Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Rusiya Azərbaycan dərsliklərini təftiş etdi və... havalandı -İndi bizdən tələb edəcəklər ki, dərsliklərimizi dəyişdirək, yoxsa...?

Azərbaycan dərsliklərində rusofobiyanın dərəcəsi, ümumiyyətlə, hətta Baltikyanı və Ukrayna dərsliklərindən də yüksəkdir (ən azı 2022-ci ilə qədər)”

Yenixeber.org: Azərbaycan dərsliklərini öyrənmək imkanı və vaxtı olmadan biz Rusiya Elmlər Akademiyasının İctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutuna (REA İEEİİ) etibar etmək məcburiyyətindəyik. Onun əməkdaşları, indi keçmiş rus publisist və jurnalisti Aleksandr Nevzorovun dediyinə görə, digər dərsliklərlə yanaşı, 5 MDB ölkəsi və 5 uzaq xaric ölkəsində də tarix dərsliklərini təhlil ediblər.

Beləliklə, Nevzorovun sözlərinə görə, REA İEEİİ 5 MDB ölkəsində və 5 uzaq xaricdə Rusiya və müasir Rusiyanın tarixinin dərslik mətnlərində necə öyrədildiyinə dair 150 səhifəlik rəsmi araşdırma yayımlayıb. Araşdırma PDJ formatında verilib və yükləmək üçün əlçatandır. 

REA İEEİİ tədqiqatının nəticələri haqqında qısaca:

- Çin dərsliklərində Rusiyanın tarixi müfəssəl və son dərəcə müsbət tonlarda təsvir olunub;

- Tunisdə də müsbət tonda, amma orada çox az və səthi verilib;

- Misir dərslikləri yalnız müasir dövrə yönəlib və Qərb diskursundan asılıdır;

- Türkiyə dərslikləri Rusiya-Türkiyə müharibələri tarixinə dərindən baş vurub;

- İsrail dərsliklərində yəhudilərin bütün nailiyyətləri və onların Rusiyanın inkişafına verdiyi töhfələr barədə tamamilə susulur, Rusiya İmperiyası və Sovet İttifaqı tarixinin yalnız qaranlıq səhifələri verilir və onlara qarşı lənətlər yazılır;

- Qırğızıstanın, Tacikistanın, Özbəkistanın dərslikləri son dərəcə yarımçıqdır, Rusiya imperiyasına və Sovet İttifaqına (lakin ruslara deyil) qarşı ittihamları ümumi tarix diskursu ilə ardıcıl şəkildə əlaqələndirilir.

- Qazaxıstanda da belədir, amma rusofobiya nəzərəçarpacaq dərəcədə böyük və daha qabarıqdır;

- Türkmənistanda dərsliklər qapalı rejimə görə əlçatan deyil və təhlil olunmayıb.

Mübahisə edə bilmərəm, amma Azərbaycanla bağlı nəticə məni nəinki təəccübləndirdi, hətta şoka saldı. Belə ki:

“Ən cəhənnəm kimi bərbad vəziyyət, çox güman ki, Azərbaycanın məktəb dərsliklərindədir. Onlarda sadəcə olaraq Rusiyaya və ruslara qarşı quduz nifrətdən başqa heç nə yoxdur, 19-20-ci əsrlərdəki inkişafın hər hansı müsbət qiymətləndirilməsi istisna edilir, Rusiya İmperiyasının və Sovet İttifaqının inkişafına töhfə vermiş bütün azərbaycanlılar “satqın” elan edilir. Azərbaycan dərsliklərində rusofobiyanın dərəcəsi, ümumiyyətlə, hətta Baltikyanı və Ukrayna dərsliklərindən də yüksəkdir (ən azı 2022-ci ilə qədər)”, - deyə hesabatda bildirilir.

Azərbaycanla bağlı qısa xülasənin kimin qələminə aid olduğunu bilmirəm - REA İEEİİ əməkdaşına, yoxsa hansısa kopirayterə, amma aparılan araşdırmalar əsasında aydın şəkildə belə yazılıb. Nevzorov kimi ciddi jurnalist öz “Telegram” kanalında yoxlanılmamış məlumatları dərc etməzdi.

Beləliklə, şərh verməyə çalışaq. Şübhə etmirəm ki, Azərbaycanda məktəb dərsliklərində Rusiya İmperiyası ilə Qacarlar Dövləti arasında 1804-1813-cü illər müharibəsinin nəticələrini təsdiq edən Gülüstan Sülh Müqaviləsi və Azərbaycanın ilk parçalanması - müasir Azərbaycanın xanlıqlarının yerləşdiyi hissələr haqqında da danışılır. Nəticədə Bakı, Qarabağ, Gəncə, Şirvan, Şəki, Dərbənd, Quba, Talış xanlığının bir hissəsi də Rusiyaya verilib.

Rusiya İmperiyası ilə Qacar İranı arasında bağlanmış, Rusiya-İran müharibəsinə son qoyan, Azərbaycan xalqını və Azərbaycan torpaqlarını iki yerə bölən Türkmənçay müqaviləsi haqqında, nəticədə “Şimali Azərbaycan” və “Cənubi Azərbaycan” terminləri ortaya çıxdı.

Kitablarda 1918-ci ildə Rusiya avtokratiyasının xarabalıqları üzərində Azərbaycanda yaradılmış Şərqdə ilk demokratik dövlətin bolşeviklər tərəfindən devrilməsi, onların Şimali Azərbaycanı işğal etmələri, Azərbaycan ziyalılarına və zadəganlarına qarşı həm əvvəllər, həm də 1941-45-ci illər müharibəsindən sonra, bütün keçmiş SSRİ ərazisində olduğu kimi, repressiyalar haqqında məlumatlar var. Həmçinin, müharibə zamanı SSRİ uğrunda həlak olmuş xalqımızın 300 min oğul və qızı haqqında və təqvimin qara günü - 20 Yanvar rus tanklarının mülki əhalini əzdiyi və rusların ermənilərə həm pulla, həm də silahla dəstək verdikləri Qarabağ müharibəsi haqqında, Rusiyanın 366-cı motoatıcı alayının bilavasitə iştirak etdiyi Xocalı faciəsi haqqında da olmamış deyil. Bundan əlavə Rusiyanın hərtərəfli dəstəyi və silahlanması ilə Qarabağın sonrakı 30 illik işğalı və 44 günlük müharibə haqqında, Rusiyanın Ermənistana yenidən silah verməsi və rus raketlərinin Gəncə, Bərdə, Tərtər, hətta Bakıda dinc əhalinin başına uçması haqqında xatırlatmalar olmalıdır.

Yuxarıda sadalananların bəziləri tarix dərsliklərində olmasa da, insanların yaddaşında yaşayır və bütün bu hadisələr, onların dəhşətləri dildən-dulə ötürülür. Amma eyni zamanda, bütün keçmiş MDB ölkələri arasında ən çox rus məktəbi olan Azərbaycan deyilmi? Bakının küçələrində hər yerdə rus nitqi eşidilmirmi? Kimsə buna görə ictimai qınaqlara məruz qalıb?

Lakin bu, Rusiyaya münasibətin göstəricisi deyil. Azərbaycan xalqının tarixi yaddaşını heç nə silə bilməz. Nə zorla, nə də inandırmaqla. Amma, eyni zamanda, qəribə də olsa, bizim insanlarda ruslara qarşı nifrət hiss olunmur. Biz qonşuyuq və yan-yana yaşamağa məhkumuq. Xalqda da, dövlət rəhbərliyində də bu anlayış var. Biz gələcəyə baxırıq, amma onu keçmişin xarabalıqları üzərində qurmuruq. Biz sadəcə keçmişimizi xatırlayırıq və bir daha olmasını istəmirik. Müdrik xalqımız isə müşahidə etməyi, özü üçün nəticə çıxarmağı bilir.

Yeganə sual budur: dünyada hər kəs başqa bir dövlətin dərsliklərində fobiya axtarmaqla özünə sevgi və ya sədaqət üçün qiymət verməyi düşünə bilərdi? Bu, nəyə lazım idi? İndi bizdən tələb edəcəklər ki, dərsliklərimizi dəyişdirək? Yoxsa, özlərini dəyişməyə qərar verəcəklər ki, onlardan qorxmasınlar, əskinə, hörmət etsinlər? Suallar ritorikdir.(AYNA)

Mira Həsənova

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam