Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Sərxan” Bakıdakı canilərdən daha pisdir? -eyni ikili standartlar göz qabağındadır

Ermənistanda azadlıqdan məhrum edilmiş erməni şəxs Qərbin diqqətini çəkmir, amma Azərbaycandakı cinayətkarlar “siyasi məhbus” kimi qələmə verilir

Yenixeber.org: Heç kimə sirr deyil ki, 30 ildən artıq davam etmiş Qarabağ münaqişəsi kontekstində Qərb və Rusiya heç vaxt Azərbaycana simpatiya ilə yanaşmayıb. İki düşərgə arasında bir çox geosiyasi məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, yuxarıda qeyd olunan münaqişə ilə bağlı Qərb və Rusiya ATƏT-in Minsk Qrupu formatında vahid platformadan çıxış edib.

Yəni onlar işğalçı Ermənistanı gizli, bəzən də açıq şəkildə dəstəkləyiblər. Eyni zamanda, Azərbaycana təzyiq göstərib, ondan status-kvo, yəni Azərbaycan torpaqlarının işğalı ilə barışmasını tələb ediblər.

Lakin 44 günlük müharibədən sonra Azərbaycanın Ermənistanı sarsıdıcı məğlubiyyətə uğratması və bununla da “sülhməramlıların”, əslində isə erməni himayədarlarının planlarını puça çıxarması nəticəsində regionda geosiyasi mənzərə kəskin şəkildə dəyişdi.

Münaqişənin kulminasiyası nöqtəsi ötən ilin sentyabrında Qarabağda keçirilən antiterror əməliyyatı oldu. Hərbi xunta süqut etdi, onun rəhbərləri Bakı İstintaq Təcridxanasına düşdülər və bu gün burada öz aqibətlərini gözləyirlər.

Və burada "sülhməramlıların" bütün maskaları atıldı. Əgər Moskva bu məsələdə neytral mövqedən çıxış etmək qərarına gəlibsə, o zaman Qərb, xüsusən də Fransa sinəsini irəli verərək, döyüşə atılıb.

Paris hər cür isterikaya əl atdı. O, BMT Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasını çağırdı, anti-Azərbaycan qətnamələri qəbul etdi, senatorlardan tutmuş Prezident Makrona qədər fransızların ağzı köpükləndi, “etnik təmizləmə”, “soyqırımı” deyə qışqırır, "heç bir günahı olmayan" cinayətkarların buraxılmasını tələb edirdilər.

“Qal xoruzlarının” səsi Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası və digər avroqurumlardan da gəlir. Erməni lobbisinin satın aldığı bəzi amerikalı konqresmenlərin timsalında “insan haqları” və “demokratiya”nın xaricdəki mühafizəçiləri də onlardan geri qalmadılar.

Eyni zamanda, məlum səbəblərə görə, “demokratiyanın ataları” terrorizmdə, terrorizmi maliyyələşdirməkdə və digər ağır cinayətlərdə ittiham olunan şəxsləri “Artsaxın hərbi-siyasi elitası” adlandırırlar. İddia edirlər ki, bu “girovların” (ermənilərin və onların himayədarlarının işlətdiyi digər epitetdir – müəllif) Bakı istintaq təcridxanasında olması isə insan haqlarının kobud şəkildə pozulması və demokratiyaya zərbədir.

Bu arada, ötən həftə Ermənistan KİV-i prokurorluğa istinadən xəbər verdi ki, “Dağlıq Qarabağdan olan keçmiş məmur”, Xankəndi təmizlənəndən təxminən altı aydan sonra Ermənistana köçürülən və casusluqda təqsirləndirilən Sarqis Qalstyan təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə aktını Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi dərc edib və Qalstyanı casusluqda təqsirli bilib. İttiham tərəfi ömürlük həbs cəzası istəmişdi.

Qalstyan 2018-2023-cü illərdə “Dağlıq Qarabağda müxtəlif vəzifələrdə” çalışıb. O, “Şuşa rayon icra hakimiyyəti başçısının müavini”, “Təhsil Nazirliyində aparat rəhbərinin müavini”, sonra “Dağlıq Qarabağ prezidentinin aparat rəhbərinin müavini” olub. İttihama görə, o, 2020-ci ildən xarici dövlətin (ehtimal ki, Azərbaycan və ya Türkiyə - müəllif) kəşfiyyat xidmətinə işə götürülüb və casusluq edib.

O, 2020-2023-cü illərdə “Sərxan” adı altında agentlik edərək, “Dağlıq Qarabağ” ərazisindəki sosial-iqtisadi vəziyyət, əhalinin əhval-ruhiyyəsi, hərbi əməliyyatlara münasibəti, sentyabrdakı antiterror əməliyyatı zamanı Ermənistana mümkün hərbi dəstək barədə məlumatı xarici kəşfiyyatçıya çatdırıb.

Bəs, biz bunu necə başa düşək? Qərb psevdodemokratlarının Ermənistana qarşı qəzəbli hürüşü hanı? Nə üçün bir dənə də olsun korrupsioner fransız senatoru və ya amerikalı konqresmen “Artsaxın siyasi elitasının” nümayəndələrindən biri olan Qalstyanı müdafiə etmək üçün səsini qaldırmadı? Axı, o, 2023-cü ilin martından həbsdədir, lakin Qərb buna göz yummağı seçdi.

Bəli, etirazlar ola bilər ki, bu, Ermənistanın daxili işidir və Qalstyan casusluğa görə layiqli cəzasını alıb. Tamamilə doğrudur. Amma Bakı İstintaq Təcridxanasında dincələn hərbi xunta rəhbərləri də Azərbaycanın daxili işidir. Onların əməlləri Azərbaycan respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə aiddir.

Necə olur ki, Ermənistanda 18 il azadlıqdan məhrum edilmiş erməni cinayətkar Qərbin diqqətini çəkmir, amma Azərbaycandakı erməni cinayətkarları “siyasi məhbus” kimi qələmə verirlər? Mən səhv tərifdən istifadə etmək istəmirəm, amma məcburam: eyni ikili standartlar göz qabağındadır.

Doğrudanmı, Qalstyan niyə hər hansı arutyunyanlardan, babayanlardan, vardanyanlardan və digər cinayətkarlardan daha pisdir? Sual ritorikdir. Üstəlik, ən azı tutduğu postlara görə, “Sərxan”ın casusluğunu “Qarabağ tör-töküntüsü”nün qanlı cinayətləri ilə müqayisə etmək olmaz.(AYNA)

Fed Bakiniski

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam