Redaktor seçimi
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Günün xəbəri

Zelenski üçün edam kəndiri? -Tramp onu Putinə yedirəcəkmi...



Ostap Benderin məşhur ironiyasıdır - Qərb bizi xilas edəcək. Bu istehza Ukrayna xalqının məhv edilməsində yenidən yada düşür.

Yenixeber.org: Budur, üç illik fasilədən sonra ərəb ölkəsində dialoqa başlayan ABŞ və Rusiya Ukraynanın taleyini onların fikrini soruşmadan müzakirə etməyə başladılar. Əvvəlki administrasiya - Bayden hakimiyyəti Ukraynadakı iqtidarı Rusiyanın hərbi eskalasiyaya əl atmasına qədər bu ritorikanı davam etdirməyə təhrik elədi, onları əvəzləyən Tramp komandası isə indi Kiyevi təslimçiliyə sürükləyir. Əslində, çoxdan dərs olmalıydı ki, amerikalılara güvənib müharibəyə girmək olmaz. Çünki yarıyolda qoyurlar. Buna qədər nümunələr var idi - Saakaşvilini qurban vermişdilər. Ona görə də hər nə yolla olursa-olsun, Zelenski hakimiyyəti Normand formatı çərçivəsindən kənara çıxmayaraq Rusiya ilə kompromisə getməliydi. Bu da gecikmişdisə, o zaman müharibənin başlanmasından bir ay sonra İstanbul razılaşmaları çərçivəsində faciələrə tezliklə son qoymaq mümkün idi. Ən azı o zaman Xerson və Zaporojye işğal edilməmişdi, Mariupol, Melitopol və s. Ukraynanın nəzarətində idi. Luqansk və Donetskin də yarısı Ukrayna Silahlı Qüvvələrinin kontrolu altındaydı. Lakin genişmiqyaslı hərbi əməliyyatlar böyük faciələrə səbəb oldu. İndisə Tramp Avropaya - müttəfiqlərinə cəbhə açaraq Rusiya ilə yaxınlaşma xətti tutur. Bu, Qərbin mövqeyini zəiflədir, NATO-nu gözdən salır. Tramp Avropanı saymadan, onları asılı vəziyyətdə saxlayaraq Rusiyanı izolyasiya vəziyyətindən çıxarır. Axı bunu niyə edir? Təbii ki, ABŞ daha böyük hədəfləri hesablayır. Amma Avropa təhdid altında qalır, Rusiya yarımçıq qələbə ilə müharibədən çıxa bilir, Qərbə inam isə daha da sarsılır. 
Trampın hədəfləri aydındır - Çinlə savaşda Rusiyanı neytrallaşdırmaq, Avropanı təsir altında saxlamaq, İranla haqq-hesab çürütmək, Yaxın Şərqdə mövqeləri möhkəmləndirmək... Siyahıda Ukrayna qurbanlıq keçidir! 
Bu mənada, Zelenski üçün iki yol görünür - seçkidən sonra vidalaşma, ya da Trampın təklifləri ilə razılaşaraq atəşkəsə getmək. Şübhəsiz ki, Putin də dayanmaq istəyir. Ruslar yorulublar və anladılar ki, Ukraynada maksimal qələbə mümkün deyil. Üstəlik, sanksiyalar iqtisadiyyatın belini qırır, strateji olaraq məğlubiyyət də var - Suriyanı itiriblər, Cənubi Qafqazda mövqelər zəifləyib; bu halda, taqətdən düşmüş Rusiya Donbas əməliyyatını başa vura bilmir və "xüsusi hərbi əməliyyat" məqsədlərinə çatmır. Əslində, cəbhədə rusların üstünlüyü "Pirr qələbəsi"nə bənzəyir. Bu qədər itkilər, izqoy vəziyyətə salınması müqabilində 4 regionun işğalı Rusiyanın başını ucalda bilməz. Beləliklə, müharibənin real qalibi ABŞ-dır. Rusiya başladı, Amerika savaşı bitirir. Əgər Tramp istəsə, münaqişəni uzada da bilər. Yəni Putin başladığı təcavüzkar hərəkətləri indi dayandırmaq gücündə deyil. Çox güman ki, ayın sonu, ya da martın əvvəli Ağ Ev rəhbəri Kreml lideri ilə görüşəcəklər. Və bu da Donbasda əməliyyatları dayandırmaq üçün ən kritik müzakirə olacaq. Maraqlıdır ki, 18 fevral zirvəsində tərəflər Ukraynadan daha çox Vaşinqton - Moskva münasibətlərini razılaşdırıblar. Və Tramp indi hamını - Baydeni, Zelenskini, Avropanı ittiham edir. Az qalır ki, Pentaqon rus ordusuna hərbi yardım göndərsin. Yəni Tramp sanki xain kimi, birləşmiş Qərbin və NATO-nun, eləcə də anqlosaksonların planlarını pozmuş kimi görünməkdədir. Məsələ o deyil ki, müharibə davam etsin, atəşkəs lazımdır, Ukrayna xalqı sülh istəyir, amma ABŞ lideri savaşı bir tərəfin şərtləri ilə sonlandıra bilməz, burada mütləq Ukrayna üçün Putindən nəsə qoparmalıdır. Üstəgəl, burada strateji hədəf Rusiyanı zəiflədə bilməkdir. Buna qismən nail olunub, amma yetərli deyil. Və müharibədən çıxan Rusiya özünü reabilitasiya edəcək və ətrafına təhdidlər yağdıracaq. Bu, Qafqaz üçün də xoş deyil. Paşinyan artıq bəzi nəticələr çıxarmalı olacaq, Bakı Moskvanın təhdidləri ilə üzləşə bilər, Gürcüstan da göz qabağındadır. Ona görə də Tramp Putinin qalib görünməsinə imkan verməyəcək bir anlaşmaya getməlidir ki, Rusiya yenidən təhdid rüzgarını çevrəsinə əsdirə bilməsin. Hələlik hadisələr qaynardı, ilkin nəticələr var, lakin irəlidə daha iri addımların şahidi olacağıq ki, o zaman soyuq təhlil imkanları yaranacaq...(anaxeber.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam