Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Amerikanın Qadağası Domino Effekti Yaradacaq -ŞƏRH

 ABŞ Nümayəndələr Palatasının ölkə ərazisində “TikTok” qısa video xidmətinin qadağan edilməsini nəzərdə tutan qanunun qəbuluna səs verməsi Vaşinqtonun Pekinlə münasibətlərində əlavə gərginlik mənbəyi yaradıb. “TikTok” Amerika bazarına 2016-cı ildə daxil olub.

Yenixeber.org: ABŞ siyasi sistemində adətən prezidentlə partiyalar və Konqres arasında dərin fikir ayrılıqları olur. Ancaq Çin şirkətinə məxsus video xidmətin Amerikaya təhlükəsizlik problemi yaratdığı məsələsində Vaşinqtondakı siyasi mərkəzlər arasında həmrəylik var. ABŞ prezidenti Cozef Bayden Respublikaçı və Demokrat partiyalarından olan konqresmenlərin “TikTok”u qadağan etmək məsələsindəki mövqelərini dəstəkləyir. Nümayəndələr Palatasının spikeri Mayk Conson kommunist Çini Amerikanın ən böyük geosiyasi düşməni adlandırıb. O bu fikirdədir ki, Pekin “TikTok” texnologiyasından Amerikanın iqtisadiyyatını və təhlükəsizliyini sarsıtmaq üçün istifadə edir. Bu mövqeyi konqresmenlərin əksəriyyəti bölüşür. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də eyni mövqedədir. Bu təşkilat hesab edir ki, Çin “TikTok” vasitəsilə Amerika cəmiyyətini bölməyə çalışır. Mərkəzi Kəşfiyyat İdarəsinin analitiklərinin fikrincə, Pekin “TikTok” platforması vasitəsilə Amerika vətəndaşları barədə məlumatlar toplayır və onlardan öz məqsədləri üçün istifadə edir.

“TikTok”a məxsus olan Çinin “ByteDance” şirkəti qanun layihəsinə qarşı mübarizəyə başlayıb. Çünki şirkət anlayır ki, qanun layihəsi qəbul olunub imzalanarsa bu, istifadəçi sayı 170 milyon olan böyük bazarın itirilməsi olacaq. Pekin öz şirkətinə dəstək verərək, ABŞ-ın rəqabət prinsiplərini pozduğunu iddia edib.

Vaşinqton vəziyyətdən çıxış yolu kimi “TikTok” platformasının Çinə məxsus olmayan şirkətə təhvil verilməsində görür. Ancaq bu alınmasa platforma qadağan olunacaq. “The New York Times” qəzetində yayımlanan məqalədə platformanın sahibinin dəyişdirilməsinin problemi həll etməyəcəyi bildirilib. Çünki platformanın alqoritmi dəyişməyəcək. Alqoritmin kodları Pekində hazırlanıb. Bu şəkildə platformanın satılması mühərriki olmayan maşının satılmasına bənzəyir.

Maraqlıdır ki, “TikTok” yaradan şirkət bu platformanı Çinin xaricində yayıb. Bu platforma Çində çalışmır. Belə çıxır ki, Pekin Çində icazə vermədiyi platformanı başqa ölkələrdə yaymağa çalışır. ABŞ-ın ardınca digər dövlətlər də “TikTok” platforması qadağan edə bilərlər.   

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam