Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Hədəf Korrupsiya Ilə Mübarizəni Genişləndirməkdir -ANALİZ

Yenixeber.org: Çin lideri Tsi Cinpin keçirdiyi iclaslarda partiya üzvlərindən korrupsiya ilə mübarizəni gücləndirməyi tələb edib. Onun sözlərinə görə, ölkə üçün əsas təhlükələrdən biri biznesmenlərin dövlət idarələrində çalışanları rüşvətlə ələ almalarıdır. Çinin gəlirləri artdıqca rüşvətə meylli dövlət işçilərinin sayı azalmır.

Cinpin korrupsiya ilə mübarizədə hakim Kommunist Partiyasının mərkəzləşdirilmiş gücünü artırmasını lazım bilir. Ekspertlər hesab edirlər ki, Tsi Cinpinin hakimiyyətdə olduğu 10 ildə Çində korrupsiya ilə mübarizədə böyük uğurlar əldə edilib. Buna baxmayaraq, korrupsiya Çinin əsas problemi olaraq qalmaqdadır. Tsi Cinpin bu məqsədlə partiyada dəmir intizama üstünlük verir. Yəni vəziyyət o həddə çatdırılmalıdır ki, partiya funksionerləri rüşvət almaqdan çəkinməlidirlər. Bu çətin vəzifədir. Çünki Çin Kommunist Partiyasının təxminən 100 milyon üzvü var və onların hər birini nəzarət altında saxlamaq mümkün deyil.

Tsi Cinpin hakimiyyətə gəldiyi gündən bu yana partiyanın yüksək rütbəli nümayəndələri ilə mübarizəni genişləndirib. Halbuki, buna qədər həbs olunanlar əsasən aşağı ranqlı məmurları idi. Partiyada, hökumətdə və orduda kadr təmizlikləri həyata keçirilib. Hazırda korrupsiya ilə mübarizə dövlət müəssisələrinə və maliyyə institutlarına keçib. Misal üçün ötən il Çin Dövlət Bankının və Dövlət Sığorta Təşkilatının rəhbərliyi korrupsiya ittihamı ilə həbs olunub. Ümumilikdə Tsi Cinpinin hakimiyyətdə olduğu 10 il ərzində dövlət idarələrində çalışan təxminən 5 milyon içşiyə qarşı araşdırma aparılıb, onlardan 1.5 milyon nəfəri rüşvət ittihamı ilə müxtəlif cəzalara məhkum olunublar.

Çində son illərin ən qalmaqallı həbsləri ordu generalları arasında həyata keçirilib. Çinin raket birliklərinin komandanlığı rüşvət ittihamlı ilə həbs olunub, daha sonra müdafiə naziri dəyişdirilib. Bəzi ekspertlərin fikrincə, Tsi Cinpin bu yolla ona mane ola biləcək fiqurları da hakimiyyətdən uzaqlaşdırır.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam