Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

"Hədəflərimizdən biri də tədqiqat əsaslı ali məktəb olmaqdır" - FOTOLAR

Qarabağ Universitetinin Rektoru: Hədəflərimizdən biri də tədqiqat əsaslı ali məktəb olmaqdır - FOTO

"Qarabağ Universiteti ən müasir standartlara uyğun olaraq qurulur. Universitetin akademik məzmunu çox müasir formatda təşkil olunub. Professor-müəllim və inzibati heyət bu məzmunu tələbə gənclərə çatdırmaq üçün xüsusi həssaslıqla seçilib. Çox sevinirik ki, komandamız peşəkarlardan ibarətdir. Bu bizi əmin edir ki, Prezidentin tapşırığına uyğun olaraq Qarabağ Universiteti ən keyfiyyətli ali təhsil xidmətlərini göstərə biləcək bir ali təhsil müəssisəsi olacaq".

Yenixeber.org: Bu sözləri jurnalistlərə açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib.

Rektor qeyd edib ki, Qarabağ Universitetinin hədəflərindən biri də tədqiqat əsaslı ali məktəb olmaqdır:

“Müvafiq istiqamətlər üzrə aparacağımız nəticə yönümlü tədqiqatlar sayəsində regionumuz, ölkəmiz üçün faydalı olacaq həllər təklif etməyi nəzərdə tuturuq. Qarabağ Universiteti tələbələri Heydər Əliyev ideyalarına sadiq gənclər olaraq yetişdirməyi nəzərdə tutur. Çalışacağıq ki, tələbələrimiz milli-mənəvi dəyərlərimizə sahib, müasir dünyagörüşlü gənclər olaraq yetişsinlər. Bütün bunları həyata keçirmək üçün müvafiq infrastrukturumuz, kadr potensialımız mövcuddur”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam