Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ağdamın Eyvazxanbəyli kəndində birinci mərhələdə 427 fərdi evin inşası planlaşdırılır -FOTOLAR

Ağdamın Eyvazxanbəyli kəndində birinci mərhələdə 427 fərdi evin inşası planlaşdırılır

Ağdam rayonunun Eyvazxanbəyli kəndində birinci mərhələdə 1563 nəfərin köçürülməsi üçün 427 fərdi evin inşası planlaşdırılır. bunun üçün 88,3 hektar torpaq sahəsi ayrılıb.

Yenixeber.org: Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumat verib.

Bildirilib ki, inşa ediləcək evlər iki, üç, dörd və beşotaqlı olacaq. Bundan başqa on evin ikimərtəbəli olması nəzərdə tutulur.

Kəndin layihələndirilən ümumi ərazisi 300 hektara yaxındır. Ümumilikdə Eyvazxanbəyli kəndində 4038 nəfərin məskunlaşdırılması planlaşdırılıb.

Bu məqsədlə 1091 fərdi evin tikilməsi nəzərdə tutulub.

Kənddə məktəb, uşaq bağçası, çoxfunksiyalı bina, tibb məntəqəsi və digər obyektlərin tikintisi, istirahət parkının salınması planlaşdırılıb.

Qeyd edilib ki, əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər də görüləcək.(apa.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam