Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

ERMƏNİSTAN-RUSİYA MÜNASİBƏTLƏRİ YENİDƏN KƏSKİNLƏŞİR - “Antitürk zopası" olmaq erməni dövlətinin varlığı üçün əsas şərtdir...

 Bu kiçicik dövlət qarşısında onun boyunu aşan çox ağır tələblər qoyulur

Yenixeber.org: Rusiya ilə Ermənistan arasında münasibətlər yenidən kəskinləşir. Ermənistanın hakim partiyasının deputatı Moskvanı Ermınistanda dövlət çevrilişi etmək cəhdində ittiham edib.

Rusiya XİN rəsmisi Mariya Zaxarova isə Ermənistanla bağlı ˝belə davam edəcəksə sonu pis ola bilər˝ deyə İrəvana sərt xəbərdarlıq edib. Erməni rəhbərliyinin hansı məntiqlə hansı siyasət yürütdüyünü anlamağa calışaq.

Erməni politoloqu Artur Xaçikyan oz millətinin dünyagörüşünü xarakterizə edən maraqlı fikirlər səsləndirib: ˝Biz ermənilər nağılbaz millətik. En böyük faciəmiz də özümüzün uydurduğumuz nağıllara daha çox özümüzün inanmağımızdır. İndi də yeni nağıl qururuq, güya Qərb bizə kömək edəcək˝.

Ermənistan adlı dövləti Rusiya qurub. Bu süni dövlət iki böyük güc mərkəzinin-Rusiyanın və Türk dünyasının arasında sıxışıb qalıb. Təbii sərvətləri, verimli torpaqları, yüksək texnoloji inkişafı və dənizə çıxışı olmayan bu kiçicik dövlətin təkbaşına və asılılıqsız yaşama şansı sıfırın altındadır. Özünü qoruma instinkti sərt şəkildə tələb edir ki, erməni dövləti hər iki güc mərkəzi ilə isti münasibətlər qursun. Rəsmi İrəvan isə hər şeyi baş-ayaq salıb. Ermənilər ABŞ-a, Fransaya və bütövlükdə Qərbə sığınaraq həm Rusiyaya həm də Türk dünyasına qarşı aqressiv mövqe tutub.

Mənzərəni bir qədər aydınlatmaq üçün belə bir suala cavab tapmağa çalışaq:

Qərbə doğru çevrilən Ermənistan nədən regionun iki böyük güc mərkəzinə qarşı aqressiya nümayiş etdirməlidir? Bu yön dəyişdirməni qonşuları ilə normal münasibətlər çərçivəsində hayata keçirə bilməzmi?

      Məntiqi cavab çox konkretdir: Mümkünsüzdür!

Səbəblərini araşdırmağa çalışaq. Bir dövlət başqa dəvləti yalnız o halda intensiv şəkildə müdafiə edir ki, ortada cox ciddi praqmatik maraqlar olsun. Qərb özü üçün xeyli əhəmiyyətli olan Azərbaycan və Türkiyənin üzərinə gedərək erməni dövlətinin yanında yer alırsa, deməli güdülən maraqlar böyükdür. 

Ermənistanın ABŞ və bütövlükdə Qərb qarşısındakı əhəmiyyətini nəzərdən keçirək: Erməni dövləti Rusiyanın Cənubi Qafqazdan çıxarılması üçün əsas rolu üstlənməli, Azərbaycana və Türkiyəyə qarşı Qərb təhdinin qalasına çevrilməli və üstəlik, Zəngəzur dəhlizi məsələsində maksimum dirənərək, dəhlizin ABŞ-ın maraqları çərçivəsində açılmasını təmin etməlidir. Yəni bu kiçicik dövlət qarşısında onun boyunu aşan çox ağır tələblər qoyulur. Bu tələbləri yerinə yetirməmyən Ermənistan Qərbə lazım deyil.

Ermənistanın Qərbə doğru rahat dönüşünü əngəlləyən digər səbəb həm Moskvanın, həm də Bakı-Ankra tandeminin bu dönüşə veəcəkləri təpkidir. Rusiya Qərbə doğru yön dəyişdirən istənilən postsovet ölkəsini düşmən elan edərək əzir. Ermənistan da istisna olmayacaq. Bakı və Ankara üçünsə hansı dövlətin hansı istiqamətə yönəlməsi əhəmiyyətli deyil. Məsələn, Gürcüstanın Avropaya doğru yönəlməsi nə Bakıda, nə də Ankarada əndişə doğurmamışdı. Lakin Ermənistanla bağlı vəziyyət fərqlidir. Türklər gözəl anlayır, Qərb Ermənistanı öz himayəsinə yalnız o zaman götürəcək ki, İrəvan Qərb blokunun Qafqazdakı antitürk siyasətinin vazkeçilməz parçası olsun. Bu isə həm Azərbaycan həm də Türkiyə üçün milli təhlükəsizlik məsələsidir.

Avropa dəyərlərinə qovuşmaq istəyi anlaşılandır. Lakin, mövcud şərtlər daxilində Qərbə inteqrasiya cəhdləri erməni dövlətin fiziki varlığını təhlükə altına qoyur. Erməni Xaçikyanın da söylədiyi bu nağılbaz millət Qərbin çox etibarsız tərəfdaş olduğunu və ərazicə uzaqda yerləşdiyini hesaba qata bilmir. 

Cəmi bir əsr əvvəl türklərə qarşı savaşda çətinə düşən və yardım istəyən ermənilərə ingilislərin verdiyi cavabı yada salaq: ˝Bağışlayın, bizim gəmilərimiz Anadolunun dağlarında üzə bilmir˝.

Görünür, ermənilərin yeni nəsli bu tarixi cavabı unudub. Baş nazir Paşinyanın davranışı göstərir ki, üzünü Qərbə doğru çevirən Ermənistan özündən qat-qat güclü olan üç qonşu dövlətə qarşı təhdid ünsürü olmağı göz önünə alıb. Lakin bu, təkcə erməni rəhbərlərinin qərarı deyil.

Ermənistan ordusunun 30 il işğalda saxladığı Qarabağdan çıxarılmsına, müharibəni biabırcasına uduzmasına baxmayaraq ermənilər Paşinyanın partiyasına səs verdilər. Deməli, Ermənistanın təhlükəli qərbyönlü siyasətinin qaynağı erməni millətinin özüdür. Bu millət özünü növbəti dəfə də aldadır və özü-özünü inandırıb ki, Qərb onları sonuna qədər müdafiə edəcək. Anlaşılmır ki, maraqları tələb edən kimi bu dəfə də ˝amerikan və fransız gəmiləri Qafqaz dağlarında üzməkdən imtina edəcək˝.

Bütün tərəflərin qısqaca aldığı erməni dövləti çox böyük çıxmazın tən ortasındadır. Ermənistanın qarşısında qoyulan ən böyük tələb İrəvanın ˝antitürk zopası˝rolunu oynamasıdır. Və bu, təkcə Qərbin deyil, həm də Rusiyanın tələbidir. Bu roldan imtina həm Qərbin, həm Rusiyanın Ermənistana verdiyi bütün növ dəstəyinin kəsilməsi deməkdir. Başqa sözlə, erməni dövlətinin antitürk siyasəti bu dövlətin regionundakı varlığının ana şərtidir. Bu siyasəti yürütməsə, Ermənistanın Cənubi Qafqazdakı varlığı mümkünsüzdür. Kiçik Ermənistanın regionun sahibi olan türklərə qarşı tədid ˝zopası˝ qismində uzun müddət duruş gətirə biləcəyi ağılabatan deyil.(azpolitika)

Namiq Bilal  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam