Ermənistan hakimiyyəti və “Sputnik Ermənistan”: hər kəs özü bildiyi kimi yalan danışır
Yenixeber.org: Elə bir təəsürat yaranmışdı ki, sanki erməni təbliğatı İkinci Dünya müharibəsi illərində faşist Almaniyası ilə əməkdaşlığa görə SSRİ-də mühakimə olunan Qaregin Njdeyə bəraət verilməsi ilə bağlı mənasız mübahisəsini uduzub. 1990-cı illərin əvvəllərindən Ermənistan hakimiyyəti Qaregin Njdeni “milli qəhrəman” və “ölkənin müstəqilliyi uğrunda mübariz” kimi tanıyıb. Njdenin əsərləri bir neçə dəfə yenidən nəşr olunub, onun şərəfinə xatirə sikkələri zərb edilib, sənədli və bədii filmlər çəkilib. 2016-cı ildə İrəvanın mərkəzində onun adına abidə açılıb.
Üstəlik, Njdenin adı erməni “Arordineri Uxt” (Ali irqin uşaqları) neobütpərəstlər icmasının müqəddəs kitabına daxil edilib. “Uxtagirka” adlanan kitaba Njdenin tamamilə irqçi, nasist yönümlü “Tsexakron” adlı millətçi təlimindən genişləndirilmiş və yenidən şərh edilmiş parçalar daxildir. “Arordineri Uxt” tərəfdarları Njdeni ermənilərin günahlarını təmizləyən məsih hesab edirlər. Belə ki, erməni cəmiyyətində Njdenin nəinki vəsf edilməsi, hətta ilahiləşdirilməsi də dəbə minir.
Baxmayaraq ki, ermənilər tərəfindən milli bütə çevrilmiş Njdenin tərcümeyi-halını ətraflı oxumaq İkinci Dünya müharibəsi illərində onun fəaliyyətinin xoşagəlməz tərəflərini ortaya çıxarır. Njdenin sovet məhkəməsi tərəfindən hərbi cinayətkar kimi mühakimə olunmasına baxmayaraq, erməni təbliğatında hələ də bu iyrənc şəxsiyyətə pərəstiş var.
Bunu “Sputnik Ermənistan” nəşrinin İsrailin Ermənistandakı səfiri Yoel Lyonun yanvarın 1-də Njde haqqında verdiyi açıqlamalarla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciəti sübut edir.
Qaregin Njdenin ad günündə kiçik bir qrup insan onun abidəsi önündə nasist simvollarından istifadə edərək mitinq keçirib. Bundan sonra İsrailin Ermənistandakı səfiri Yoel Lion “X” sosial şəbəkəsində yazıb ki, nasist əməkdaşı Qaregin Njdenin vəsf edilməsi yolverilməzdir və hakimiyyət neonasizmin və antisemitizmin istənilən formasına qarşı qəti mövqe tutmalıdır.
Səfir öz paylaşımında Ermənistan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki səhifəsini işarələyib. Bununla bağlı “Sputnik Ermənistan” Xarici İşlər Nazirliyinə sorğu göndərərək, İsrail səfirinin bəyanatına münasibət bildirilməsini istəyib. Və təxminən iki ay sonra Xarici İşlər Nazirliyi nəşrə cavab verib.
Cavabda bildirilib ki, Xarici İşlər Nazirliyi dözümsüzlük zəminində, milli və ya dini zəmində törədilən hər hansı addımı, eləcə də bu mövzu ilə bağlı spekulyasiyaları - istər siyasi, istərsə də təbliğat və ya digər məqsədlər üçün - yolverilməz hesab edir: “Eyni zamanda, Ermənistanda akkreditə olunmuş xarici diplomatlar qəbul edən ölkəyə hörmətlə yanaşmalı, onun hökumətinə və xalqına aidiyyəti olmayan bu cür təxribatlara reraksiya verməkdən çəkinməlidir”.
Başqa sözlə, Ermənistan Xarici İşlər Nazirliyi beynəlxalq hüququn nasizmin pislənməsini və şöhrətləndirilməsinə qarşı mübarizəni tələb etməsinə baxmayaraq, xarici diplomatlardan alman faşistlərinin hərbi cinayətkarı və şəriki Njdeyə hörmətli münasibət tələb edir.
Bu mövzu ilə bağlı məlumatın sonunda “Sputnik Ermənistan” xatırladır: “Hətta Sovet hakimiyyəti tərəfindən Njde nasistlərlə əməkdaşlıqda ittiham olunmayıb. Əlbəttə ki, o, vətən xaini deyildi, çünki o, heç vaxt sovet vətəndaşı olmayıb. SSRİ-də o, əks-inqilabi fəaliyyətdə, antisovet üsyanında və bu üsyan zamanı kommunistlərin kütləvi şəkildə öldürülməsində ittiham olunurdu”.
Njdenin alman faşistləri ilə sıx əməkdaşlıq etməsi faktı sənədləşdirilib - o, Böyük Vətən müharibəsi illərində SSRİ-yə qarşı müharibədə Hitlerin kəşfiyyatı ilə əməkdaşlıq etmək ittihamı ilə məhkum edilib. “Sputnik Ermənistan” isə bunu bilməlidir və bilir də!
Yuxarıdakı sətirlərin dərci onu deməyə əsas verir ki, Rusiya Federasiyasının dövlət büdcəsindən maliyyələşən və fəal anti-Azərbaycan mövqeyində olan Rusiyanın “Sputnik” informasiya agentliyinin Ermənistan bölməsi 2012-ci ildən BMT Baş Assambleyasında nasizmin təriflənməsini pisləmək məqsədi daşıyan qətnamə təşəbbüsü ilə çıxış edən Rusiyanın rəsmi mövqeyinə qarşıdır.
Maraqlıdır ki, Ermənistan BMT Baş Assambleyasında belə qətnamələrin qəbuluna səs verir. Bu ölkə bir tərəfdən beynəlxalq aləmdə guya öz ölkəsində bu cinayətkar ideologiyanın təzahürlərini aradan qaldırmaqla nasizmə və neonasizmə qarşı mübarizəyə sadiqliyini sübut edir, digər tərəfdən isə Njdenin “Milli Qəhrəman” imicini formalaşdırır.
Ermənistan hakimiyyətinin bu məsələdə davranışını haradasa başa düşmək olar. Axı erməni şairi Yeqişe Çarentsin yazdığı kimi, ermənilər arasında ikiüzlülük artıq ana bətnindən özünü göstərir. Bəs “Sputnik Ermənistan”ın mövqeyini necə başa düşmək olar?(AYNA)