İranda Azərbaycan türklərinin cəmi 17 faiz olması ilə bağlı yalanları tirajlayırlar.
İkinci Dünya Müharibəsindən sonra formalaşmış və Azərbaycan xalqının həyati maraqlarına qarşı olan dünya nizamı artıq dağılıb. Yeni dünya nizamının formalaşmağa başladığı bu günlərdə Azərabyacn xalqının bir gözü Güney Azərbaycanda, bir gözü Şimal torpaqlarımızda (Dərbənd) baş verənləri izləməlidir. Ən azı qarşıdakı 75-100 ilin düzənini müəyyən edəcək proseslərin getdiyi bir zamanda bizim ilk vəzifəmiz məhz budur. Əks halda yeni dünya düzənin formalaşması zamanı xalqımızım həyati maraqlarını təmin etmək mümkün olmayacaq.
Urmiyada Türk millətçiləri ayağa qalxdı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam