Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İRAN İLƏ İSRAİLİN RAZILIŞDIRIMIŞ ÇIRKIN OYUNU – Bu “qarşıdurma” tərəflərə nə qazandırdı?

Aprelin birində İsrailin Dəməşqdəki İran konsulluğuna hücumu ilə başlayan məlum “qarşıdurma” aprelin 13-dən 14-nə keçən gecə İranın raketli, PUA-lı “şou”su ilə başa çatdı. İsrail rəsmiləri İranın hücumundan dərhal sonra cavab tədbirlərinin görüləcəyi, sərt şəkildə qarşılıq veriləcəyi kimi fikirlər səsləndirsələr də, bütün siyasi ekspertlər belə bir gözləntinin olmadığını, münaqişənin davam edib, geniş vüsət alacağına inanmadıqlarını bildirirlər.

Yenixeber.org: Əslində analoji hadisələrin yenidən təkrarlanmasına ehtiyac da yoxdur. Çünki “idarə” olunduğu hər kəsə məlum olan bu qarşıdurmada hər iki tərəf də özünə lazım olan nəticəni aldı.

Tehranın iki həftədir İsrailə zərbə endirəcəyi ilə bağlı hədələri, qonşu ölkələrə 72 saat əvvəldən xəbər verməsi, ABŞ-nin hücum gününü, hətta saatını belə bilməsi, “Dəmir Günbəz”in eyni anda havaya buraxıldığı iddia edilən 300 raket və PUA-nın 99 faizini zərərsizləşdirməsi bu münaqişənin idarə olunduğunun aydın sübutu idi. 

Əslində İranın mövcud rejimi qlobal güclərin bir layihəsi olduğundan (İslam və türk dünyasını parçalamaq üçün-red.) Tehranın bu dəfə də verilən tapşırığı yerinə yetirəcəy şübhə doğurmurdu. Ancaq bu qədər açıq oynayacaqları gözlənilmirdi... 


          Bəs bu cür “razılaşdırılmış” qarşıdurmaya nə ehtiyac var idi?

İndiki məqamda belə bir gərginlik Baş nazir Benjamin Netanyahuya hava-su kimi lazım idi. Çünki Netanyahu hakimiyyəti 7 oktyabrda başlayan HƏMAS-İsrail qarşıdurmasını nəinki idarə edə bilmədi, verdiyi qərarlar, Qəzzada reallaşdırdığı açıq soyqrım siyasəti həm daxildə, həm də beynəlxalq aləmdə kəskin reaksiyalarla, tənqidlərlə üzləşdi, İsrailin dünyadakı nüfuzunu yerlə-bir etdi.

Netanyahunun apardığı işğalçı siyasət Qəzzada 34 minə yaxın insanın ölümünə səbəb oldu, HƏMAS əsirliyində olan 100-dən artıq israil vətəndaşı ilə bağlı heç bir addım atılmadı. Böyük hərbi potensiala, texnoloji imkanlara malik, dünyanın aparıcı ölkələrindən irimiqyaslı hərbi dəstək alan İsrail rejimi 6 aydan artıqdır heç bir yerdən ciddi hərbi dəstəyi, nizami ordusu, tankı, topu, silahı olmayan HƏMAS qruplaşmasını məğlub edə bilmir. Əvəzində vəhşicəsinə mülki əhalini, uşaqları, körpələri kütləvi şəkildə qətlə yetirir. Bu dəhşətli mənzərə isə bəşəriyyətn İsrail rejiminə qarşı kəskin bir nifrətini hər saniyə artırırdı.

Bir sözlə, Netanyahunun Qəzza siyasəti fiaskoya uğramış, son vaxtlar isə bu vəziyyət getdikcə daha da çıxılmaz bir hal almağa başlamışdı. Artıq bir neçə həftədir İsrailin böyük şəhərlərində Netanyahu əleyhinə aksiyaların miqyasının genişləndiyi, beynəlxalq ictimai qınağın daha da gücləndiyi açıq-aydın görünürdü. Hətta Qərb mətbuatının yazdığına görə, Qəzza siyasətinə görə, Bayden-Netanyahu münasibətləri pisləşmişdi. Bütün bunların fonunda ABŞ və digər Qərb ölkələri bir sıra silahların İsrailə satışını dayandırmağa məcbur olmuşdu. 

Belə bir məqamda İranın hücumu Netanyahunun manevr imkanlarını genişləndirdi və İsrailə bir sıra üstünlüklər qazandırdı:

- Netanyahu rejimi bu yolla Qəzzada etdiklərinə görə itirdiyi beynəlxalq dəstəyi bərpa etdi, atdığı addımlara legitimlik qazandırdı;

- Daxildə dəstəyi azalan Netanyahu hökuməti atılan 99 faiz PUA və raketləri məhv edərək, İsrailin təhlükəsizliyinin üst səviyyədə olduğunu göstərdi və daxildəki nüfuzunu artırmış oldu;

- Rəfahda yeni qırğına hazırlaşan Netanyahunun önü açıldı;

- İsrail fürsətdən istifadə edərək beynəlxalq ictimaiyyətin diqqətini Qəzzadakı qətliamlardan İran-İsrail münaqişəsinə yönəltdi;

- Beynəlxalq Haaqa Məhkəməsinin İsrailə təsirinin məhdudlaşdırılmasının önü açıldı;

Yeri gəlmişkən onu da qeyd edək ki, 9 aprel tarixində yəni, İranın hücumundan cəmi 3 gün əvvəl Netanyahu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhəri ilə bağlı maraqlı bir açıqlama verib. O, dəqiq vaxtı açıqlamasa da, sözügedən bölgəyə planlaşdırılan hücumun tarixinin müəyyən edildiyini deyib.

İsrail hökuməti bir müddətdir ki, Qəzzanı tərk edən 1,5 milyondan çox fələstinlinin sığındığı Rəfahda guya terrorçu qrupların olduğunu və onlara qarşı hərbi əməliyyatın aparılacağına dair siqnallar verirdi. Lakin İsrailin soyqırım siyasətininin davamı kimi qəbul edilən bu niyyəti dünya ölkələrində birmənalı qarşılanmamış və kəskin reaksiyalara səbəb olmuşdu. Ona görə də, indiki şərtlərlə İsrailin Rəfahda hərbi əməliyyata başlaması mümkün deyildi. Əvvəlcə artan reaksiyanı azaltmaq, etiraz səslərini boğmaq lazım idi.

Belə bir məqamda İsrailin istədiyi reaksiyanı verən İran Rəfah soyqırımının önünü açmış, Qərbin Tel-Əvivə dəstəyini yeniləmiş oldu. Sözsüz ki, İsrail soyqırım etirazlarının mənfi təsirini məhdudlaşdırmaq istiqamətində bundan maksimim şəkildə yararlanmağa çalışacaq.

İrana gəlincə, İslam Respublikası ilk dəfə İsrailə birbaşa, öz torpaqlarından hücüm etmək üçün şans əldə etdi. İranın İnqilab Keşikçiləri Korpusunun müttəfiqləri və bölgədəki yerli dəstəkçiləri arasında etibarını qoruması üçün bu hücum çox vacib hesab edilirdi. 

Sözügedən hücum İran daxilində də böyük məmnunluqla qarşılandı, İsrail kimi, İran da bu yolla daxildə və xaricdə azalan nüfuzunu bərpa etmiş oldu. Təbii ki, müdafiə tədbirləri üçün İsrailə kifayət qədər vaxt verən İranın bundan sonra daha artıq itki vermək niyyəti, İsrailin də ABŞ-dəki seçki öncəsi vəziyyəti gərginləşdirmək, HƏMAS-dan sonra ikinci bir cəbhə açmaq kimi bir istəyi yoxdur. Artıq hər iki tərəf də gərginiyi azaltmaq adına addımlar atmağa çalışacaq.

Bir sözlə, bundan sonra Yaxın Şərqdə hadisələrin necə cərayan edəcəyi hər kəsə məlumdur. Məlum olmayan yeganə şey - İsrailin Rəfahda yeni hərbi əməliyyatlara və qırğınlara nə vaxt başlayacağıdır…(Azpolitika)

E. Bəyməmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam