Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Ah, Amerika..! -Ukraynanın taleyi necə olacaq?

news content


Bu günlərdə Avropa ölkələri və Türkiyənin Kiyevə dəstəyini görə bilərik

Yenixeber.org: Fevralın 28-i axşamından etibarən bütün xəbər lentləri və sosial şəbəkələrdə bir mövzu ətrafında müzakirələrlə gedir – Ağ Evdə nə baş verdi, bunu necə başa düşmək olar və bundan sonra nə olacaq?

Şübhəsiz ki, milyonlarla insan hazırda bu sualları verir – Vaşinqtonda baş verənlər Rusiyanın Ukraynaya təcavüzünə necə və hansı istiqamətdə təsir edəcək? Ən pis ssenariləri gözləyənlər haqlıdırmı? ABŞ doğrudan da məsuliyyəti tamamilə üzərindən atır və Ukrayna bundan sonra yalnız özünə və Avropadakı müttəfiqlərinə arxalanmalıdır?

Suallarımızı tanınmış ukraynalı ekspertlər cavab veriblər.

Kiyevdə yerləşən Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru İqor Semivolos hesab edir ki, böyük ehtimalla yaxın zamanda Ukrayna doğrudan da özünə və Avropaya güvənməli olacaq.

“Ən azı, Londonda başlayan Avropa sammiti bu məsələdə bütün suallara aydınlıq gətirməlidir. Vaşinqtonda keçirilən danışıqların nəticələrini dərhal qiymətləndirmək çox çətindir. Lakin görünən odur ki, bu, Tramp administrasiyasının müttəfiqlik öhdəliklərindən imtina etmək niyyəti fonunda Avropa dövlətlərinin müstəqil hərəkət etmək qərarını gücləndirə bilər”, – deyə Semivolos ehtimal edir.

Hərbi-Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Oleksandr Musiyenko isə vurğulayıb ki, ABŞ-nin strateji müttəfiqliyi qoruyub saxlaması Ukrayna üçün son dərəcə vacibdir.

“Ümumiyyətlə, Ukrayna prezidenti Volodimir Zelenski və bütövlükdə Ukrayna hakimiyyətinin komandası ABŞ prezidenti ilə görüşə kifayət qədər ölçülüb-biçilmiş və məqsədyönlü şəkildə hazırlaşmışdı.

ABŞ-də müzakirə edilən və nadir torpaq metallarının və mineralların birgə hasilatı üzrə ortaq fondun yaradılmasını nəzərdə tutan saziş layihəsi var idi. Bundan əlavə, Ukraynanın mövqeyi konstruktiv idi, çünki biz təcavüzün qurbanıyıq və azadlığımız uğrunda mübarizə aparan bir dövlət olaraq, azad dünyanın lideri olan ABŞ-nin bizə bu məsələdə kömək edəcəyinə ümid edirik və buna arxalanırıq”.

Təəssüf ki, bu gün biz Tramp administrasiyasının mövqeyinin getdikcə Rusiyanın mövqeyinə yaxınlaşdığını və faktiki olaraq Ukraynaya Rusiyaya qarşı güzəştlərə getməsi üçün təzyiq göstərildiyini müşahidə edirik”, – deyə hərbi ekspert təəssüflənir.

Amma biz Ukrayna prezidentinin milli maraqları müdafiə etdiyinin nümunəsini gördük, o əlavə edib.

“Ukrayna xalqı hazırda prezidentin ətrafında birləşib. Ukrayna ordusu mübarizəni davam etdirir. Yəni, bu baxımdan cəmiyyət vahid və həmrəy vəziyyətdədir. 

İkinci məqam odur ki, Ukrayna hazırda daxili resurslarını səfərbər edərək müdafiə və təhlükəsizlik ehtiyaclarına, silah istehsalına daha çox vəsait yönəltməyə çalışır.

Üçüncü və ən vacib məsələ isə odur ki, biz bu günlərdə Avropa ölkələrinin və Türkiyənin Ukrayna ətrafında konsolidasiya olunmasını gözləyirik. Türkiyə Respublikasının nümayəndələri 2 martda Londonda gedəcəklər, artıq orada olan prezident Zelenski ilə birlikdə Avropa liderlərinin sammitində iştirak edəcəklər. Orada təhlükəsizlik məsələləri və ABŞ-nin geri çəkilməsi fonunda Avropanın Ukraynaya daha çox dəstək verməsi məsələləri müzakirə olunacaq”, – deyə Musiyenko yekunlaşdırıb.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam