Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İranın İsrailə müəmmalı hücumu -Böyük savaşda kimlər maraqlıdır?

İranın İsrailə dron və qanadlı raketlərlə hücumu bir daha göstərir ki, Yaxın Şərq regionu hələ uzun illər dünya siyasətində mühüm geosiyasi nöqtə olaraq qalacaq.

Yenixeber.org: Hələ 2023-cü ilin oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu İranı yenidən münaqişənin mərkəzinə gətirib. Çünki İraq, Suriya və Əfqanıstan münaqişəsi zamanı Tehranın adı bu və ya digər formada proseslərdə hallanırdı. Belə ki, İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) bu ölkələrdə "müqavimət hərəkatı" adı altında "Həşdi-Şəbi", "Zeynəbiyyun", "Fatimiyyun", husilərin "Ənsarullah" kimi qruplarını yaradıb. Bununla da o, regionu bu qruplar vasitəsilə qarışdırır, hərbi münaqişələrdə iştirak edirdi. Ancaq İsrailə hücumda İran hakimiyyəti özünü gizlədə bilmədi. Dəməşqdə Tehranın diiplomatik missiyasının binası saydığı yerin bombalanması və SEPAH-ın iki generalı da daxil olmaqla yüksək rütbəli 7 zabitinin ölməsi gərginliyi artırdı. İranın iddiasına görə İsrail Suriyadakı diplomatik missiyanın binasını vurmaqla İslam Respublikasına hücum edib. Bu səbəbdən də beynəlxalq normalara görə İsraili günahkar sayır.

İran İslam Respublikası qurulduğu gündən İsrailə qənim kəsilib. Bu 45 ildə Tehran hakimiyyətinin birbaşa iştirak etdiyi ikinci savaşdır. Yenicə qurulan İslam Respublikası ötən əsrin 80-ci illərində Səddam Hüseyn rejimi ilə müharibə aparıb. Müharibə heç bir tərəfə uğur gətirməyib. Çünki İran Kərbəla və Nəcəfi ələ keçirməyi, oradan Qüds və Məkkəyə irəliləməyi hədəfləyirdi. Səddam Hüseyn isə İranın ərəblər yaşayan bölgəsini ələ keçirmək və Ərəb çayına tam nəzarət etmək istəyirdi. 1988-ci ildə müharibə atəşkəslə dayansa da, bu günə qədər tərəflər arasında sülh müqaviləsi imzalanmayıb. Müharibədən sonrakı siyasətin hədəfi isə birbaşa İsrail idi. İran hakimiyyəti bu dövləti öz təhlükəsizliyinə təhdid kimi görməy başladı və dini, siyasi və hərbi cəhətdən İsraili hədələdi: "Yanlış addım atacaqları halda İran Təl-Əviv və Hayfanı Yer üzündən siləcək". HƏMAS-ın İsrailə hücumu isə İrana 44 ildən sonra özünü göstərmək, güclü dövlət olduğunu təsdiqləmək üçün yenə şərait yaratdı.

Regiondakı hadisələr beynəlxalq aləmdə qütbləşməni aydın şəkildə göstərdi. İranın dünənki hücumu həm də dünya güclərinin Tehranın əli ilə ABŞ, İsrail və müttəfiqlərinə qarşı müharibə kimi də qiymətləndirilə bilər. Ehtimal etmək olar ki, Tehran hakimiyyətinə arxa olanlar Dəməşqdə baş verən hadisələrə görə İsrailin və ABŞ-nin İran tərəfindən "cəzalandırılmasını" istəyiblər. Çünki son günlər ABŞ-nin Dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron İranı İsrailə hücumdan çəkindirmək üçün cəhdlər göstərib. Belə görünür ki, HƏMAS-ın İsrailə hücumunda maraqlı olan tərəflər bu dəfə aksiyanın daha da böyüməsini istəyiblər. Odur ki, İsrail istiqamətində Yəməndən husilər, Livandan hizbullah, Suriyadan Bəşşar Əsəd qoşunu, İraqdan isə "Həşdi-Şəbi" fəaliyyət göstərməklə İrana dəstək verirlər. Başqa sözlə, Tehran regiondakı bütün komandası ilə birlikdə İsrail dövləti ilə müharibəyə başlayıb.

Yeri gəlmişkən, bu, 1941-ci il dekabrın 7-də Yaponiyanın ABŞ-nin Sakit Okean Donanmasının Pörl-Harbor hərbi-dəniz bazasına gözlənilməz hücumu yada salır. Yaponlar həmin hücumun acı nəticəsini təəssüf ki, günümüzədək yaşayır. İsrail hökuməti də İrana cavabın ağır olacağını bildirir.

Dünyanın aparıcı gücləri hazırda Yaxın Şərqdə və Ukraynada elan olunmamış dünya müharibəsi aparır. İranın 5 saatlıq hücumu regiona sabitlik deyil, gərginliyin artması üçün yeni əsas verib. Azərbaycan dövləti bütün mürəkkəb vəziyyətlərdə tənzimləyici rol oynayıb. Uzun illər qaynar bölgə sayılan Cənubi Qafqaz regionunda sabitliyi də məhz Azərbaycan bərpa edib. 2020-ci ildə 44 günlük müharibə bölgənin təhlükəsizliyi üçün güclü stimula çevrilib. İndi bölgədə sülh və əməkdaşlıq kimi həyati vacib məsələlər müzakirə olunur. Rəsmi Bakının yürütdüyü siyasət Azərbaycanı təhlükəsiz və iqtisadi baxımdan səmərəli ölkəyə çevirib. Azərbaycan bu baxımdan bölgənin sabitləşdirici faktoru olaraq çıxış edir. Həm Rusiya, həm də İran hazırda Azərbaycanın yürütdüyü siyasəti dəstəkləyir.

Buna baxmayaraq, aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın iştirakı ilə keçirilən məlum toplantıdan sonra Azərbaycanın narahatlığı əbəs deyil. Bu toplantıya beynəlxalq səviyyədə sərt münasibət göstərilməməsi gələcəkdə Cənubi Qafqazda yeni eskalasiyaya səbəb ola bilər. Yaxın Şərqdə baş verən son hadisələrin də bizim regionda fərqli şəkildə təkrarlanaması riski artır. Odur ki, Azərbaycanın təhlükəsizlik və sabitlik modeli bütün beynəlxalq aktorlar üçün nümunə olmalıdır.(Report)

Sədrəddin İsmayılov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam