Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Paşinyanın ermənilərə dediklərinin tərcüməsi:ya kəndlər boşaldılmalıdır, ya da...

     Deputat: “Əgər Ermənistan rəhbərliyi hərbi yolu istəmirsə, o zaman zəhmət çəksin, qərar versin”

Yenixeber.org: Ötən həftənin ilk günündə Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxla sərhəddə, Tavuşda sakinlərlə görüşündə Ermənistan tərəfinin Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə etməkdən imtina ediləcəyi təqdirdə acı nəticələrdən danışıb. Erməni mediasının məlumatına görə, sakinlərdən birinin sualını cavablandıran Paşinyan bildirib ki, indi ayağa qalxıb zalı tərk edə bilər: “Və deyə bilərəm ki, delimitasiya və demarkasiya olmayacaq. Amma bu o deməkdir ki, həftənin sonunda müharibə olacaq. Və bu müharibənin sonunda nə olacağını bilirəm. Sonra İrəvanda Respublika meydanında rastlaşanda deyəcəksən: “Yaxşı, biz sadə kənd adamlarıyıq, bizim heç bir məlumatımız yox idi, amma siz hər şeyi bilirdiniz””.

Paşinyan həmçinin əlavə edib ki, Ermənistan nəsə verirsə, bunun müqabilində nə isə tələb edir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev özü 30 il tələb edib, addım-addım tələb etdiyini alıb.

Kirants kəndində isə Paşinyan bildirib ki, delimitasiya və demarkasiya nəticəsində Azərbaycan Silahlı Qüvvələri ilə mövcud təmas xətti tanınmış sərhədə çevriləcək və orada hərbçilərin əvəzinə sərhədçilər olacaq: “Bu, ilk görüşdür, amma sonuncu deyil. Çox suallar var ki, bu gün heç bir fikrim yoxdur, ona görə cavab verməyəcəyəm. Ona görə ki, bu sualın cavabı razılaşma yolu ilə formalaşmalıdır və bu, təkcə bizdən asılı deyil”.

Sakinlərdən biri sual verib: “Kirants sərhəddədir. Orada nə olacaq, hasar, divar? Orada əsgərlər dayanacaq? Təhlükəsizliyimizi necə təmin edəcəyik?”.

Paşinyan cavabında deyib: “Yalnız bir şeyi deyə bilərəm ki, biz bu təhlükəsizliyi təmin edəcəyimizə dair ən azı müəyyən dərəcədə inamla qərarlar qəbul edə bilərik. Biz təmas xəttini sərhədlə əvəz etmək istəyirik. Sərhəd qanuni divar yaradan bir hadisədir. Sərhədin demarkasiyasının ən mühüm nəticəsi ola bilər ki, qoşunlar öz mövqelərini tərk etsinlər və onların yerini sərhədçilər tutsun. Sərhədçilərin yerləşdiyi yerdə bir-birinə atəş açmaq ümumiyyətlə adət deyil. Yəni bu sahədə heç bir mübahisə yoxdur. Mübahisə olduğu üçün atəş açılır, mübahisə yoxdursa, atəşin mənası yoxdur. Sərhədi çəksək, düzəltsək, kənd camaatı arasında toqquşma olmayacaq. Hər hansı insident aradan qalxacaq, ölkə ölkəyə müharibə elan etməyincə, atışma mənasız olacaq. Sərhədin varsa, qanuni hasarın var deməkdir və orada da fiziki hasarın olub-olmaması ölkənin öz ixtiyarındadır”.

Sakinlərdən biri qeyd edib ki, 2 ay əvvəl “Google” xəritəsinə görə sərhəd onun evindən keçib, indi isə evi sərhədin Azərbaycan tərəfində qalır: “Əgər qoşu gəlsə, istər erməni, istərsə də azərbaycanlı, mən bu evdə necə yaşaya bilərəm?”.

Paşinyan isə belə cavab verib: “Dedim ki, gəlib bu suala cavab verməliyik. İndi bu işin, danışıqların gedişində sizin sualınızı masaya qoymalıyıq. Deyin ki, bu adam öz evində necə yaşayacaq, hansı zəmanətləri veririk? Və bu suala təkcə Ermənistan deyil, Azərbaycan da cavab verməlidir. Mən indi sizin sualınıza cavab verməyə yox, sualınızı eşitməyə, özümlə aparıb bütün bu sərhəd demarkasiyası işlərinin gündəm masasına qoymağa və deməyə gəlmişəm: deyəcəm ki,  bu adamın sualına cavab verin... Sonra biz gəlib sənin sualına səmimi cavab verəcəyik. Deyəcəyik: hörmətli cənab Simonyan, indiki vəziyyət elədir ki, siz öz evinizdə dinc yaşaya bilərsiniz. Və biz şərtləri bildirəcəyik. Bundan sonra izahatımız sizə inandırıcı gəlsə də, gəlməsə də, reaksiyanızı dinləyəcəyik”.

Paşinyanın bu qədər açıq danışmasından anlaşılan odur ki, yaxın vaxtlarda Ermənistan işğalda qalan 8 kəndin ilkin mərhələdə 4-ü təhvil veriləcək. Erməni mediasında da mənbələrə istinadən bu məlumatlar yayılır. Amma Ermənistanın kəndləri qaytarmasına qarşı olan müxalif qüvvələr var ki, onlar təxribatlardan çəkinmirlər. Eyni zamanda, ilk mərhələdə qaytarılacaq 4 kəndin həmsərhədində olan erməni sakinlər də təhlükəsizlikləri ilə bağlı narahatdırlar.

Mövzu ilə bağlı suallarımızı cavablandıran Milli Məclisin deputatı Rasim Musabəyov deyib ki, Paşinyan vətəndaşları ilə açıq danışmaq məcburiyyətindədir:

- Çünki onun qarşısında seçim qoyulub ki, ya həmin kəndləri sakit şəkildə boşaltmalıdırlar, ya da biz necə boşaldılması yolunu bilirik. Azərbaycan lideri, cənab Prezident İlham Əliyev açıq və konkret tələblə çıxış edib ki, işğalda olan kəndlər qaytarılmalıdır. Qazaxa bitişik, anklav olmayan 4 kənd ilkin mərhələdə qeyd-şərtsiz boşaldılmalıdır. Anklav olan digər dörd kəndin məsələsi isə sərhədlərin dəqiqləşməsi zamanı qərar veriləcək. Buna rəsmi İrəvan əməl etməlidir. Paşinyanın Qazaxla sərhəddəki ermənilərə dedikləri də məhz budur.

- İrəvan kəndləri həqiqətən qaytarmaq istəyirmi?

- Əgər Azərbaycan ərazisinə bitişik olan kəndlərin qaytarılması mümkündürsə, problem yoxdursa, o zaman niyə qaytarılmamalıdır?! Əslində Ermənistanın o kəndləri boşaltmaması o deməkdir ki, işğal siyasətini davam etdirirlər. Xoşluqla qaytarmırlarsa, o zaman hərbi güc yolu ilə Azərbaycan kəndləri qaytara bilər. Əgər Ermənistan rəhbərliyi hərbi yolu istəmirsə, o zaman zəhmət çəksin, qərar versin. Düşünürəm ki, deyəsən “Dəmir yumruğ”un təsirləri Ermənistan rəhbərliyini bir çox iddialarından əl çəkməyə vadar edir.

- Orada yaşayan erməni sakinlər təhlükəsizliklərindən narahatdırlar və Paşinyana da ən çox bu yöndə suallar verildi. Ermənilərin narahatlığına hansısa əsas varmı?

- Əlbəttə ki, heç bir əsas yoxdur. Ermənilərə ən böyük təminat ondan ibarətdir ki, sakit, heç bir hərbi təzyiq görmədən öz kəndlərində rahat yaşayacaqlar, öz təsərrüfatları ilə məşğul ola biləcəklər. Sadə ermənilər də anlamalıdırlar ki, rahat yaşamalarının yolu Ermənistan hakimiyyətinin Azərbaycanla razılaşmasından, kəndləri boşaltmasından keçir. Eyni zamanda, həmin sakinlər bizə qarşı hansısa təxribatlara yol verməməlidirlər. Ermənilər nəzərə almalıdırlar ki, sərhədlərin müəyyənləşməsi bu ərazidən keçir. Sərhədlər, sərhəd xətləri düzgün, ədalətli şəkildə çəkildikdən sonra ermənilərin narahatlığına heç bir əsas yoxdur. Azərbaycanlılar ermənilərdən fərqli olaraq insanlığa qarşı cinayət törədən deyillər.

- Azərbaycan-Ermənistan sülh sazişi ilə bağlı pozitiv mesajlar verilir. Məsələn, Prezident İlham Əliyev NATO Baş katibi Bakıda olarkən onunla görüşündə bildirdi ki, sülhə bu qədər yaxın olunmamışdı. İrəvandan da buna bənzəyən bəyanatlar verilir. Belə açıqlamalar onu deməyə əsas verirmi ki, sülh sazişi yaxınlarda imzalanacaq?

- Əvvəllər də deyilib və o fikirlə mən də razıyam ki, sülh Azərbaycandan daha çox Ermənistana lazımdır. Ermənistanın iqtisadiyyatının inkişafı, ölkənin inkişafı regionda sülhdən, İrəvanın Bakı və Ankara ilə münasibətlərinin normallaşmasından keçir. Azərbaycan tərəfindən rəsmi, ən yüksək səviyyədə bəyan edilib ki, Ermənistan sülhdə maraqlıdırsa, Bakıdan göndərilən təklifləri, Azərbaycanın şərtlərini qəbul etməlidir.

İndi ikitərəfli danışıqlar davam edir. Eyni zamanda, Bakı ilə İrəvan arasında onlayn təmaslar mövcuddur. Hiss olunur ki, sülh sazişinin imzalanmasına maneə yaradan xeyli məsələlər həllini tapıb, ya da həllini tapmaq ərəfəsindədir. Prezidentin “sülhə bu qədər yaxın olmamışdıq” mesajı sıradan mesaj deyil. Güman edirəm ki, yaxınlarda müsbət nəticələrin şahidi ola bilərik.

- Ermənistanda sülhə qarşı olan qüvvələr var ki, Paşinyan hakimiyyətinə təzyiqləri artırırlar. Məsələn, dünən İrəvanda polis idarəsinə silahlı basqın edildi. Bəzi iddialara görə, basqın edənlər İrəvanın Qazaxın 4 kəndinin qaytarılması barədə qərar vermək istəyinə qarşıdırlar. Belə məqamda sülh nə qədər mümkündür?

- İrəvanda polis idarəsinə silahlı basqın edildi və qarşısı da alındı. Hətta məlumata görə, basqın edən şəxs zərərsizləşdirilib. Eyni zamanda, Azərbaycanla sülhə qarşı olan bir qrupun həbs edildiyi xəbəri də var idi. Demək istədiyim odur ki, Paşinyan hökuməti müxalifləri zərərsizləşdirir. Bəli, sorğuların nəticəsinə görə, Paşinyanın reytinqində xeyli geriləmə var, əvvəlki kimi deyil. Amma Paşinyanın potensial rəqibləri, sülhə qarşı çıxış edən siyasi qüvvələrin reytinqi ümumiyyətlə, iki faizi keçmir. Belə olan halda, düşünürəm ki, Paşinyan vacib olan qərarları verə bilər. Bunun üçün zaman yetişib.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam