Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

İSTƏYİRSƏN LƏZGİNKA OYNAYAQ -Rövşən Kəbirli yazır

Zeynəb Xanlarova illər sonra oxudu - AzTV-nin bayram konserti çəkilişindən  kadrarxası GÖRÜNTÜLƏR - YouTube
Yenixeber.org: Səbrlə oturub gözlədim ki, Zeynəb Xanlarova ətrafında sosşəbəkə bumu səngisin sonra bu məsələyə münasibət bildirim. Məlum olduğu kimi Zeynəb xanımın Yeni ildə səhnəyə çıxmasına cəmiyyətdə münasibət birmənalı olmadı, Azərbaycanın brendlərindən olan, vaxtilə deputat mandatı da daşımış müğənni az qala ölkənin problemlərinin baiskarı hesab edib sərt tənqid edənlər də oldu, sadəcə onun sənətini, səhnə mədəniyyətini əsas götürüb tərifləyənlər də. Tənqidçilərin arqumentlərindən biri də bu idi ki, niyə Zeynəb xanım sovetlər dönəmində “Qardaş olub Hayastan Azərbaycan” mahnısın oxuyub. Sanki müğənni bu mahnını oxumasaydı ermənyə qız verib, erməni qızını gəlini edən azərbaycanlı olmayacaqdı. Bu əsassız iddianı ortaya atanlar unudurlar ki, əvvəla SSRİ dönəminin şərtləri tam fərqli idi, ikincisi, Zeynəb xanım hətta ermənilərin ən çox sevdiyi sənətkarlardan olub, amma siyasi yüklü mahnıların sözləri, musiqisi müğənni seçimi partiya komitələri tərəfindən müəyyən edilirdi. Və Z. Xanlarova yaxud qeyriləri ona təqdim olunanı oxumağa məcbur idi, əks təqdirdə nəinki səhnədən uzaqlaşdırılar hətta dolanışıq mənbəyi kimi el şənliklərinə də yaxın buraxılmazdı. Bir az fərqli formada elə indiki kimi. Zeynəb xanıma yanaşmada “millilik sancısı” tutanlara maraqlı bir hadisəni danışım.
Ötən əsrin 90-cı illərində rəhmətlik Xəlil Rza Ulutürk millətçilikdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılmışdı. “Qeyrət damarı” fontan vuran hakim Ulutürkə sual verir ki, niyə sən çıxışlarında, yazılarında erməni yazıçısı Silva Kaputyana xanım deyə müraciət etmisən?
Xəlil Rza üzünü hakimə tutur: Möhtərəm hakim o erməni qadını vaxtilə məni evinə qonaq çağırıb, ayağımı yuyub, ballı çay verib, gecədə qoynunda yatızdırıb. Bu qulluğu ancaq erməni xanım edərdi ki, o, da mənə qarşı onu edib.
Daha bir nüans. Z. Xanlarovanı dövr anlayışını unudaraq az qala erməni sevdalısı çıxaranlar niyə ermənilərlə açıq düşmənçilk başlayandan sonra belə arvadı erməni olan birisinin uzun illər komitə sədri olmasına göz yumaraq susurdu, səssiz qalırdı?.
Xanlarovanı həm də deputat olarkən xalqın sosial problemlərini parlamentin tribunasından səsləndirməməkdə suçlayırlar. Məncə xalqın ağır güzaranın qabartmaq və böhrandan çıxmağın ,cəmiyyətdə həmrəyliyə nail olmağın yolunu göstərmək tək deputat- müğənnin işi deyil, həm də və əsasən tanınmış ziyalının, elm adamlarının borcudur.
Elm adamlarından və Zeynəb xanımı hakimiyyətin mütisi olmaqda suçlamaqdan söz düşmüşkən. Bu gün Azərbaycanda təxminən 45-50 akademik, bir o qədər də Akademiyanın müxbir üzvi, dəqiq deyə bilmərəm hardasa 3-4 min professor titulu daşıyan elm adamı var. Təhqir deyil, görünəni odur ki, bunları ancaq qarnı düşündürür, “mən salim olum, cümlə cahan batsa batsın, nə işim var” prinsipsizliyilə başlarının milçəyini qoruyurlar. Şəxsən mən hər dəfə əcnəbi alimlərin şərlənərək saxta ittihamla zindana atılan Qubad İbadoğluna təsəlli məktublarını oxuyanda yuxarıda qeyd edilən təbəqənin əvəzinə xəcalət çəkirəm. O camedə o qədər mütilik var ki, yığışıb ölkə başçısından həmkarlarının azad edilməsini xahiş belə etməyə cəsarətləri çatmır. Səbəb, bəziləri istisna əksəriyyətinin elm adına ortada heç nəyi yoxur. Biri “keçi niyə qoşa buynuzdur”, bir başqası “məlikməmməd nağılında mifoloji varlıq olan div surətinin marfoloji təhlili”, bir başqası “dozanqurdunun diyirlədiyi mal p..xunun qlobusa oxşarılığının məntiqi izahı” və .s gic-gic mövzuladan elmi iş müdafiə ediblər.
Yaxşı hesab edək ki, Qubadoğlu məsələsində siyasi çalar var və guya alim-ziyalılar da mollalar kimi siyasətə qarışmırlar. Bəs onlardan qat-qat səviyəli, Avropada adından söz etdirən, elmi araşdırma və kəşfləri xaricdə uğurla tətbiq olunan Rafiq Əliyevə niyə haqq etdiyi elmi titulun verilməməsinə etiraz etmirsiniz? Adam 80 yaşını keçib, 20-25 ildir Akademiyanın müxbir üzvlüyündən həqiqi üzvü kimi doğal haqqına qovuşmaqdan məhrum edilib.
Xüsusilə alim-akademik təbəqə barədə əminliklə onu deyə bilərəm ki,yuxarıdan göstəriş gəlsə ki, yığışın LƏZGİNKA oynayın, vallah yaşa, başa baxmadan oynayarlar.
Odur ki, artisti qorxaqlıqda, hakimiyətə yarınmaqda ittiham etməzdən əvvəl dönün bu ölkənin professor İdris Abbasovun doğru olaraq “AKADEMİKŞƏBƏKƏ” adlandırdığı elm ocağını təmsil edənlərə, şair və yazıçılarına baxın.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam