Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Liderləri qoruyanlar –“Xruşov dedi ki, vəzifəm mənzil bölüşdürmək deyil”

Tarix boyu dövlət başçılarının mühafizəsi üçün xüsusi dəstələr, qruplar, qurumlar mövcud olub. Müasir dövrümüzdə də bu məsələyə yetərincə böyük diqqət ayrılır. Amma SSRİ-də partiya və hökumət rəhbərlirinin mühafizəsi sovet dövrünün ilk illərində bir o qədər də ciddi təşkil edilməyib. Yəqin ki, elə bu səbəbdən də Leninə, Stalinə dəfələrlə sui-qəsdə cəhd edilib.

Yenixeber.org: Sovet liderlərinin təhlikəsizliyi cəmi bir neçə nəfər tərəfindən təmin edilib. Yalnız 1929-cu ildə Xalq Komissarları Sovetinin qərarı ilə Kremldə 50 nəfərlik mühafizə dəstəsi yaradılıb. Sonrakı illərdə bu dəstədə ştat vahidlərinin sayı kifayət qədər artırılıb. Bu xüsusi dəstə yalnız Stalinin mühafizəsinə xidmət edib. Digər qurumlarda da, Xalq Komissarları Soveti, “NKVD”, Xarici İşlər Komissarlığında da mühafizə bölmələri yaradılıb və bu bölmələr xidmət etdikləri qurumlara tabe olublar.

ohrana-5.jpg (208 KB)

1954-cü ildə partiya və hökumət rəhbərlərinin mühafizəsi məsələsində dəyişiklik edilib. Bütün mühafizə bölmələri vahid bir qurumda, DTK-da yaradılan 9-cu idarədə cəmlənib.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 mart 1954-cü il tarixli qərarı ilə yaradılan 9-cu idarə DTK-nın tabeliyində fəaliyyət göstərib. Yeni yaradılmış qurum 18 şöbədən ibarət olub.

Birincilərin təhlükəsizliyi ilə bağlı bütün məsələlər qurumun əsasnaməsində öz əksini tapıb, şəxsi mühafizədən başlamış, xüsusi mətbəxin işçilərinə qədər əməkdaşlar məhz 9-cu idarədə xidmət edənlər olub.

1990-cı ilə qədər fəaliyyət göstərən 9-cu idarəyə 36 il ərzində 6 nəfər rəhbərlik edib, Vladimir Ustinov, Nikolay Zaxarov, Vladimir Çekalov, Sergey Antonov, Yuri Storojov və Yuri Plexanov.

preview_ef777a804045533b177d8713e5c67da3.jpg (184 KB)

9-cu idarə DTK-nın tabeliyində olsa da, bu quruma ayrıca bir nazirliyin səlahiyyətləri qədər səlahiyyət verilib. Idarədə şəxsi mühafizə qismində xidmət edənlər isə xüsusi imtiyaz və güzəştlərə malik olublar. Bu özünü daha çox sovet liderlərinin ölkə daxilindəki səfərləri zamanı biruzə verib. Belə ki, səfərdən əvvəl şəxsi mühafizənin əməkdaşları sovet liderlərinin səfər edəcəkləri məkana gediblər. Təhlükəsizlik baxımından onların tələbləri müttəfiq respublika, diyar və vilayət rəhbərləri tərəfindən dərhal yerinə yetirilib. Yalnız şəxsi mühafizə əməkdaşlarının yazılı məruzəsindən sonra birincilər səfərə çıxıblar.
İdarə əməkdaşlarının rəsmi imtiyaz və güzəştlərindən başqa qeyri-rəsmi üstünlükləri də olub. Birincilər onları qoruyan əməkdaşlara lazımi şərait yaradıblar, mənzillə, avtomobillə, ailə üzvlərini işlə təmin ediblər.

Amma sözsüz ki, hər yerdə, işdə, istirahətdə, rəsmi görüşlərdə, ziyafətlərdə, gəzintilərdə siyasi liderlərin bir addımlığında olmaq mühafizəçilərə heç də asan başa gəlməyib. Sovet liderlərinin hər birinin özünəməxsus kaprizləri olub.

preview_bded8830760b9859e09765900fd64960.jpg (168 KB)

Nikita Xruşov 9-cu idarənin əməkdaşları ilə heç də mehriban dolanmayıb. İstər ölkə daxilində, istərsə də xarici səfərlərdə mühafizəçilərin onun hərəkətinə məhdudiyyət qoyması Xruşovu son dərəcə qıcıqlandırıb. 9-cu idarə əməkdaşlarının səlahiyyətləri daxilində xəbərdarlıqlarına Xruşov məhəl qoymayıb. O, əvvəlcədən planlaşdırılmamış ərazilərdə maşını saxlatdıraraq sıravi vətəndaşlarla görüşəndə, protokoldan kənar çıxıb görüş və ziyafət yerlərini dəyişəndə mühafizəçilər çətin vəziyyətə düşüb. Xruşov nə xidməti iş yerində, nə bağ evində, nə istirahət zamanı heç vaxt mühafizəçiləri ilə ünsiyyətdə olmayıb, onlarla söhbət etməyi xoşlamayıb. Onun əsas mühafizəçilərindən biri olan Mixail Soldatov öz xatirələrində Xruşovun təhlükəsizlik əməkdaşlarına münasibərini aşağıdakı kimi ifadə edib:
“Nikita Xruşovu iki dəfə ona qarşı sui-qəsd cəhdindən xilas etsək də, o, bizim xidmətimizi qiymətləndirmirdi. Bəzən elə olurdu ki, Xruşov axşamdan xeyli keçmiş Kremlə gedirdi və biz onu bağ evində gözləyirdik. Saatlarla gözlədiyimiz həmin vaxtlarda o, növbəmizin dəyişilməyinə də icazə vermirdi. Heç onu da düşünmürdü ki, biz gün ərzində bir dəfə də olsun nahar eməmişik. Həmin anlarda bizi yalnız onun həyat yoldaşı Nina Kuxarçuk yada salırdı. Bizi mühafizə otağına çağırıb yeməyə dəvət edirdi və ərindən şikayət də edirdi:

- Siz Nikita Segeyeviçə fikir verməyin, o, həmişə işi ilə əlaqədar gərgin olur və sizi yaddan çıxarır...

Xruşov heç vaxt bizim şəxsi problemlərimizlə də maraqlanmırdı. Bir dəfə əməkdaşlarımızdan biri cəsarət toplayıb iki uşaqla birotaqlı mənzildə yaşadığını bildirəndə Xruşov səsinin tonunu qaldıraraq ona cavab verdi:

- Mənim vəzifəm mənzil bölüşdürmək deyil. Bu cür məsələlərlə məni narahat etməyin. Gedin problemlərinizi tabe olduğunuz DTK rəhbərliyi ilə bölüşün.

Bu hadisədən sonra biz Xruşova heç bir problemimizi bildirmədik...”

pwa_list_rect_1280_9a917afa4bb51863500e1fe7ab0d5239.jpg (347 KB)


Brejnevin mühafizələrindən biri olan Vladimir Medvedyev isə öz xatirələrində baş katibi xoş təəssüratlarla yada salıb:

“Leonid İliç sadə adam idi. Düzdür, təhlükəszilik məsələlərində qayda-qanuna əməl etməyi çox da xoşlamırdı, amma hər dəfə təlimatlarımızı dinlədikdən sonra həmin qayda-qanunlara əməl edəcəyinə söz verirdi. Brejenvin mühafizəçiləri ilə birgə nahar etməyi, ova getməyi, domino oynamağı adi hal idi. Biz artıq bilirdik ki, şəxsi məsələ ilə ona nə vaxt müraciət etmək olar. Leonid İliçin əhvalı yaxşı olanda o, bizim bütün xahişlərimizi elə yerindəcə, kiməsə göstəriş verməklə həll edirdi...”

bragazeta-ru-595ccf93-ac1d-4c81-bcd6-6474b8ba1928-e1570196705502-1024x576.jpg (211 KB)

Yuri Andropov və Konstantin Çerneneko mühafizəçiləri ilə yalnız rəsmi münasibətdə olublar. Mixail Qorbaçovun şəxsi mühafizəsini isə Raisa Qorbaçova idarə edib. Birinci ledi onların geyim məsələsindən tutmuş, xidməti vəzifələrinə qədər bütün məsələlərə müdaxilə edib.

9-cu idarə 36 il fəaliyyət göstərsə də, onların xidmətlərindən birincilər razı, yaxud da narazı qalsalar da bu qurumun əməkdaşlarının siyasi liderlərin fəaliyyətində böyük rolu olub. Ən azı onlara qarşı hazırlanan sui-qəsdə cəhdlərin qarşısı məhz 9-cu idarənin əməkdaşları tərəfindən alınıb.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam