Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiya kəşfiyyat direktorunun sensasion bəyanatı -ABŞ səfiri Bakıdan niyə gedib…

Sergey Narışkinin dediklərinin ötən ilin noyabrında Azərbaycan mediasında yayılmış iddialarla nə əlaqəsi?

Yenixeber.org: Telekanalların Prezident İlham Əliyevlə müsahibəsində ABŞ-la rəsmi Bakının münasibətləri haqda nədənsə, sual verilmədi. Dünya paktikasına görə bu cür formatda müsahibələrdə suallar bloku adətən, prezidentlərin məbuat xidmətləri ilə razılaşdırılır. Amerika-Azərbaycan münasibətlərində qeyri-müəyyənlik hələ də davam etdiyi üçün rəsmi Bakının gözləmə mövqeyinə üstünlük verməsi təbiidir.

ABŞ-ın son üç ayda Azərbaycana münasibətdə davranışlarının yanlış olduğu haqda təkcə biz demirik, yaxın ölkələrin ekspertləri də o rəydədir ki, Bakının ən müxtəlif səviyyələrdə(bəyanatlarda, hesabatlarda və sairə) hədəfə götürməsi Vaşinqtona Cənubi Qafqaz siyasətində xeyir gətirə bilməz. Görünür, indi münasibətlərdəki fasilə mövqeləri yenidən gözdən keçirmək üçündür.

image_750x_659ce448a2730.jpg (136 KB)

Amerika səfirliyinin bugünlərdə yaydığı bir məlumat diqqətçəkəndir. Belə ki, ABŞ-ın Azərbaycandakı səfirliyi Ermənistan mətbuatında Bakı ilə Vaşinqton arasında münasibətlərlə bağlı yayılan “əsassız və yalan məlumatı” təkzib etdi. Diplomatik nümayəndəlik sosial şəbəkələrdəki bəyanatına diqqət edək: “Yanvarın 4-də ABŞ dövlət katibinin köməkçisi Culyet Noyesin iştirak etdiyi mərasimdə səfir təyin olunmuş Libbi and içib. Tədbirdə onun həyat yoldaşı Danusia və oğlu Endryu da olub. O, Bakıya qayıtmağı və etimadnaməsini ABŞ-ın Azərbaycandakı 11-ci səfiri kimi Prezident İlham Əliyevə təqdim etməyi səbirsizliklə gözləyir”. Sonda bildirilirdi ki, ABŞ-ın yeni səfiri hazırda ölkəsindədir.

Libbinin etimadnaməsinin surətini xarici işlər naziri Ceyhun Bayramova günlər əvvəl təqdim edib və Prezidentə təqdimatın yubanması onun səfir kimi fəaliyyətinə heç bir əngəl yaratmır. Amerikanın bu ləngimədən nə qədər narahat olduğunu demək çətindir. Bakıdakı diplomatik korpusun məlumatından anlaşılan iki nəticə var. Birincisi, səfirin belə tezliklə ölkəsinə qayıtması barədə suallar varsa, izah edilir ki, bu, diplomatik fəaliyyətlə bağlıdır. İkincisi, etimadnamənin təqdim edilməsində yubanma səfirin Bakıda olmaması ilə izah edilir.

usa.jpg (79 KB)

Əlbəttə, mənə qalsa, daha uzaqgedən nəticələr də çıxarmaq olar, amma indilikdə tərəflər “fikirləşmək üçün vaxt götürüblərsə” münasibətlərdə hər hansı gərginlik axtarmaq cəhdləri dövlət maraqlarına uyğun deyil. Azərbaycanın siyasəti belədir ki, bütün dövlətlərlə normal münasibəti olsun. 30 il torpaqlarımızı işğalda saxlayan, xalqımıza sağalmaz yaralar vuran hətta Ermənistanla da sülh müqaviləsi imzalamaq üçün edilən cəhdlər bu siyasətə sübutdur. Amma indi dünyada vəziyyət o həddə gərgindir ki, kiminsə maraqlarına mütləq toxunursan, kimlərinsə də, sənin dövlət olaraq maraqlarını gözardı etməsi lazım olur. Biz dünyadakı böyük siyasi geoplitik oyunlarda, savaşlarda yoxuq, arbitr heç deyilik. Prezident Əliyev məlum müsahibədə bu barədə kifayət qədər açıq mövqe ortaya qoydu. Dedi ki, bəziləri indi yarışa çıxıblar ki, sülh danışıqlar hansı ölkədə keçirilsin. “Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik” deyə, dövlət başçısı aydın mövqe sərgilədi.

Bizim yerləşdiyimiz bölgə Rusiya, İran və Türkiyə kimi ölkələr səbəbindən geosiyasi dartışmalarda ağırlığını saxlamaqda davam edəcək. Bu, əlbəttə, bölgədə daima gərginlik deməkdir. Üstəlik, indi ABŞ bölgədə Rusiya və İranla deyil, həm də Türkiyə ilə “kəllə-kəlləyə” gəlir, Ankara-Vaşinqton münasibətlər son illər ümumiyyətlə, düzəlmir. Vaşinqton üçün isə belə görünür ki, ayrıca götürülmüş Azərbaycan siyasəti əhəmiyyətini itirməkdədir. İndi Bakı ilə münasibətlər həm Rusiya, həm İran, həm də Türkiyə ilə münasibətlər konteksində dəyərləndirilir....

ABŞ isə hegamonluğunu saxlamaq üçün bütün dünyada sabitliyi pozmaq siyasəti davam edir. Biz bunun ən son nümunələrini Yaxın Şərqdə görməkdəyik, Yəmən husuilərinə raket zərbələri bölgədə yeni münaqişənin fitilini çəkmək kimi qiymətləndirilir. O cümlədən, keçmiş sovet respublikaları da daxil, dünyada bütün gərginlik nöqtələri hələ də ABŞ-ın istəyi və planlarına uyğun yaradılır.

amerika-da-universite-okumak-icin-gecerli-7-sebep-880x457.jpg (181 KB)

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bir gün əvvəl senasion bir məlumat açıqlayıb. Xarici kəşfiyyatın rəhbəri iddia edib ki, Birləşmiş Ştatlar bütün qüvvələrini “beşinci kolon”u fəallaşdırmağa yönəldib. Söhbət Amerika təhsil proqramlarından iştirak etmiş 80 mindən çox rusiyalı tələbədən gedir. “Müvafiq təlimatlardan sonra onlardan Rusiya Federasiyasının prezident seçkilərinə müdaxilə üçün istifadə olunacaq. Vaşinqton rusları Moskva ilə siyasi mübarizəyə fəal şəkildə cəlb etmək niyyətindədir. Səsvermə ərəfəsində amerikalılar ölkəmizdəki vəziyyəti gərginləşdirmək üçün ən kiçik fürsətdən istifadə edirlər” deyə, Narışkin bildirib.

O həmçinin əlavə edib ki, ABŞ xüsusi xidmət orqanları fevralın 16-18-də Riqada Rusiyada etnik və sosial ədavətin qızışdırılması üsulları ilə bağlı təlim keçirəcək. Əsas diqqət isə onlara millətlərarası və sosial düşmənçilik, seçkilərə müdaxilə, sosial şəbəkələrdə ölkə rəhbərliyini gözdən salmaq üsullarını öyrətmək olacaq.

"Amerikalı təqaüdçülər təhlükəsi" mövzusu Rusiya mediasında geniş müzakirələrə yol açıb. Çünki ABŞ- la münasibətlər normal olanda bu proqram prestijli hesab olunurdu, hətta bu vəzifə pilləsində irəliləmək üçün də bir dəstək idi. Tənqidçi media isə hesab edir ki, indi statusundan asılı olmayaraq yüzlərlə adam müəyyən şübhə altına düşə bilər.

1700934784_mg_9286.jpeg (73 KB)

Maraqlı olan məqam budur ki, hələ ötən ilin noyabrında Azərbaycan mediaslında da belə xəbərdarlıq yayılmışdı. Qeyri-rəsmi iddia olunurdu ki, ABŞ-nin Azərbaycandakı səfirliyi Amerikada təhsil almış bir qrup azərbaycanlı məzunlarla görüş keçirmək istəyir. Görüşün konkret zamanı(27 noyabr) və yeri də (“JW Marriott Absheron” hoteli) göstərilirdi. “Məsələ burasındadır ki, tədbirin adı sözdə məzunlarla görüşdür. Reallıqda isə bu, ABŞ-nin Azərbaycanda fəaliyyət göstərən öz agentura şəbəkəsinin bir araya gəlməsidir”deyə, iddia olunurdu. Sonra xəbər yayıldı ki, əslində belə bir görüş olmalı imiş, amma bu iddialar səbəbindən keçirilməsi lazım bilinməyib.

ABŞ-da təhsil alan və ya nə vaxtsa orada kurslarda iştirak etmiş adamları əsassız olaraq şübhə altına almaq dövlətin maraqları baxımdan ziyanlıdır. Bu cür ittihamlar varsa, əsaslandırılmalıdır. Çünki Amerika xəfiyyə dövləti olsa da, “agentura şəbəkəsi” yaratmağa hədsiz həvəsli İran da deyil...

Amma Narışkinin Bakıdakı iddialardan sonra belə bir xəbərdarlıqla çıxış etməsini də gözardı etmək olmaz. Ən azı o səbəbdən ki, Rusiyada olduğu kimi, Azərbaycanda da prezident seçkisi olacaq...(musavat)

Nazim SABİROĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam