Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ermənistan-KTMT gərginliyi və ya İrəvanın bir küncdən digərinə qaçışı -ŞƏRH

Qleb Parfyonov: “Ermənistan iki düşərgəyə “işləməyə” məcbur vəziyyətdədir”

Vaxtanq Maisaya: “Moskva istənilən an bu ölkədə siyasi sistemi dəyişə bilər, hətta siyasi rəhbərliyini dəyişmək belə mümkündür”

Yenixeber.org: Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dayandırıb. “KTMT fikrimizcə, Ermənistana münasibətdə, xüsusən 2021-2022-ci illərdə funksiyalarını həyata keçirilməyib”, - Ermənistanın Baş naziri “France 24” telekanalına müsahibəsində deyib.

Eyni zamanda, “Ermənistanın Təşkilatda işi davam edir, İrəvanın KTMT çərçivəsində çoxtərəfli əlaqələri iş rejimində aparılır, Ermənistan müttəfiq olub və qalır”. Bu sözləri isə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov “International Affairs” jurnalının səhifələrindəki məqaləsində yazıb.

“KTMT dövlətləri öz növbəsində Ermənistan ilə müttəfiqlik əlaqələrinin inkişafına diqqətini davam etdirir”, - Tasmaqambetov vurğulayıb.

Bu bəyanat Ermənistanın yüksək səviyyəli rəsmilərinin bir ildən artıqdır ki, səsləndirdikləri ilə birbaşa ziddir. Onlar dəfələrlə KTMT-ni kəskin tənqid edib və Azərbaycana qarşı iddialarında Ermənistanı dəstəkləməyəcəyi təqdirdə bu təşkilatdan çıxmağa hazır olduqlarını bildiriblər.

Yəni Ermənistan hərbi bloku tərk edəcək, yoxsa nədənsə buna qərar verə bilmir?

Tanınmış xarici müşahidəçilər hazırkı vəziyyəti şərh ediblər.

 “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin (Kiyev) təhlükəsizlik departamentinin rəhbəri Qleb Parfyonov qeyd edib ki, faktiki olaraq Ermənistan iki düşərgəyə “işləməyə” məcbur vəziyyətdədir.

“Bir tərəfdən, onlar həqiqətən də Rusiyanın onlarla necə rəftar etdiyini görür, digər tərəfdən isə Qərb ölkələrinin onları qoruya biləcəyinə əmin deyillər. Beləliklə, bir küncdən digərinə qaçırlar. Üstəlik, vəziyyətdən çıxış yolu sadədir - sadəcə qonşularla normal münasibətlər qurmaq və onlarla əməkdaşlığı inkişaf etdirmək lazımdır. Və əslində Ermənistan müdafiəsində dayanacaq qüvvələr axtarmaqla revanşizm üçün səbəb axtarmamalıdır”, - ukraynalı ekspert əmindir.

Hərbi və siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya (Tbilisi) isə hesab edir ki, güman ki, ən azı qısa və ortamüddətli perspektivdə Ermənistan KTMT-dən çıxmayacaq: “Çünki onun üçün bu blok hələ də (İrəvanın anlayışında pis və ya lap pis olsa belə) hərbi təhlükəsizliyin təminatıdır. Rusiya Ermənistana hərbi, iqtisadi və siyasi kontekstdə o qədər imkan açıb ki, Moskva istənilən an bu ölkədə siyasi sistemi dəyişə bilər, hətta siyasi rəhbərliyini dəyişmək belə mümkündür. Biz görürük ki, Kreml hazırda Ukraynada siyasi rəhbərliyi dəyişməyə çalışır və bu məqsədlə bütün istiqamətlərdə hərəkət edir. Və aydındır ki, İrəvanla bağlı bu cür tədbirlər onun üçün Ukrayna qədər çətin olmayacaq”.

“Digər tərəfdən, Ermənistan hələ də Türkiyə ilə qarşılıqlı təhlükəsizliyə dair razılaşmalar əldə etməyə cəhd etməyib və Azərbaycanla hələ də sülh müqaviləsi imzalanmayıb. Beləliklə, bu kontekstdə ölkə hərbi təhlükəsizlik sahəsində əvvəlki statusunu saxlayır və İrəvan KTMT-də qalmağa məcburdur. Hazırda Ermənistanla Rusiya Federasiyasının təmsil etdiyi KTMT arasında davam edən “acı flört” məncə, İrəvan Türkiyə, Azərbaycan və beynəlxalq ictimaiyyətdən birbaşa hərbi təhlükəsizlik zəmanəti alana qədər davam edəcək”, - Maisaya yekunlaşdırır.(AYNA)

Rauf Orucov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam