Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

İranda siyasi böhran: İmpiçmentlər, istefalar, güc mübarizəsi - TƏHLİL

İranda siyasi böhran: İmpiçmentlər, istefalar, güc mübarizəsi - TƏHLİL
2025-ci il İran siyasi həyatı üçün heç də uğurlu başlamadı. İlin ilk ayları ölkə üçün sarsıntılar və siyasi toqquşmalarla əlamətdar oldu. Siyasətdə yüksələn gərginlik, önəmli şəxslərin vəzifədən uzaqlaşdırılması və impiçmentlər, eyni zamanda, ictimai narazılığın artması dövlət sistemindəki dərin çatları üzə çıxarır.

Yenixeber.org: İranın vitse-prezidenti, tanınmış reformist Məhəmməd Cavad Zərifin istefası, iqtisadiyyat naziri Abdolnaser Hemmətinin impiçmenti, həmçinin Tehran Ali Məhkəməsində iki yüksək rütbəli hakimin müəmmalı şəkildə qətlə yetirilməsi daxili böhranın nə qədər ciddi olduğunu göstərir.

Bütün bu hadisələr təkcə fərdi siyasi karyeraların sonu deyil, eyni zamanda İranın gələcək siyasi mənzərəsini formalaşdıran mühüm məqamlardan sayıla bilər. Bu sıraya xalqın narazılığını da əlavə etmək lazımdır. Özü də xalq yalnız iqtisadi məsələlərə narazılıq bildirmir. Fevral ayında İslam İnqilabının 46-cı ildönümü zamanı Tehranda və digər iri şəhərlərdə keçirilən genişmiqyaslı etirazla, hökumət qüvvələrinin bu aksiyalara qarşı sərt müdaxiləsi cəmiyyətdə gərginliyin pik həddə çatdığını göstərir.

Two Iranian 'judges of death' gunned down in Tehran

Bundan əlavə, Ali Məhkəmədə baş verən qətl hadisəsi hakimiyyət daxilində parçalanmanın açıq şəkildə ortaya qoyur. Siyasi məhbusların ağır cəzalandırılmasında rolu olan hakimlərdən Əli Razinin və Məhəmməd Moqisehin bir məhkəmə işçisi tərəfindən güllələnməsi və qatilin dərhal intihar etməsi bunun təsadüfi hadisə olmadığını söyləməyə əsas verir. Bəzi siyasi müşahidəçilər bunu hakimiyyətdəki daxili çəkişmələrin və güc uğrunda aparılan mübarizənin nəticəsi kimi qiymətləndirir.

İqtisadi çətinliklər, siyasi böhran və güc mübarizəsi İranın gələcək taleyinə dair sualları daha da artırır. Məsud Pezeşkian hökuməti artıq ciddi təzyiqlərlə üzləşir, sərt xətt tərəfdarlarının üstünlük təşkil etdiyi reformist fiqurları bir-bir oyundan kənarlaşdırır. Hakimiyyət isə bu etirazları və daxili qarşıdurmaları güc yolu ilə yatırmağa çalışsa da, xalqın davamlı narazılığı və siyasi səhnədə baş verən dəyişikliklər ölkədə yeni bir dönəmin başlanğıcını qaçılmaz edir

             İmpiçment və istefaların arxasında nələr dayanır?

İran parlamenti fars olmayanların ana dilində ədəbiyyat fənninin  məktəblərdə tədrisinə qarşı çıxıb – Polisə.az

İran Prezidentin Strateji məsələlər üzrə müavini Məhəmməd Cavad Zərif martın 3-də istefa verdiyini açıqlayıb. Bunu həm daxili siyasətdə, həm də İranın xarici münasibətlərində ciddi təsirə malik hadisə kimi qiymətləndirmək olar. Zərifin istefası, əslində, son illər İranın siyasi sistemində dərinləşən qarşıdurmaların nəticəsi idi. Bir vaxtlar Qərblə nüvə sazişini imzalayan və İran diplomatiyasını yumşaltmağa çalışan Zərifin Qərbə yaxın mövqeyi ölkə daxilində birmənalı qarşılanmırdı.

Martın 2-də isə İranın İqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmətiyə parlamentdə impiçment elan edildi. Bu hadisə də yalnız iqtisadi böhranın nəticəsi deyil, həm də ölkədə gedən siyasi güc mübarizəsinin bir parçasıdır. Hemmatinin kənarlaşdırılması İranın sərt xətt tərəfdarlarının reformist hökumət üzərində nəzarəti gücləndirmək cəhdinin açıq ifadəsidir.

                         Əbdülnasir Hemməti kimdir? 

Əbdülnasir Hemmati İranın tanınmış iqtisadçısı, bank rəhbəri və siyasətçisidir. O, 2018-2021-ci illərdə İran Mərkəzi Bankının sədri vəzifəsində çalışıb və 2021-ci ildə prezidentliyə namizəd olub. 2024-cü ildə Məsud Pezeşkian hökumətində iqtisadiyyat və maliyyə naziri təyin edilib, bu il martın 2-də İran parlamenti ona impiçment elan edib.

                            Rəisinin ölümü

Məhəmməd Rəhmanifər: Milli Hərəkatımızın gündəmində olan bir çox məsələ  1945-də Milli Hökumətin də gündəmində idi

Araşdırmaçı Məhəmməd Rəhmanifər APA-ya açıqlamasında hazırkı İran hökumətini iflasa uğramış hökumət kimi qiymətləndirib: Pezeşkian İran prezidentliyinə namizəd olmamışdan 6 ay əvvəl Təbrizin millət vəkili postuna namizədliyini vermişdi. Onun namizədliyini “Qoruyucular Şurası” rədd etmişdi. Bu necə ola bilər, bir adama altı ay əvvəl bir şəhərdən millət vəkili olmaq üçün səlahiyyət verilmir, lakin Xameneyi özü onun adını çəkir. Bir məsələ də var ki, Xameneyi hər adamın adını dilinə almaz. Pezeşkian belə bir vəziyyətdə Xameneyinin dəstəyi ilə İranda prezident oldu... ABŞ-də keçirilən prezident seçkilərinin nəticələrini İran öncədən proqnozlaşdıra bilirdi, görürdü ki, Tramp seçkiləri qazana bilər. Onu da görürdü ki, Trampın qarşısında Əmir Əbdullahian (İranın keçmiş xarici işlər naziri. Helikopter qəzasında həlak olub – red.) və Rəisi kimi adamlar bir iş görə bilməyəcəklər, Pezeşkian, Zərif və Əraqçı kimi adamlara ehtiyac olacaq. Pezeşkianı prezident etmələrinin əsas səbəbi budur”.

                                           Zərif kimdir?

Iranian Foreign Minister Mohammad Zarif resigns

Məhəmməd Cavad Zərif İranın tanınmış diplomatlarındandır. O, 2013-2021-ci illərdə İranın xarici işlər naziri olub. 2015-ci ildə İranla dünya dövlətləri arasında imzalanan Nüvə Razılaşmasının (JCPOA) əsas memarlarından biridir. Onun xarici siyasətdəki diplomatik yanaşması, xüsusilə Qərblə müzakirələrə açıq olması İran daxilində mübahisələrə səbəb olub. İbrahim Rəisinin 2021-ci ildə prezident seçilməsindən sonra sərt xətt tərəfdarlarının təsiri gücləndi və reformistlər siyasi arenada arxa plana keçirildi. Lakin Məsud Pezeşkianın 2024-cü ildə prezident seçilməsi ilə Zərif yenidən yüksək vəzifəyə gətirildiO, Pezeşkian hökumətində Strateji Məsələlər üzrə Vitse-Prezident təyin olundu və bir sıra xarici siyasət məsələlərində əsas şəxsə çevrildi.

Məhəmməd Rəhmanifər deyir ki, İran Trampın Tehrana qarşı bu qədər sərt mövqe tutacağını gözləmirdi: “Elə bilirdilər ki, Pezeşkian, Zərif kimi yumşaq adam seçsələr, bir az üzə gülümsəsələr, təhlükənin qarşısını ala bilərlər. Lakin bunların düşündükləri kimi olmadı. Trampın son günlər İrana qarşı çox ağır və sərt çıxışları oldu, çox ağır şərtlər qoydu. Bunların hamısını yan-yana qoyanda artıq anladılar ki, Peseşkianın kabinetinin də əlindən bir iş gəlməyəcək.

Pezeşkiyan İran Prezidenti oldu - Şafaqna Azərbaycanca

Pezeşkian bir neçə gün əvvəl çıxışında maraqlı məqama toxundu. O dedi ki, “Biz istəyirdik Amerika ilə müzakirə eləyək, danışıq aparaq, lakin Rəhbər dedi “Danışmayın”, biz də danışmadıq”.

İqtisadiyyat nazirinə impiçment elan edilməsi, Zərifin istefa verməsi bu çərçivədə dəyərləndirilməlidir”

Məhəmməd Rəhmanirəfirin fikrincə, Pezeşkian xarici siyasətdə ABŞ və Qərb dünyası ilə dialoqa girmək, daxili siyasətdə isə qeyri-farsların haqlarını müdafiə etmək şüarları ilə vəzifəyə gəlmişdi.

Lakin iki həftə bundan əvvəl qeyri-farsların ədəbiyyatının məktəblərdə tədris olunması layihəsi Məclisdə rədd olundu”.

                                       İranda Sərt Xətt tərəfdarları

Dünya liderlerinden tepki: Batılı ülkeler İran'ı kınadı, Çin itidal  çağrısında bulundu | Euronews

İranda sərt xətt tərəfdarları (mühafizəkarlar) İslam Respublikasının teokratik quruluşunu dəstəkləyən, dini hakimiyyətin gücləndirilməsinə və Qərbə qarşı sərt mövqe tutulmasına tərəfdar olan siyasi və hərbi qüvvələrdən ibarətdir. Onlar ölkənin əsas siyasi institutlarına, iqtisadiyyatına və təhlükəsizlik aparatına nəzarət edirlər. Onlar islahatlara və Qərblə münasibətlərin yaxşılaşmasına qarşıdırlar və İranın teokratik sistemini qorumağa çalışırlar.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam