Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

DTK-nın 9-cu idarəsi –xüsusi qurum 36 il birincilərin keşiyini çəkib  

 Tarix boyu, hətta əsrlər öncə dövlət başçılarının mühafizəsi ən ciddi məsələlərdən biri  sayılıb. Bu məqsədlə xüsusi qurumlar fəaliyyət göstərib. Amma SSRİ-də yarandığı ilk illərdə partiya və hökumət rəhbərlərinin mühafizəsinə çox da ciddi yanaşılmayıb. Yəqin ki, elə bu səbəbdən də Leninə və Stalinə dəfələrlə sui-qəsdə cəhd edilib. Həmin dövrlərdə sovet liderlərinin təhlikəsizliyi cəmi bir neçə nəfər tərəfindən təmin edilib. Yalnız 1929-cu ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Kremldə 50 nəfərlik mühafizə dəstəsi yaradılıb. Sonrakı illərdə bu dəstədə ştat vahidlərinin sayı kifayət qədər artırılıb. Bu xüsusi dəstə yalnız Stalinin mühafizəsində xidmət edib. Digər qurumlarda da, Xalq Komissarları Soveti, “NKVD”, Xarici İşlər Komissarlığında da mühafizə bölmələri yaradılıb və bu bölmələr xidmət etdikləri qurumlara tabe olublar.

Yenixeber.org: 1954-cü ildə partiya və hökumət rəhbərlərinin mühafizəsi məsələsində dəyişiklik edilib. Bütün mühafizə bölmələri vahid bir qurumda, DTK-da yaradılan 9-cu idarədə cəmlənib. SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 mart 1954-cü il tarixli qərarı ilə yaradılan 9-cu idarə DTK-nın tabeliyində fəaliyyət göstərib. Yeni yaradılmış qurum 18 şöbədən ibarət olub.

scale_1200 (1)-1.png (208 KB)

Birincilərin təhlükəsizliyi ilə bağlı bütün məsələlər qurumun əsasnaməsində öz əksini tapıb, şəxsi mühafizədən başlamış, xüsusi mətbəxin işçilərinə qədər əməkdaşlar məhz 9-cu idarədə xidmət edənlər olub.

1990-cı ilə qədər fəaliyyət göstərən 9-cu idarəyə 36 il ərzində 6 nəfər rəhbərlik edib, Vladimir Ustinov, Nikolay Zaxarov, Vladimir Çekalov, Sergey Antonov, Yuri Storojov və Yuri Plexanov.

9-cu idarə DTK-nın tabeliyində olsa da bu quruma ayrıca bir nazirliyin səlahiyyətləri qədər səlahiyyət verilib. İdarədə şəxsi mühafizə qismində xidmət edənlər isə xüsusi imtiyaz və güzəştlərə malik olublar. Bu özünü daha çox sovet liderlərinin ölkə daxilindəki səfərləri zamanı büruzə verib. Belə ki, səfərdən əvvəl şəxsi mühafizənin əməkdaşları sovet liderlərinin səfər edəcəkləri məkana gediblər. Təhlükəsizlik baxımından onların tələbləri müttəfiq respublika, diyar və vilayət rəhbərləri tərəfindən dərhal yerinə yetirilib. Yalnız şəxsi mühafizə əməkdaşlarının yazılı məruzəsindən sonra birincilər səfərə çıxıblar.

İdarə əməkdaşlarının rəsmi imtiyaz və güzəştlərindən başqa qeyri-rəsmi üstünlükləri də olub. Birincilər onları qoruyan əməkdaşlara lazımi şərait yaradıblar, mənzillə, avtomobillə, ailə üzvlərini işlə təmin ediblər.

detail_42cfd523b6578bdb2eb6a063ed323b16.jpg (298 KB)

Amma sözsüz ki, hər yerdə, işdə, istirahətdə, rəsmi görüşlərdə, ziyafətlərdə, gəzintilərdə siyasi liderlərin bir addımlığında olmaq 9-cu idarənin əməkdaşlarına heç də asan başa gəlməyib. Sovet liderlərinin hər birinin özünəməxsus kaprizləri olub.

İosif Stalin əksər vaxtlarda mühafizəçilərə həssaslıqla yanaşıb, onların problemləri ilə şəxsən maraqlanıb, bəzən isə bağ evindəki mühafizəçilərin otağına gələrək onlarla birlikdə çay içib, söhbət edib. Amma sözsüz ki, Stalin tələbkarlığını heç vaxt azaltmayıb.

Nikita Xruşşov 9-cu idarənin əməkdaşları ilə heç də mehriban dolanmayıb. İstər ölkə daxilində, istərsə də xarici səfərlərdə mühafizəçilərin onun hərəkətinə məhdudiyyət qoyması Xruşşovu son dərəcə qıcıqlandırıb. 9-cu idarə əməkdaşlarının səlahiyyətləri daxilində xəbərdarlıqlarına Xruşşov məhəl qoymayıb. O, əvvəlcədən planlaşdırılmamış ərazilərdə maşını saxlatdıraraq sıravi vətəndaşlarla görüşəndə, protokoldan kənar çıxıb görüş və ziyafət yerlərini dəyişəndə mühafizəçilər çətin vəziyyətə düşüb. Xruşşov nə xidməti iş yerində, nə bağ evində, nə istirahət zamanı heç vaxt mühafizəçiləri ilə ünsiyyətdə olmayıb, onlarla söhbət etməyi xoşlamayıb.

Leonid Brejnev isə 9-cu idarənin əməkdaşları ilə səmimi münasibətdə olub. Baş katibin mühafizəçilərindən biri olan Vladimir Medvedyev öz xatirələrində  Brejnevi xoş təəssüratlarla yada salıb:

“Leonid İliç sadə adam idi. Düzdür, təhlükəsizlik məsələlərində qayda-qanuna əməl etməyi çox da xoşlamırdı, amma hər dəfə təlimatlarımızı dinlədikdən sonra həmin qayda-qanunlara əməl edəcəyinə söz verirdi. Brejenvin mühafizəçiləri ilə birgə nahar etməyi, ova getməyi, domino oynamağı adi hal idi. Biz artıq bilirdik ki, şəxsi məsələ ilə ona nə vaxt müraciət etmək olar. Leonid İliçin əhvalı yaxşı olanda o, bizim bütün xahişlərimizi elə yerindəcə, kiməsə göstəriş verməklə həll edirdi...”

scale_1200 (3).png (408 KB)

Yuri Andropov və Konstantin Çerneneko mühafizəçiləri ilə yalnız rəsmi münasibətdə olublar. Mixail Qorbaçovun şəxsi mühafizəsini isə Raisa Qorbaçova idarə edib. Birinci ledi onların geyim məsələsindən tutmuş, xidməti vəzifələrinə qədər bütün məsələlərə müdaxilə edib.

9-cu idarə 36 il fəaliyyət göstərsə də, onların xidmətlərindən birincilər razı, yaxud da narazı qalsalar da bu qurumun əməkdaşlarının siyasi liderlərin fəaliyyətində böyük rolu olub. Ən azı onlara qarşı dəfələrlə hazırlanan sui-qəsd cəhdlərin qarşısı məhz 9-cu idarənin əməkdaşları tərəfindən uğurla alınıb.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam