Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ Ermənistanda hərbi baza planı qurub:Ağ Ev yeni Qafqaz savaşına ciddi ehtiyac duyur

ABŞ da Avropa Birliyinin Cənubi Qafqaza yerləşmək taktikasından faydalanmaq niyyətinə düşüb, plana əsasən, Ermənistan hərbi təxribat törədərək, Azərbaycanla yeni müharibə vəziyyəti yaradacaq... Bunu bəhanə edərək, ABŞ və Avropa Birliyi Ermənistana təhlükəsizlik təminatı verilməsi barədə paktı imzalayacaq, ardıncasa, hərbi bazaların yaradılmasına başlanılacaq...

Yenixeber.org: Cənubi Qafqazda geopolitik proseslər sürətlənməyə başlayıb. Halbuki, son vaxtlara qədər bu regionda daha çox ümidverici sabitlik hökm sürürdü. Azərbaycan və Ermənistanın hakim siyasi dairələri sülh sazişinin imzalanması üçün münbit şəraitin mövcudluğunu qabardırdılar. Hətta rəsmi İrəvan Azərbaycanın kəndlərinin geri qaytarılması ilə bağlı məsələni nizamlamaq üçün müəyyən addımlar da atmağa başlamışdı. Və məhz belə pozitiv situasiya birdən-birə neqativ məzmun almağa doğru yönəldi.

Əslində, qətiyyən gözlənilməz deyil. Çünki, Paşinyan hakimiyyəti ötən ilin sonlarında da Ermənistanın ən qısa müddətdə sülh sazişini imzalamağa hazır olduğunu vurğulayırdı. Halbuki, rəsmi İrəvan buna paralel olaraq, sülh prosesini bloklayan siyasi manipulyasiyalar da edirdi. Yəni, Ermənistan “nə hərb, nə sülh” modeli üzrə zaman qazanmaq cəhdlərində israrlı davranmağa üstünlük verir. Və bütün bunların bəzi Qərb siyasi dairələrindən, xüsusilə də, Fransadan Ermənistana göndərilən təlimatlar üzrə baş verdiyi də artıq heç kəsə sirr deyil.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)

Hər halda, ötən ilin sonlarında hər kəsi sülh prosesinə “sadiq” olduğuna inandırmaq üçün xüsusi canfəşanlıq edən Ermənistan bir müddət öncə Azərbaycana qarşı hərbi təxribat törətdi. Növbəti dəfə məlum oldu ki, rəsmi İrəvan ABŞ və Qərbin təsiri altında olduqca, sülh prosesindən yayınmaqda davam edəcək. Xüsusilə də, baş nazir Nikol Paşinyanın Ermənistanın gələcək taleyi üçün olduqca vacib proseslərə məhz arpel ayında başlanacağını vurğulaması Qərbin hansısa yeni oyunlara start verdiyini sezdirirdi.

Nə qədər qəribə də olsa, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenə də sülh sazişindən danışır. Ermənistan ordusu isə yeni müharibəyə hazırlaşır. Rəsmi İrəvan əvvəlcə Azərbaycanla sərhədlərə yeni hərbi qüvvə toplamağa başladı. Ardıncasa, Azərbaycan ordusunun mövqelərini atəşə tutuldu, növbəti hərbi təxribat törədildi. Bütün bunlarsa, məhz ABŞ və Avropa Birliyinin Ermənistan üzərində patronajlığı altında baş verir. Və artıq məkrli geopolitik oyunların gizlədilməsi imkanlarının qalmadığı da müşahidə olunur.

Bəzi ehtimallara görə, ABŞ və Avropa Birliyinin Cənubi Qafqazla bağlı ortaq planları aprelin 5-də tam şəkildə ortaya çıxmış olacaq. Belə ki, məhz həmin gün ABŞ, Avropa Birliyi və Ermənistan arasında ortaq konfransın keçirilməsi planlaşdırılır. Üstəlik, bu ortaq konfrans çərçivəsində ABŞ və Avropa Birliyinin Ermənistana təhlükəsizlik təminatı verməsi barədə paktın imzalana biləcəyi də iddia olunur. Və Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi yeni hərbi təxribatların məhz bununla birbaşa bağlı olduğu isə artıq qətiyyən şübhə doğurmur.

1fd5784624185cfe42d583a67be17464.jpg (243 KB)

Halbuki, ABŞ rəsmi dairələri hələ də bu barədə yayılmış məlumatları israrla təkzib etməyə çalışırlar. Ağ Ev rəsmisi bildirib ki, ABŞ, Avropa Birliyi və Ermənistan arasında ortaq konfrans hər hansı başqa bir ölkəyə qarşı yönəlməyib. Onun dediyinə görə, bu ortaq konfrans hərbi məzmunlu məsələlərin müzakirəsini nəzərdə tutmur, Ermənistanda iqtisadiyyat və “demokratik islahatlar”la bağlı problemlərin həllinə dəstək məqsədi güdür. Və bu açıqlamanın sadəcə, hədəf yayındırmaq məqsədi daşıya biləcəyi isə qətiyyən istisna deyil.

Məsələ ondadır ki, rəsmi Bakı ABŞ, Avropa Birliyi və Ermənistan arasında ortaq konfransa sərt reaksiya vermişdi. Azərbaycanın rəsmi dairələri bu ortaq konfransın və orada Ermənistana təhlükəsizlik təminatı vermək niyyətinin rəsmi İrəvanı sülh prosesindən yayınaraq, yeni hərbi təxribatlar törətməyə, revanşıst planlar qurmağa cəsarətləndirdiyini vurğulamışdılar. Bu, rəsmi Bakının ABŞ və Avropa Birliyinin Cənubi Qafqaza yönəlik pozucu davranışlarına seyirçi qalmayacağının ifadə olunması anlamı daşıyırdı.

Təbii ki, Ağ Evdə Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu, strateji əhəmiyyət daşıdığını anlamamış deyillər. Ona görə də, ABŞ-ın rəsmi dairələri Azərbaycanla münasibətlərin tamamilə korlanmasında da maraqlı deyillər. Yəni, Ağ Ev ortaq konfrans ətrafında yaranmış situasiyanı nisbətən yumşaltmağa çalışır. Və Azərbaycanı Ermənistanla hərbi ittifaq qurulmadığına inandırmağa cəhd göstərir.

3c6010dfe7ce369616e4cb2caf60a546.jpg (422 KB)

Halbuki, ABŞ-ın son davranışları və Cənubi Qafqazda baş verənlər tamamilə bunun əskini sübut edir. Belə ki, ABŞ və Avropa Birliyinə güvəndiyini gizlətməyən Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribatlara başlayıb. Azərbaycan ordusunun mövqeləri Naxçıvan istiqamətindən atəşə tutulub. Üstəlik, o da məlum olub ki, ABŞ-ın 70 hərbçisi Naxçıvanla sərhəd bölgəsində Ermənistan ordusuna təlim keçir. İndi Ermənistan ordusunun atəşkəsi məhz ABŞ hərbçilərinin təlim keçdiyi istiqamətdən pozması da izahata ehtiyac duyulan məqamdır.

Göründüyü kimi, ABŞ və Avropa Birliyi müxtəlif bəhanələr altında tədricən Ermənistan ərazisinə yerləşməyə çalışır. Əvvəlcə Avropa Birliyi mülki müşahidə missiyası adı altında Ermənistanda Qərb kəşfiyyatçılarını yerləşdirdi. Həmin missiya cəmisi iki ay üçün nəzərdə tutulsa da, indi onun fəaliyyət müddəti və səlahiyyətləri artırılıb. Bu isə o deməkdir ki, Avropa Birliyi artıq faydalandığı bəhanə sayəsində Ermənistan ərazisində kəşfiyyat bazasına malikdir.

Bəzi məlumatlara görə, ABŞ da təxminən Avropa Birliyinin taktikasından faydalanmaq niyyətinə düşüb. Belə ki, bu məqsədlə artıq xüsusi planın işə salındığı da bildirilir. Həmin plana əsasən, əvvəlcə Ermənistan hərbi təxribat törədərək, Azərbaycanla yeni müharibə vəziyyəti yaradacaq. Ardınca ABŞ və Avropa Birliyi savaş vəziyytini bəhanə edərək, Ermənistana təhlükəsizlik təminatı verilməsi barədə pakt imzalayacaq. Bundan sonrasa, ABŞ və bəzi Avropa Birliyi ölkələri Ermənistanda hərbi bazaların yaradılmasına başlayacaqlar. Və son vaxtlar Ermənistana ABŞ hərbi təlimçilərinin daha tez-tez göndərilməsi isə bu prosesin başlanğıc mərhələsi hesab oluna bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam