Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Gürcüstan Strateji Tərəfdaşını Dəyişdirib? -ŞƏRH

Gürcüstan-Çin münasibətləri: » Ovqat.com

Yenixeber.org: Gürcüstan hökuməti son illərdə Çinlə əməkdaşlığı gücləndirib. Qarşılıqlı səfərlərin sayı artıb. Gürcüstan nümayəndə heyəti bir müddət əvvəl Çinə səfər edərək çinli həmkarlarıyla “Orta dəhliz” layihəsini müzakirə edib. Gürcüstan bu nəqliyyat dəhlizinin qısa müddətdə reallaşmasını istəyir. Ancaq bu layihənin reallaşması yalnız Gürcüstan hökumətinin istəyindən asılı deyil. Bu layihə bölgənin bir çox dövlətinin marağındadır. Önəmli olan Pekinin “Ora dəhliz” layihəsinin reallaşması iqtiqamətində addımların atılmasıdır. 

Gürcüstanın hakim “Gürcü arzusu” Partiyasının sədri və baş nazir kürsüsünə gətirilən İrakli Kobaxidze Pekindəki görüşlərində strateji tərəfdaşlığın gücləndirilməsi mövzularını müzakirə edib. Rəsmi Tbilisi Çinin Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməsindən məmnundur. Bunda qeyri-adi heç nə yoxdur. Çin Ukraynanın da ərazi bütövlüyünü dəstəkləyir. Buna baxmayaraq, Pekin Ukraynanı parçalamağa çalışan Rusiya ilə strateji tərəfdaşlığını daha da gücləndirib.

Çin Gürcüstana yatırımlarını artırıb. Gürcüstanla ticarət mübadiləsinin həcminə görə Çin 4-cü sırasında qərar tutub. İki ölkə 2017-ci ildən azad ticarət barədə razılıq əldə ediblər. Çin Gürcüstanın Qara dənizdəki limanlarında pay sahibidir. Çin Gürcüstanda hidroelektrik stansiyaların tikintisinə də yatırım qoyub.

Gürcüstanda Çinlə iqtisadi sahədə əməkdaşlıqdan narazı qalanlar da var. Müxalifət və bir qrup ekspert hesab edir ki, Gürcüstanın Çindən artan asılığı Tbilisini Qərbdən və Avroatnaltik inteqrasiyadan uzaqlaşdırır. Gürcü müxalifəti hakim partiya rəhbərliyinin Çinə səfərini də tənqid edib. Müxalifət təmsilçilərinin fikrincə, hakim “Gürcü arzusu” partiyası ölkə maraqlarından çox liderləri Bidzina İvanişvilinin maraqlarına xidmət edir. Qərbin sanksiyalarından ehtiyat edən Bidzina İvanişvilinin maliyyə resurslarının bir hissəsini Çində yerləşdirdiyinə dair xəbərlər var. 

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam