Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sübhan Məmmədlinin Xankəndindəki futbol matçında nə işi? -DE-FAKTO

Yenixeber.org: Xatırladaq ki, dekabrın 21-də Xankəndidə “Qarabağ” və “MOİK” oyununun keçirilməsi, təkcə idman hadisəsi kimi deyil, eyni zamanda böyük siyasi tədbir kimi beynəlxalq ictimaiyyətdə rezonans doğurdu. Bütün dünya azərbaycanlıları əsl idman, futbol bayramına şahidlik etdi. Qədim tarixi yurd yerimiz olan Xankəndidə Azərbaycan komandalarının ilk qarşılaşması oldu. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi, çıxışı və oyuna start verməsi böyük hadisə kimi tarixə düşdü. Ali Baş Komandan Xankəndi stadionundan bir daha dünyada erməniləri dəstəkləyən və ədalət, reallıq hissini itirmiş qüvvələrə mesaj verdi, bəyan etdi ki, “ Qarabağ Azərbaycandır”.
Oyundan öncə komandaların meydana şəhid övladları ilə birlikdə çıxması, daha sonra Dövlət Himnimizin səsləndirilməsi, ardınca isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, cənab Ali Baş Komandanımızın möhtəşəm çıxışı, tribunaların 3 rəngli şanlı al bayraqlarımızla bəzənməsi çox qürurvericidir:

Bəli, bu bir daha Cənab İlham Əliyevin ən müqədədsə dəyərlərimizə, şəhid ailələrinə olan hörmətinin ifadəsidir. “Qarabağ”-MOİK qarşılaşmasını izləmək üçün Xankəndi stadionuna qazilərimizin, müharibə iştirakçısı olan digər əsgər və zabitlərimizin dəvət edilməsi fərəhləndirici haldır. Və ən azından Azərbaycanın işğaldan azad etmiş şəhid övladlarının, zabit və əsgərlərimizin belə bir möhtəşəm tarixi idman oyununda iştirak etmələrinə onların  onların ən azından mənəvi haqları vardır.  Lakin bununla yanaşı təəssüflə qeyd etməliyik ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ASCnin sədri cənab Saleh Məmmədovun 26 yaşlı milyoner oğlu Sübhan Məmmədlinin və ailəsinin belə bir möhtəşəm tədbirdə iştirak etməsi sadəcə tərəfimizdən başa düşülən deyil. Belə ki, əldə edilən məlumata görə cənab Sübhan bəy 15 yaşından Londonda əvvəlcə litseydə, sonra isə ödənişli universitetlərdə təhsil almış və təhsilini başa vuran kimi Avstriya və Böyük Britaniya ərazilərində milyonluq biznes şirkətləri yaratmış və rəhbərlik etmişdir. Qəribəsi budur ki, bu adam 2023-cü ilin əvvəlindən birdəfəlik Azərbaycana yaşamağa və bizneslə məşğul olmağa qayıtsa da hələ də vətəndaşlıq borcunu yerinə yetirərək hərbi çağırışçı kimi Müzəffər Ordumuzun sıralarına qatılmamışdır. Bir sözlə, bu adamda azacıq da olsa vətənpərvərlik hissi olsaydı   İspaniyada yaşayan məşhur erməni milyonçu biznesmen kimi dərhal Qarabağa gəlib torpaqların azad olunması uğrunda döyüşərdi. Necə ki, erməni deputratları, polkovnikləri, merləri və digər vəzifəlilər Azərbaycan ordusuna qarşı vuruşduqları kimi, o da bu mənfur düşmənlərə qarşı vuruşa bilərdi. Amma göründüyü kimi bu baş vermədi. Və verə də bilməzdi. Bəs görəsən o zaman hansı məqsəd cənab Sübhan Məmmədlini bu il Azərbaycana qaytarmağa sövq edib. İndi də göründüyü kimi cənab Prezident İlham Əliyevin şəxsən qatıldığı Xankəndi stadionunda  şəhid övladları, qazilər və qəhrəman müharibə iştirakçıları ilə bərabər futbol matçını izləyir.

Görəsən cənab prezidentə bu qədər məsafədə yaxınlaşmaqda məqsəd nədir? Bu sualın cavabını tapmaq üçün cənab Saleh Məmmədovun 65 yaşının bitməsinə bir az diqqət yetirmək lazımdır. Adının da son illər dövrü mətbuatda fasiləsiz olaraq neqativ işlərə görə hallanması oğul Sübhanın gələcək karyerasının atasının davamçısı olaraq Azərbaycanda davam etdirməsi göründüyü kimi qərar alınmışdır. Doğrudur, hələlik Saleh müəllim rəhbəri olduğu strukturda şahmatda olduğu kimi, qambit və qalaqurma gedişlərindən istifadə edərək kadr islahatları keçirsə də sonda bütün əqrəblər onun üstünə istiqamətlənmişdir. Ona görə də sonuncu variant olaraq “Atadan oğula” gedişi seçilmişdir. Yəni, qısası, cənab Sübhan Məmmədli atası Saleh müəllimin vəzifəsini davam etdirmək üçün  hələlik ilk addım olaraq Xankəndi stadionunda prezidentin yaxınlığındakı kresloların birində əyləşərək futbolu seyr etməkdir. İkinci və üçüncü addımların hansı rəsmi mərasinmlərdə baş tutacağını dəqiq bilməsək də, güman edirik ki, bunu da müşahidə edəcəyik.  
Bu arada  müstəqil jurnalist Cavanşir  Həsnlinin Sübhan Məmmədli barəsində özünün feysbuk səhifəsindəyazdığı   faktlar üzrə araşdırmasın bir daha xatırlatmaq yerinə düşür:
“...Saleh Məmmədovun oğlu Sübhan Məmmədli 2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır. Təbii ki, digər məmur balaları kimi məmur atalarının geniş imkanları hesabına…
Gözəl, amma əslində təhsilmi alırlar? Azərbaycan məmurları ilə bağlı araşdırmalara dayanaraq bu fikri qəti söyləmək olar ki, onların övladlarının böyük əksəriyyəti Avropa ölkələrinə təhsil adı ilə taladıqları sərvətləri daşımaq məqsədilə üz tuturlar.
Necə ki, Dövlət Dəmir Yollarının rəsinin 2015-ci ildə Londona təhsil almağa yollanan oğlu 20 yaşında yanada, 21 yaşında Londonda “biznes qurur”.
Britaniya ədliyyəsinə aid reyestr sənədlərinə görə, 1997-ci il təvəllüdlü Sübhan Məmmədli 2018-ci ilin dekabrın 13-də Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin hissələrini alır və şirkətə şəriklik hüququ əldə edir. 18 may 2015-ci ildən fotoqrafiya sahəsində fəaliyyət göstərən şirkət (q eydiyyat nömrəsi 09595739) Londonun mərkəzində, Air Street 20 ünvanında yerləşir.
Sənədlərdə Saleh Məmmədovun oğlunun Londonda, Camellia House, Queenstown Road 338 ünvanında daimi qeydiyyatda olduğu göstərilir.
Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur. Burda 1 otaqlı apartmanların qiyməti 1,5 miyon funt sterlinqdən, yaxud 2 milyon dollardan başlayır .
Sənədlərə görə 2018-ci il dekabrın 11-də yeni sərmayədarın şirkətə ortaqlığı il əlaqədar bəyannamə təqdim olunur. Sənəddə 1 milyon 131 min 779 funt sterlinq kapitalla göstərilir. Bundan iki gün sonra, dekabrın 13-də isə Sübhan Məmmədlinin şirkətə şəriklik hüququ rəsmiləşdirilir.
Beləliklə, 25 yaşlı məmur oğlu Londonun ən iri fotoqrafiya şirkətinin sahiblərindən olur.



Bu onun “uğur” hekayəsidir, nə yoğurdu, yə yapdı…

Bu “uğurlar”ın altında Nobel çökür, Babək çökür, Bakı çökür…bütün ölkə çökür…

(İfadetv.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam