Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Samuxun sabiq icra başçısı həbsxanada ölüb

 

Vaqif Hüseynov Gəncə qiyamında günahlandırılırdı

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Qobustanda yerləşən həbsxanasında məhkum ölüb.
"Xeberinfo.com":  Hüquq müdafiəçisi Eldar Zeynalovun APA-ya verdiyi məlumata görə, dünyasını dəyişən şəxs 75 yaşlı Hüseynov Vaqif Rza oğludur.
 
Məlumata görə, saxlanıldığı kamerada dünyasını dəyişən V. Hüseynov şəkərli diabet və digər xəstəliklərdən əziyyət çəkirmiş.
 
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov açıqlamasında V. Hüseynovun xəstəlikdən dünyasını dəyişdiyini bildirib.
 
Qeyd edək ki, V. Hüseynov 1993-94-cü illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib. O, 1993-cü ildə Gəncədə baş vermiş dövlət çevrilişində iştirakda və rayon prokuroru Şəmşir Əliyevin öldürülməsində günahlandırılaraq həbs olunub.
 
Qeyd olunan işlərlə əlaqədar V. Hüseynovla yanaşı, onun oğlu və digər iki nəfər də tutulub.
 
Məhkəmə V. Hüseynovun barəsində ölüm hökmü çıxarıb. Lakin sonradan V. Hüseynovun cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam